Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7897/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsəgr oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(107)1984/2019 saylı qətnaməsindən Cavabdeh4 və iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(075)-170/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.M.Mehdiyev) iddiaçı “xxxx” ASC Cavabdeh3 və digərlərinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilk iddia ərizəsi qismən, Cavabdeh4 “xxxx” ASC qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi bütövlükdə təmin edilərək, “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 23 fevral 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilib, Cavabdeh3 və digərlərindən müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 38.237,62 ABŞ dolları, faiz borcuna görə 13.064,13 ABŞ dolları, hesablanmış cəriməyə görə 500 ABŞ dolları, cəmi 51.801,75 ABŞ dolları kredit borcunun tutulub “xxxx” ASC ödənilməsi, qalan hissədə ilk iddia ərizəsinin rədd edilməsi, eləcə də Cavabdeh4 ilə “xxx x” ASC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli, 2(107)2676/2018 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Şəki rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi-qismən ilk iddia ərizəsinin təmin edilməyən və qarşılıqlı iddia ərizəsinin təmin edilən hissələrində ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla, ipotekaya xitam verildiyindən, ilk iddia ərizəsi tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələblərə aid hissədə rədd edilib, qarşılıqlı iddia ərizəsi təmin olunmayıb və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Cavabdeh3, Cavabdeh4 və LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(102)-2164/2019 saylı qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov) LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddia ərizəsinin tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələblərin rədd edi lməsi hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb, qətnamə qalan mübahisələndirilən hissələrdə, yəni cərimənin tutulmasının rədd edilməsi və qarışılıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayətinin təmin edilmədən saxlanılması qərara alınıb. X2 Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(107)-1984/2019 saylı qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, V.İ.Məlikov və E.Ş.Hüseynov) LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi qismən-ilk iddia ərizəsinin təmin edilməyən mübahisələndirilən hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin satış qiyməti 320.000 manat müəyyən edilməklə, tutmanın Cavabdeh4 məxsus olan Şəki şəhəri, xxx küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına 23 fevral 2015-ci il tarixli baş kredit müqaviləsi üzrə 50.000 manat borcun ödənilməsinin təmin edilməsi, evin satışından artıq qalan vəsaitin Cavabdeh4 qaytarılması, ev satıldıqdan sonra Cavabdeh4 və digərlərinin evdən istifadə hüquqlarına xitam verilməklə, yaşayış sahəsini bir ay ərzində könüllü tərk etmədikləri halda onların evdən məcburi qaydada çıxarılmaqla evin boşaldılması, evin banka təhvil verilməsi hissəsində ilk iddia ərizəsinin rədd olunması qət edilib. Cavabdeh4 və LPO “xxxx” ASC Ləğvedicisi Əmanə tlərin Sığortalanması Fondu ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, “xxxx” ASC məhkəmədə Cavabdeh3 və digərlərinə qarşı “kredit müqaviləsinin ləvğ edilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilk iddia qaldırıb. Cavabdeh4 isə ilk iddia ərizəsi ilə birlikdə baxılması üçün “xxxx” ASC qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia qaldırıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh4 kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlar a düzgün hüquqi qiymət verməyib. Cavabdeh4 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kaasasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmyan qətnamə qəbul edib. İddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, vəkili xxx, Cavabdeh3, vəkili xxx, digər cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- ilk iddia ərizəsinin mübahisələndirilən təmin edilməyən hissəsində ləğv edib, tutmanı ipoteka predmetinə yönəldib, ilk iddia tələbini evin banka təhvil verilməsi hissəsində rədd edərkən, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəli klərini vaxtında və lazımi qaydada icra etməməsinə, tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsasların olmasına, ilk iddia tələbini tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 279, 295, 296.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydas ında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 23 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, xxx küçəsində yerləşən 10 saylı fərdi yaşayış evini 23 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı üsulu kimi “xxxx” ASC xeyrinə ipotek qoyub. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, ipoteka müqaviləsi bağlanarkən və sözügedən fərdi yaşayış evi ipoteka qoyularkən ipoteka qoyan Cavabdeh4 50.000 manat kreditin verilməsi ilə bağlı kredit müqaviləsinin təminatı kimi mübahisəli evin i poteka ilə yüklü edilməsinə razılıq verib, lakin 51.000 ABŞ dolları kredit verilərkən ipoteka qoyan Cavabdeh4 razılığı və məlumatı olmayıb. Birinci instansiya məhkəməsi bu əsasla ilk iddia tələbini həmin hissədə rədd etmişdir. Lakin birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən nəzərə almamışdır ki, qeyd olunan hal, ipoteka predmetinə tutmanın yöənəldilməsi hissəsində ilk iddia tələbinin bütövlükdə rədd edilməsi üçün əsas ola bilməz. Çünki ipoteka qoyan Cavabdeh4 bankla bağladığı ipoteka müqaviləsinə əsasən 50.000 manat kreditin 90 ay müddətinə, illik 36 faizlə verilməsinə razılıq verib. Borclu Cavabdeh3 illik 20 faizlə, 30 ay müddətinə 51.000 ABŞ dolları kredit verilərkən ipoteka qoyan Cavabdeh4 razılığın alınmaması, onun razılığının alınmadığı hissədə ilk iddia tələbinin rədd edilməs i üçün əsas ola bilər. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 14.2.1, 279, 295, 296.1, 307.6ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apellyasiya şikayətlərinin dəlillərini və işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd edib ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Lakin borclu Cavabdeh3 təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini lənğitdiyindən, ipoteka saxlayan bankın ipoteka predmetinin satılmasını tələb etmək hüququ əmələ gəlib. İşə əlavə edilmiş “Əmlak Ekspert Mərkəzi”nin 15 noyabr 2017-ci il tarixli ekspert rəyinə görə, ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, xxx küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinin hazırki bazar qiməti 320.0 00 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yet irmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmi ş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İstinad olunan maddənin məzmunundan göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Eyni zamanda yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olmalı və ya ipoteka qoyanla birlikdə yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda evi tərk etmək barədə notariat qaydada təsdiq edilmiş öhdəlik götürmüş olmalıdırlar. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətlər i ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, sözügedən fərdi yaşayış evi ipoteka hüququ ilə bankın xeyrinə yüklü edilərkən, evə tutma yönəldikdə və ev satıldıqda Cavabdeh4 və digərləri evi qeyd-şərtsiz tərk edəcəkləri ilə bağlı üzərlərinə öhdəlik götürdüklərindən, ilk iddia tələblərini qeyd olunan hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müs təqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməklə ilk iddia ərizəsini mübahisələndirilən hissədə təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassatorlar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, ipoteka predmetinin düzgün qiymətləndirilməməsini və sair göstərsələr də, tələb və etirazlarının əsası kimi istinad etdikləri halla rı təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh4 və iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləritəmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(107)-1984/2019 saylı qətnaməsi kassasiya şikayət lərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7897/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7897/2019
10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver