Məhkəmə qərarları › İş №2(102)-79/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-79/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-79/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(106)-1300/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 1219,1 ABŞ dolları əsas borc, 844,45 ABŞ dolları faiz borcu, 562,41 ABŞ dolları cərimə borcu, ümumi 2625,96 ABŞ dolları borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin (hakim Muradağa Qasımov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə «xxxx» ASC-nin iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada 1219,1 ABŞ dolları əsas borc, 163,41 ABŞ dolları faiz borcu, 562,41 ABŞ dolları cərimə borcu, ümumi 1944,92 ABŞ dolları məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı «xxxx» ASC-nin xeyrinə verilməsi, iddianın qal an hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 14 manat iddiaçıya, 6 manatı cavabdehə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 6 manat məbləğində pulun tutulub «xxxx» ASC-nə ödənilməsi, işə iddia icraatı qaydasında baxıldığından əlavə olaraq 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub Dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 77 manatı Cavabdeh1 oğlu və Cavabdeh2, 66 manatının isə «xxxx» ASC-nə aid edilməsi, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada 77 manat, iddiaçı «xxxx» ASC-dən isə 66 manatın alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov və Zeynal Zeynalov) xx xxxxxxxx 2019-cu il tarixli 2(106)-1300/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(057)-1014/18 saylı qətnaməsi qismən faiz və cərimə borcuna dair hissədə ləğv edilərək həmin hissələrdə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada 98.44 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu, ödəniş gününə olan məzənnəyə uyğun manatla tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə verilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin hesablamalarını və faiz borcunun bu qədər azaldılmasını əsassız hesab edir. Kredit müqaviləsi üzrə ümumi borcun və onun müxtəlif tərkib hissələrinin, yəni əsas, faiz, cərimə borcunun hesablanması xüsusi riyazi və iqtisadi bilik tələb edir və məhkəmə prosesi gedişində belə zərurətlər olduğu zaman Azərbaycan Respublikası MPM-nin 97-ci maddəsinə istinadən tərəflər və məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmçinin, bank kreditinin təbiətinə uyğun olaraq o, bank tərəfindən borcalanla bağ lanmış müqaviləyə uyğur olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər (komisyon haqları) ödənilmək şərti ilə təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə iki qat faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsə idi o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyası iclasında Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məl umat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddia qismən təmin edildiyindən və iddiaçı iddianın təmin edilməmiş hissəsini mübahisələndirdiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamənin iddianın təmin edilməmiş hissəsinin qanuniliyi yoxlanılır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 illik 32 faiz olmaqla 15 ay müddətinə 2550 ABŞ dolları məbləğində kredit vermişdir. Borclu Cavabdeh1 kredit üzrə öhdəliyinin tamamilə icra etməsi üçün Cavab deh2 zamin durmuşdur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının təqdim etdiyi arayışa görə cavabdehin 1219,1 ABŞ dolları əsas borc, 844,45 ABŞ dolları faiz borcu, 562,41 ABŞ dolları cərimə borcu yığılmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli 22943 nömrəli rəyinə görə, xx.xx.2016-cı il tarixə Cavabdeh1 oğlunun Banka olan əsas borcu 1225,57 ABŞ dolları, faiz borcu 163,41 ABŞ dolları, cəmi borcu 1388,98 ABŞ dollarıdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyi ilə borclunun xx.xx.2016cı il tarixə banka olan borcu müəyyən edilmiş, kredit müqaviləsinin müddəti isə xx xxxxxx 2015-ci il tarixdə başa çatmışdır. Ekspert rəyinə ist inad edən birinci instansiya məhkəməsi müqavilə müddəti başa çatdıqdan sonrakı iki ay üzrə artıq faiz məbləği hesablanmışdır. Buna görə də, apellyasiya məhkəməsi faiz borcunu müqavilə müddəti üzrə hesablayaraq 1219,1 ABŞ dolları əsas borca 2 ay artıq hesablanmış faiz məbləği 64,97 ABŞ dolları müəyyən etmiş və cavabdehlərdən (163,4164,97) 98,44 ABŞ faiz borcu tutulması qənaətinə gəlmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən əsas borcun müqabilində cərimə borcunun ağlabatan həddə- 100 ABŞ dolları miqdarında müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməmiş hissəsi üzrə maddi və prossesual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, müqa vilədə ikiqat faiz borcu nəzərdə tutulduğu halda məhkəmə düzgün olaraq bunu nəzərə almamış, ekspert rəyini əsas götürmüşdür. Belə ki, müqavilə şərtinə görə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin) miqdarı 32 % təşkil edir. Müqavilədə nəzərdə tutulmuş ikiqat faiz məbləği isə maliyyə sanksiyasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlar la birgə qiymətləndirilir. Kassator kredit müqaviləsi üzrə ümumi borcun və onun müxtəlif tərkib hissələrinin, yəni əsas, faiz, cərimə borcunun hesablanmasının xüsusi riyazi və iqtisadi bilik tələb etdiyini və məhkəmə prosesi gedişində belə zərurətlər olduğu zaman Azərbaycan Respublikası MPM-nin 97ci maddəsinə istinadən tərəflər və məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsini, məhkəmənin özünün hesablamasının düzgün olmadığını qeyd etmişdir. Lakin bu dəlil əsassızdır. Belə ki, iş üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş, sadəcə ekspert faizi kredit müqaviləsinin müddəti bitdikdən sonrakı 2 ay üçün artıq hesablandığından adi riyazi hesablama ilə müəyyən edilməsi mümkün hesab edilən 2 aylıq müddət üçün hesablanmış fai z hissəsində də iddianı təmin etməmişdir. Bu zaman apellyasiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilən hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarda deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiya məhkəməsi göstərilən normada əks olunmuş imkandan istifadə edərək, dəbbə pulunu azaltmış və bu zaman hər hansı maddi hüquq normasının tələbini pozmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsihazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əs aslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İd diaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(106)-1300/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar