Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-790/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “04” fevral 2019-cu il iş №2(102)-790/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim:L.O.Talıbova; 2(011)-1033/2018) iddiaçı «xxxx» BOKT ASC-nin Cavabdeh qarşı kreditin müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə bağlanmış ************ saylı, 16.03.2016-çı il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh ************ saylı, 16.03.2016-çı il tarixli kredit müqaviləsi üzrə 14720.87 ABŞ dolları əsas boc, 732.77 ABŞ dolları faiz borcu və geciktirməyə görə 100 ABŞ dolları çərimə, çəmi 15553.64(on beş min beş yüz əlli üç ABŞ dolları, altmış dörd sent) ABŞ dolları(pul tutulduğu anda manatın ABŞ dollarında münasibətində müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 (otuz) manat dövlət rüsumu «xxxx» BOKT ASC-nin xeyrinə tutulması, Cavabdeha məxsus olan Bakı şəhəri, ***** ******* saylı mənzilinin ilkin satış qiyməti 120000 (yüz iyirmi min ) müəyyən edilməsi, Tələb ipoteka qoyulmuş Cavabdeh məxsus olan Bakı şəhəri, ************ saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, ************ saylı mənzili açıq hərraçda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc «xxxx» BOKT ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh Bakı şəhəri, ************ saylı mənzili satıldıqdan sonra Bakı şəhəri, ************ saylı mənzili ən geci bir ay ərzində həmin mənzildən çıxardılması və boşaldılması, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri- 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutulub, Azərbayçan Respublikasının Dövlət Büdçəsinə ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri- 250 ( iki yüz əlli) manat məbləğində pulun Cavabdeh tutularaq, “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov, E.C.Kazımov; 2(103)-8470/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 20 aprel 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlamışdır. İşin halları İddiaçı «xxxx» BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çavabdeh Cavabdeh «xxxx» BOKT ASC-nin xeyrinə 14455.97 ABŞ dolları əsas borc, 2352.24 ABŞ dolları faiz borçu, 1332 ABŞ dolları olmaqla, cəmi 18040,21 ABŞ dolları borçun, həmçinin 31 manat dövlət rüsumunun ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, ******* ***** saylı mənzilinə yönəldilməsi və əmlakın açıq hərraçdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin, «xxxx» BOKT ASC-yə ödənilməsi, cavabdehin əşyaları ilə birlikdə Bakı şəhəri, ************************* saylı mənzilindən çıxarılması, tərəflər arasında bağlanmış 16.03.2016-cıı il tarixli, ************-01 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» BOKT ASC ilə Cavabdeh arasında *********** saylı 16.03.2016-cı il tarixli kredit müqaviləsi bağlamış və bu müqaviləyə əsasən cavabdehə illik 28 faiz olmaqla 60 ay müddətə 16000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi ü zrə öhdəliklərin içrasını təminatı kimi iddiaçı Cavabdeh arasında ************01 saylı 16.03.2016-cı il tarixli “İpoteka müqaviləsi” bağlanmış və müqaviləyə əsasən cavabdeh ilə Cavabdeh məxsus olan Bakı şəhəri, ************ saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nə əsasən cavabdeh tərəfindən kreditin və kredit faizlərinin qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Ona görə də iddia təmin olunmalıdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassa siya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan ************-01 saylı, 16.03.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC borcluya illik 28% olmaqla 60 ay müddətə 16000 ABŞ dolları məbləğində kredit vermişdir. ************ saylı, 16.03.2016-cı il tarixli «İpoteka müqaviləsi»ndən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus olan Bakı şəhəri, ** ******************* saylı mənziliipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 14.03.2016-cı il tarixli seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ***************** saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. “xxxx” MMC-nin 05.10.2017-ci il tarixli 119 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, ******************** saylı mənzilinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 120000 manat təşkil edir. İş materiallarında olan arayışdan müəyyən olunur ki, Cavabdeh ************ saylı, 16.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə 14455.97 ABŞ dolları əsas borc, 2352.24 ABŞ dolları faiz borcu və 1232 ABŞ dolları dəbbə borcu yaranmışdır. İş materiallarınna əlavə edilən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09.03.2018-ci il tarixli Ekspertiza rəyindən görünür ki, Cavabdeh ************-01 saylı, 16.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcu 14720.87 ABŞ dolları əsas borcu, 732.77 ABŞ dolları faiz borcu kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarıçatan şəxsə ödəməlidir. - 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklin də borc verənə qaytarmağıöhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. -462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edi lmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəz ərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun: -33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. - 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya nota riusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. - 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. - 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlik də yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. - 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında *********** saylı, 16.03.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə illik 28% olmaqla 60 ay müddətə 16000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh arasında ************- saylı, 16.03.2016-cı il tarixli «İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, ******************** saylı mənziliipoteka ilə yüklü edilmişdir. İş üzrə İddiaçı BOKT ASC həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericil iyin şərtlərini pozmuşdur. Bunun nəticəsində borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn ödənilməmiş 14720.87 ABŞ dolları əsas borc, 732.77 ABŞ dolları faiz borcu və gecikdirməyə görə 1232 ABŞ dolları gecikdirmə borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1033/2018 saylı, 20 aprel 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-790/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-790/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver