Məhkəmə qərarları › İş №2(102)-7903/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7903/2019

19.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7903/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-108/2019, hakim R.Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 1 129000 manat pul və 30 manat məbləğində dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun isə Cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-7325/2019, hakimlər Ş.Məhərrəmova, M.Məmmədov, E.Şamayev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş,Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehdən tutulmalı məbləğin müəyyən olunması hissəsində dəyişdirilmiş, Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı pul məbləği 98.310 manat müəyyən edilmiş, qətnamə qalan his sədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassator və vəkili məhkəmə kollegiyasına kassasiya şikayətindən imtina edilməsi barədə ərizə ilə müraciət edərək iddiaçılar ilə mübahisənin məhkəmədən kənar öz həllini tapdığına istinad edərək kassasiya şikayətindən imtinanın qəbul edilib icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili ərizəni müdafiə edərək imtinanın qəbul edilməsi və kassasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli, iş üzrə kassasiya icraatına xitam veril məlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və ya işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edərsə, kassasiya instansiyasında icraata xitam verilir. İş üzrə kassatorun kassasiya şikayətindən imtina etməsinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassatorun kassasiya şik ayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar