Məhkəmə qərarları › İş №2(102)-7908/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7908/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7908/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh2 vəkili X2 iştirakı ilə, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1061/2019 nömrəli iş üzrə 15 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Namidar Misirzadə) iş üzrə 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ‘'İddiaçı” İKB ASC ilə Cavabdeh1 arasında 17 avqust 2016-cı il tarixdə bağlanmış 4-KTKDX-1-0-16-16 saylı əsas kredit müqaviləsinin ləğv edilməsi, 17 avqust 2016-cı il tarixli əlavə kredit müqaviləsi üzrə 47444,66 manat məbləğində əsas borcun Cavabdeh1 alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, 09 sentyabr 2016-cı il tarixli əlavə kredit müqaviləsi üzrə 49000 manat məbləğində əsas borc, 11751,91 məbləğində faiz borcu, cəmi 60751,91 manat məbləğində kredit borcu Cavabdeh1 alınaraq "İddiaçı” İKB ASC-yə ödənilməsi, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 40 manat məbləğində xid mət haqqının Cavabdeh1 alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvanndə yerləşən 25 nömrəli fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsinə; Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllədə yerləşən, 124,7 kvadrat metr ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və 0,0323 ha torpaq sahəsinə yönəldilməsi, ünvanndə yerləşən 25 nömrəli fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsinin ilkin satış qiyməti 205000 manat məbləğində olmaqla, Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllədə yerləşən, 124,7 kvadrat metr ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və 0,0323 ha torpaq sahəsinin ilkin satış qiyməti isə icra zamanı müəyyən edilməklə açıq hərr acdan satılması, Cavabdeh2 mülkiyyətində olan ünvanndə yerləşən 25 nömrəli fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsinin; Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllədə yerləşən, 124,7 kvadrat metr ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və 0,0323 ha torpaq sahəsinin satılmasından əldə edilən vəsaitdən 17 avqust 2016-cı il tarixli əlavə kredit müqaviləsi üzrə 47444,66 manat məbləğində əsas borc; 09 sentyabr 2016-cı il tarixli əlavə kredit müqaviləsi üzrə cəmi 60751,91 manat məbləğində kredit borcu; iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 40 manat məbləğində x idmət haqqının İddiaçı İKB ASC-nə ödənilməsi, Abşeron rayonu. Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən çıxarılmaqla əmlakın boşaldılması, Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllədə yerləşən, 124,7 kvadrat metr ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və 0,0323 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin evdən çıxarılmaqla əmlakın boşaldılması, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər F uad Talışinski - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi borc məbləğləri və ipoteka predmetlərinin ilkin satış qiyməti hissələrdə dəyişdirilmiş - 17 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 50978,5 manat əsas, 9031,92 manat faiz borcu və 09 sentyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 49000 manat əsas, 8681,25 manat faiz borcu müəyyən edilmiş, Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0323 ha torpaq sahəsinin ilkin satış qiyməti - 50000 manat, Abşeron rayonu Saray qəsəbəsi S.Qazıyeva küçəsində yerləşən 25 nömrəli fərdi yaşay ış evi və 0,05 ha torpaq sahəsinin ilkin satış qiyməti 170000 manat müəyyən edilmiş, ekspertiza xərci olan 200 manat məbləğdə pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və qiymətləndirmə rəyi üzrə 600 manat məbləğində xidmət haqqının “Buta” Qiymətləndirmə Mərkəzinin hesabına cavabdehlərdən tutulması qət edilmişdir. İşin halları İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək Cavabdeh1 iddiaçının xeyrinə 17 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 50978,53 manat əsas, 12013,78 manat faiz borcu olmaqla, cəmi 62992,31 manat və 09 sentyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 49000 manat əsas, 11751,91 manat faiz borcu olmaqla, cəmi 6 0751,91 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 165 kvadrat metr ümumi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə və 0,05 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin və torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, “Samur Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllədə yerləşən, 124,7 kvadrat metr ümumi sahədən ibarət 2 saylı fərdi yaşayış evinə və 0,0323 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın hərracdan satılması və borcun yaşayış evinin və torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASCyə ödənilməsi, əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 165 kvadrat metr ümumi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə və 0,05 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 fərdi yaşayış evinə və 0,05 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi; Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, “Samur Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi. 9-cu məhəllədə yerləşən, 124.7 kvadrat metr ümumi sahədən ibarət 2 saylı fərdi yaşayış evinə və 0,0323 ha torpaq sahəsinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 fərdi yaşayış evinə və 0,0323 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi; Cavabdeh1 ilə "İddiaçı" İKB ASC arasında bağlanmış 17 avqust 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı X1 ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin real bazar qiymətinə uyğun müəyyən edilməsi barərə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə borcun məbləğini müəyyən edərkən ekspert rəyinə istinad etmişdir. Lakin rəy əsaslandırılmamışdır. Məhkəmə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Bundan başqa ipoteka predmetlərinin ilkin satış qiyməti real bazar qiymətini əks etdirmir, yüksəkdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 iyul 2019-cu il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin s atış qiyməti hissədə dəyidirilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin 205000 manat müəyyən edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı bank birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən yalnız kreditin məbləğini mübahisələndirmiş, ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirməmişdir. Ona görə də, evin qiymətinin təkrar olaraq qiymətləndirilməsi üçün zərurət olmamışdır. Bundan başqa işdə olan iki rəydən niyə məhz ikincinin sübut kimi qəbuk edilməsini apellyasiya instansiyası məhkəməsi əsaslandırmamışdır. Hesab edir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 165 kvadrat metr ümumi sahədən ibarət 25 nömrəli fərd i yaşayış evinə və 0,05 ha torpaq sahəsində yerləşən ipoteka predmetinin ilkin satış qiyməti 205000 manatdır. Ona görə də, qətnamə həmin hissədə dəyişdirilməlidir. Tərəflərin izahatları: Cavabdeh2 vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı bankın kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı bank və Cavabdeh2 şikayət verdiyindən, qətnamə onların kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kassasiya qaydasında onlara münasibətdə yoxlanılır. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh2 vəkili X2 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1061/2019 nömrəli iş üzrə 15 iyul 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 0,05 ha torpaq sahəsi və 165 kvadrat metr ümumi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətini n müəyyən edilməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə Cavabdeh2 kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçı bankın kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh1la İddiaçı İKB ASC arasında 17 avqust 2016-cı il tarixli, 4-KTKDX-1-0-16-16 saylı əsas kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə, 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh1la İddiaçı İKB ASC arasında 17 avqust 2016-cı il tarixli, 4-KTKDX-1-0-16-16 (Ə1) saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, 51000 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh1la İddiaçı İKB ASC arasında 09 sentyabr 2016-cı il tarixli, 4-KTKDX-1-0-1616 (Ə2) saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, 49000 manat məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı İKB ilə Cavabdeh2 arasında 17 avqust 2016-cı il tarixdə bağlanmış 4-KTKDX1-0-16-16 saylı ipoteka müqaviləsindən görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmış ünvanndə yerləşən ümumi sahəsi 165 kvadrat metr, yaşayış sahəsi 97,5 kvadrat metr olan, 5 otaqlı 25 nömrəli ev 17 avqust 2016-cı il tarixli, 4-KTKDX-1-0-16-16 saylı kredit müqaviləsi üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçı İKB ilə Cavabdeh3 arasında 09 sentya br 2016-cı il tarixdə bağlanmış 4KTKDX-1-0-16-16/2 saylı ipoteka müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, “SamurAbşeron” kanalının şimalı, Yeni yaşayış massivi, məhəllə 9-da yerləşən ümumi sahəsi 124,7 kvadrat metr-dən, yaşayış sahəsi 60,6 kvadrat metr-dən ibarət olan, 3 otaqlı, 2 saylı fərdi yaşayış evi 17 avqust 2016-cı il tarixli, 4-KTKDX-1-0-16-16 saylı kredit müqaviləsi üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. 19 iyul 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 17 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 19 iyul 2017-ci il tarixə 50978,53 manat əsas, 12013,78 manat faiz olmaqla, cəmi 62992,31 manat məbləğində kredit borcu vardır. 19 iyul 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 09 sentyabr 2016-cı il tarixli kredit müqavil əsi üzrə 19 iyul 2017-ci il tarixə 49000 manat əsas, 11751,91 manat faiz olmaqla, cəmi 60751,91 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlaklara yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən əmlaklara yönəldilməlidir. Birinci instansiya məhkəməsi eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən əmlaklara yönəldilməsi ipoteka ilə yüklü edilmiş həmin əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka pre dmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetlərindən ünvanndə yerləşən 25 nömrəli fərdi yaşayış eviın ilkin satış qiyməti məhkəmə tərəfindən, “Samur-ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qiyməti isə icra zamanı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq və sadalanan normalara istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı bank birinci instansiya məhkəməsinin qətnaməsini borcun məbləği hissədə, cavabeh Cavabdeh2 isə ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 0,05 ha torpaq sahəsi və 165 kvadrat metr ümumi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hiss ədə mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək borcun məbəğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmək üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllədə yerləşən, 124,7 kvadrat metr ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və 0,0323 ha torpaq sahəsinin ilkin satış qiymətini qətnamədə göstərmədiyindən apellyasiya instansiyası məhkəməsi həmçinin həmin əmlakın da qiymətləndirilməsini mütəxəssisə həvalə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ek spertiza Mərkəzinin 31.05.2019-cu il tarixli, 1928 saylı ekspert rəyinə əsasən, 17 avqust 2016-cı il tarixli, 4 KTKDX1-0-16-16 saylı əsas kredit müqavıləsi üzrə bağlanmış Əlavə kredit müqaviləsi və Əlavə kredit müaviləsi 2-nın qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1nıın hər müqavilə üzrə ayrıayrılıqda iddia tələbinin tarixinə, yəni 15 iyul 2017-ci il tarixə İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə olan borcı aşağıdakı kimi müəyyən olunur, 17 avaust 2016-cı il tarixli, 4-KTKDX-10-16-16 (Ə1) saylı Əlavə kredit müqaviləsi üzrə: əsas borc üzrə 50978,5 manat; faiz borcu üzrə 9031,92 manat; 09 sentyabr 2016-cı il tarixli, 4-KTKDX-1-J-16-16 (Ə2) saylı Əlavə kredit müqaviləsi üzrə əsas borc üzrə 49000,0 manat, faiz borcu üzrə 8681,25 manat. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 19.07.2017-ci il tarixdən sonra cavabdeh tərəfindən banka ümumiikdə 8500,00 manat məbləğində ödənişlər olmuşdur. Lakin, ekspert qarşısında qoyulmuş sualda kredit borcunun hesablanması 19.07.2017-ci il tarixinədək soruşulduğundan, həmin tarixdən son ödəniş tarixinə, yəni 05.02.2018-ci il tarixinədək ödənilən ümumilikdə 8500,00 manat tədqiqatla hesablamada nəzərə alınmamışdır, tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası «xxxx» MMC tərəfindən verilmiş 0195/18/NB nömrəli, 04 aprel 2018-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən Sumqayıt şəhəri, “Samur-ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi üçün şərait yaradılmadığından onun bazar qiymətini müəyyən etmək mümkün olmamış, Abşeron, rayonu Saray qəsəbəsi S.Qazıyev a küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi üzrə 0195/18/NB saylı, 04 aprel 2018-ci il tarixli hesabatı ilə qeyd edilən evin bazar dəyərinin 205000 manat məbləğində təşkil etməsi müəyyən olunmuşdur. “Buta” Qiymətləndirmə Mərkəzinin 22.04.2019-cu il tarixli, 36B saylı rəyinə əsasən, Sumqayıt şəhəri, Samur-ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0323 ha torpaq sahəsinin bazar dəyəri 50000 manat müəyyən edilmişdir, tədqiqatın dəyəri 300 manat müəyyən edilmişdir. Abşeron rayonu Saray qəsəbəsi S.Qazıyeva küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsinin bazar dəyəri 170000 manat müəyyən edilmişdir, tədqiqatın dəyəri 300 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini nəzərə alaraq 17 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 50978,5 manat əsas, 9031,92 manat faiz borcu və 09 sentyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 49000 manat əsas, 8681,25 manat faiz borcu müəyyən edərək birinci instansiya məhkəməsinini qətnaməsini həmin hissələrdə ekspert rəyinə uyğun olaraq dəyişdirmişdir. İddiaçı bank apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində borcun düzgün hesablanmadığını, ekspert rəyinin mötəbər sübut olmadığını, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olmasını göstərmişdir. Kassasiya şikayətinin bu dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı borcun düzgün hesablanmadığı barədə etirazı yalnız formal mülahizələrdən ibarət olmuş, bank bu barədə etirazının əsası kimi istinad etdiyi halları əsa slandırmamış, bu barədə işə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ekspert rəyinin mötəbərliyinə şübhə doğuracaq hal olmamış, həmçinin iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün prosessual əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa eksper tə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Ona görə də, iddiaçı kassasiya şikayəti bu hissədə əsassızdır. İddiaçı bank kassasiya şikayətində ipoteka predmetlərinin ilkion satış qiymətlərinin real bazar qiymətini əks etdirmədiyini, yəni baha olduğunu qeyd etmişdir. Lakin cavabdeh kassasiya şikayətinin bu dəlilini də əsaslandırmamış, əmlakların real bazar qiymətinin əslində hansı məbləğdə olmasında dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, iş üzrə mütəxəssis rəyinin mötəbərliliyinə şübhə doğuracaq hal olmamışdır. Ona görə də, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin bu dəlillərini də əsassız hesab edir. Cavabdeh2 kassasiya şikayətində ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 165 kvadrat metr ümumi sahədən ibarət 25 nömrəli fərdi ya şayış evinə və 0,05 ha torpaq sahəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən ipoteka predmetinə münasibətdə əmlakın ilkin satış qiymətini 170000 manat müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdən göründüyü ki, birinci instansiya məhkəməsi həmin əmlakın qiymətini 205000 manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissəsindən iddiaçı bank apellyasiya şikayəti verməmiş, məhkəmənin müəyyən etdiyi həmin qiymət ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 həmin qiymətlə razılaşmamış, əmlakın qimyətinin real bazar qiymətini əks etdirmədiyini, əslində əmlakın qiymətinin daha yüksək məbləğdə olmas ını qeyd etmişdir. Cavabdehin şikayətinə əsasən qiymətləndirici cəlb edən apellyasiya instansiyası məhkəməsi əmlakın qiymətinin 170000 manat olması barədə mütəxəssis rəyini əsas götürərək qətnaməni bu hissədə dəyişdirmiş və ipoteka predmetinin ilkin satış qiymətini 170000 manat müəyyən etmişdir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində əmlakın qiymətinin aşağı olmasını, müəyyən edilmiş 205000 manatdan da yüksək olmasını mübahisələndirdiyi, iddiaçı bankın isə həmin qiymətlə razılşaraq bu halı mübahisləndirmədiyi halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəıtinin həddlərindən kənara çıxaraq ipoteka predmetinin ilkin satış qiymətinin 170000 manata endirmişdir. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarın da qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya inst ansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədə n iş üzrə gəldiyi nəticəsi ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 0,05 ha torpaq sahəsi və 165 kvadrat metr ümumi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədəqanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya mə hkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tu taraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1061/2019 nömrəli iş üzrə 15 iyul 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 0,05 ha torpaq sahəsi və 165 kvadrat metr ümumi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə Cavabdeh2 kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar