Məhkəmə qərarları › İş №2(102)-791/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-791/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-791/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kreditin qaytarılması, zaminlik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa (məruzəçı), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviç oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6324/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətin ə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin (bundan sonra “iddiaçı” vəya “Bank”) Xətai filialı ilə Cavabdeh1 (bundan sonra “cavabdeh” və ya “əsas borclu”) arasında xx.xx.2014-cü il tarixli kredit və bank hesabı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bank cavabdehə 36 ay müddətinə illik 25 faizlə 8000 manat məbləğində kredit xətti ayırmışdır.

2. Həmçinin xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 (bundan sonra “cavabdeh” və ya “zamin”) əsas borclunun bank qarşısında öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün zamin kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən, borc alan öhdəliklərini icra etmədikdə zamin onunla birgə məsuliy yət daşıyır.

3. Bankın Xətai filialı tərəfindən cavabehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 05 fevral 2016-cı il tarixdə iddia ərizəsi (əvvəlcə əmr çıxarılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7198.84 manat əsas, 1634.81 manat faiz borcu olmaqla, cəmi 8833.65 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, əsas borclu kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclular kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq ö z öhdəliklərini yerinə yetirmirlər və borcun ödənişini təmin etmirlər.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki məcllənin 385.1, 44.2, 448.1, 472.1 və 472.2-ci maddələrinə istinad etmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2085/2016 saylı, 29 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Ramil Həsənov)

8. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən edib ki, Bankla əsas borclu arasında 02 oktyabr 2014-cü il tarixdə kredit və bank hesabı müqaviləsi bağlanıb, müqavilə üzrə əsas borcluya 36 ay müddətinə illik 25 faizlə 8000 manat məbləğində kredit xətti ayrılıb. Kredit müqaviləsi üzrə öhdəliklərin icrası zaminlik müqaviləsi ilə təmin edilib.

9. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlib k i, əsas borclu kredit müqaviləsi üzrə özü şəxsən üzərinə düşən müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddia tələbi tam təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 470.1, 472.1, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 88 və 106cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh (zamin) 04 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin zaminə aid hissənin ləğv edilərək, zaminliyə xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə qəbul edilərkən zamin məlumatlandırılmamış və ümumiyyətlə, zamin Azərbaycanda olmamışdır. Zamin 6 il ərzində Moskva şəhərində işləmiş, (b ununla bağlı sənədlər ərizəyə əlavə edilir). 2022-ci ildə Azərbaycana qayıtmışdır; - işə düzəldikdən bir ay sonra, yəni 2022-ci ilin iyun ayının 10-da əmək haqqından tutma olarkən zaminə məlum olub ki, barəsində belə bir qətnamə vardır; - onun zamin kimi işə cəlb edilərək üzərinə borc öhdəliyinin qoyulması da absurd və həqiqətdən uzaqdır. Zamin kimi hər hansı sənədə imza atmağı, ümumiyyətlə, yadına gəlmir. Həmin zaminlik müqaviləsi 2014-cü ildə, yəni 8 il öncə bağlanmışdır ki, hazırda hətta o, həmin müqaviləni imzalasaydı belə, zaminlik müddəti çoxdan bitmişdir. Belə ki, həmin borcu əsas borcludan tələb etməyərək tam formada zaminin üzərinə yönəldilməsi düzgün deyildir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6324/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisəlnədirilən hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Elşən Kazımov (sərdlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli)

14. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq iddianın zaminlə bağlı təmin edilmiş hissəsində yoxlanır.

15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

16. Cavabdeh qətnamə qəbul edilən zaman, ümumiyyətlə, Azərbaycan Respublikasın da olmaması ona münasibətdə iddianın əsassızlığına dəlalət etmir. Eyni zamanda onun 6 il ərzində Moskva şəhərində işləməsi də heç nəyi dəyişmir. Bir halda ki, Azərbaycan Respublikasında olmamışdır, demək, onun məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmaması barədə dəlilləri də əsassızdır.

17. Qətnamənin icrası qaydasında borcun əmək haqqına yönəldilməsi də qanunsuz deyildir. Çünki borc məbləği müştərək qaydada həm də zamindən tutulmuşdur. Ona görə də zamin kimi işə cəlb edilərək üzərinə borc öhdəliyinin qoyulması absurd və həqiqətdən uzaq ola bilməz. Qətnamə ilə müəyyən edilən borcun onun tərəfindən tam formada ödənilməsi isə zamin kimi borcludan kreditora ödənilmiş məbləği, həmçinin ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərə rin əvəzini ödəməyi tələb etməyə əsas verir.

18. Cavabdehin göstərdiyi digər dəlillər də onu iddiaçı ilə bağladığı zaminlik müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki cavabdeh qeyd olunan zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də zamindən tələb etmək hüququ vardır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 475.1, 528 və 529.1-ci maddələri ilə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etiraz ın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət belə əsaslandırılıb: - xx.xx.2014-cü il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən bank cavabdehə (əsas borcluya) 36 ay müddətinə illik 25 faizlə 8000 manat məbləğində kredit xətti ayırıb. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən əsas borcluya 7520 manat məbləğində kredit verilib. Qeyd edilən ziddiyətli məqama məhkəmə tərəfindən aydınlıq gətirilməyib və kredit müqaviləsində qeyd edilən məbləğlə real olaraq verilən məbləğin fərqli olması aydınlaşdırılmayıb; - məhkəmə tər əfindən cavabdehlərə göndərilən poçt qəbzlərində məhkəmə prosesi barəsində bildirişlərin qəbul edilməsinə dair hər hansı təsdiqedici imzanın olmamasına baxmayaraq, məlumatlandırma icraatı düzgün aparılmayıb; - iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilməyib; - borc məbləğinin hansı meyarlarla hesablanması dəqiq deyil. Bunu aydınlaşdırmaq üçün ekspertiza təyin edilməli idi; - zaminliklə bağlı tələb etmə məqamından iki illik müddətin keçməsinə baxmayaraq, zamindən də pul tutulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliy ini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclu nun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

24. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddianın yalnız ona qarşə təmin edilən hissəsini mübahisələndirib. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə yoxlayaraq, qətnaməni yoxlanılan hissədə dəyişdirmədən saxlayıb. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

25. Məhkəmə kollegiyası hüququn inkişafın ın və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.

29. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və zaminlik müqaviləsinə əsasən borcun həm də zamindən tutulması barədədir.

30. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, Bankla əsas borclu kredit müqaviləsi bağlayıb, zaminlik müqaviləsi ilə də hazırki iş üzrə kassator kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi ilə bağlı zamin kimi üzərinə məsuliyyət götürüb.

31. Buna görə də kollegiya hesab edir ki, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq Mülki Məcəllənin öhdəlik, borc və zaminliklə bağlı münasibətləri nizama salan maddi hüquq normalarına əsasən iddianı zaminə münasibətdə təmin edən birinc i instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtlərinə uyğun gəlir, eləcə də sübutlar prosessual qaydalara uyğun qiymətləndirilib.

32. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsində iştirak etməməsi barədə cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, bu dəlil əsasızdır, çünki məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş “sms” bildirişi cavabdeh qəbul etmiş, ünvanına göndərilən məktub isə “bu ünvanda yaşamır qeydi” ilə geri qayıtmışdır. Rəsmi qeydə alındığı ünvanda yaşamaması nın məsuliyyətini də cavabdeh özü daşıyır. Həmçinin cavabdeh “sms” bildirişi alsa da, məhkəmə iclasında iştirak etməmiş və qabaqcadan da apellyasiya məhkəməsinə bu barədə məlumat verməmişlər. Halbuki Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-c maddəsinə görə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. (i.v. 98-99)

34. Zaminliklə bağlı tələb etmə məqamından iki illik m üddətin keçməsinə baxmayaraq zamindən pul tutulması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən hazırkı iddia (ilkin olaraq məhkəmə əmri çıxarılması barədə ərizə) məhkəməyə 05 fevral 2016-cı ildə verilib, əvvəlcə məhkəmə əmri çıxıb, sonradan əsas borclunun etirazı əsasında iddia icraatına keçilməklə 29 aprel 2016-cı il tarixdə qətnamə qəbul edilib. Nəzərə alınsa ki, xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələri 36 ay müddətinə bağlanıb və iddiaçı da məhkəməyə 05 fevral 2016-cı il tarixdə müraciət edib, belə olan halda, cavabdehin zaminlik müqaviləsi ilə bağlı iki illlik müddətin keçməsi barədə dəlilləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin dispozitiv şərti ilə uyğunluq təşkil etmir.

35. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə z aminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

36. Kredit müqaviləsinə əsasən bankın əsas borcluya 8000 manat əvəzinə, 7520 manat məbləğində kredit verməsi, bu ziddiyətli məqama məhkəmə tərəfindən aydınlıq gətirilməməsi, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilməməsi, borc məbləğini aydınlaşdırmaq üçün eksper tiza təyin edilməli olması barədə dəlillər isə qəbul edilən dəlillər deyil. Belə ki, bu dəlillər apellyasiya şikayətində irəli sürülməyib. Apellyasiya şikayətinin dəlilləri yalnız iddianın zaminə qarşı təmin edilən hissə ilə bağlı olub, apellyasiya instansiyası məhkəməsi də yalnız zaminə qarşı iddianın təmin edilən hissəsini yoxlayıb. Buna görə də işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyən, üstəlik, işin faktiki hallarının aydınlaşdırılmasına yönələn dəlillər kassasiya şikayətində irəli sürülə bilməz, sürülsə də, kassasiya instansiyası həmin dəillərə qiymət verə bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilən ləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6324/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar