Məhkəmə qərarları › İş №2(102)-7914/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7914/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7914/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X1, Cavabdeh, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit üzrə borcun qaytarılması və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşi kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsini n MK-nın 18 iyun 2019-cu il tarixli qətnaməsindənCavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) İddiaçı Cavabdeh qarşı “kredit üzrə borcun qaytarılması və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 249900 (iki yüz qırx doqquz min doqquz yüz) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, 3 saylı evin 37 saylı mənzilinə yönəldilməsi qət edilmiş, Cavabdeh İddiaçı qarşi kredit və ipoteka müqavil ələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) cavabdeh tərəfdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmişdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamı şdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 iyun 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 01.06.2018-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 249900 manat məbləğində (147000 ABŞ dolları ekvivalentində) əsas borcun, 72000 manat məbləğində əldən çıxmış faydanın, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkə məsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 01 iyun 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 01.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə borcalan Cavabdeh 249900 manat məbləğində (147000 ABŞ dolları ekvivalentində) pul borc vermişdir. Həmçinin iş materiallarında olan 01 iyun 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.06.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh xüsusi m ülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, 3 saylı evin 37 saylı mənzilini İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi əsasında qeyd edilən mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı xeyrinə yüklü edilmişdir. Eyni zamanda iş materiallarında olan 19.11.2018-ci il tarixli bildirişdən görünür ki cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İş materiallarından aydın görünür ki, tərəflər arasında bağlanmış 01 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 01.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 249900 manat məbləğində (147000 ABŞ dolları ekvivalentində) pul borc vermişdir. Həmin öhdəliyin təminatı olaraq tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən cavabvdeh xüsusi mülkiyyətində olan mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsində göstərilən müddət bitməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, borcu qaytarmamışdır.Ona görə də məhkəmə kol leyiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin qismən təmin edilməsi hissəsində dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 11 saylı notariat kontorunda bağlanmışdır. Kredit müqaviləsi bağlanan zaman Cavabdeh «borcalan» qismində iştirak etmişdir. Müqavilə notariat orqanında bağlanaraq, onlara hüquq və vəzifələri izah edilməklə notarait hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Kredit müqaviləsinin «borcalan» qrafasında Cavabdeh imza etməklə öz xətti ilə «borc müqaviləsi iradəmə uyğundur. Pulu aldım» yazmışdır. Ona görə də, məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh İddiaçı qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsini qət etmiş birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə də dəyişdirmədən saxlamaqla düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən sorğu əsasında tələb edilmiş X3, Cavabdeh, İddiaçı dindirmə protok ollarındakı verdiyi ifadələrə münasibətdə qeyd edir ki, həmin protokollardakı verilmiş ifadələr məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki halda isə, başlanılmış cinayət işinin istintaqı davam etdirilir və ona görə də, verilmiş ifadələrin məhkəmə üçün məcburi qüvvəsi yoxdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılması maddi və prossesual hüquq normalarının tələblərinin pozulması barədə cavabdehin kassasiya şikayə tinin dəlilləri sübuta yetirilmədiyindən həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar