Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7915/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli, 2(103)7670/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli, 2(007)-106/2017 saylı qətnaməsi ilə (sə drlik edən, hakim F.X.Mirzəyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 11.004,35 ABŞ dolları, faiz borcuna görə 1.649,76 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları, cəmi 12.754,11 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli, 2(103)7483/2017 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli q ətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi qismən təmin edilib, Cavabdeh1 əsas borca görə 10.980,20 ABŞ dolları, faiz borcuna görə 1.507,19 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları, cəmi 12.587,39 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, ilk iddia ərizəsinin Cavabdeh2 münasibətdə rədd edilməsi, eyni zamanda Cavabdeh1 İddiaçı qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi” barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 2(102)-1719/2018 saylı qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi, V.Ə.İbayev və G.A.Quliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üz rə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 qarşı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(103)12049/2018 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrmova və M.A.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli qətnaməsi iddia ərizəsinin Cavabdeh2 aid qismən təmin edilən hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi Cavabdeh2 aid hissədə rədd edilib. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti ve rib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(102)-2232/2019 saylı qərarı ilə (hakimlər Ə.Ə.Şadiyev sədrlik edən, məruzəçi, Q.Ə.Allahverdiyev və İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli, 2(103)7670/2019 saylı qərarı ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli qətnaməsi iddia ərizəsinin Cavabdeh2 aid qismən təmin edil ən hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsinin Cavabdeh2 aid hissədə rədd edilməsi qət olunub. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin qaytarılması” barədə iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada əsas borca görə 11004,35 ABŞ dolları, faiz borcuna görə 1649,76 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.381,70 ABŞ dolları, cəmi 15.035,81 ABŞ dolları kredit borcunun tutulmasını xahiş etmiş və tələblərini onunla əsaslandırıb ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 07 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə 50.000 ABŞ dolları kredit xətt i açılıb. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. 15 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq 2.1667 faiz ödəmək şərti ilə 15.000 ABŞ dolları kredit verilib. Cavabdeh1la iddiaçı təşkilat arasında bağlanmış 16 mart 2015-ci il, 28 sentyabr 2015-ci il və 25 noyabr 2015ci il tarixli sazişlərə əsasən, kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilib, Cavabdeh1 götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planlarına uyğun olaraq iddiaçı təşkilata ödəməyi öz öhdəsinə götürüb. Lakin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq dəfələrlə ödənişləri yubadıb və kredit razılaşması üzrə 17 dekabr 2015-ci il tarixdən ödənilmə si planlaşdırılan kredit borcunu və faizdən ibarət vəsaiti qaytarmayıb. Belə ki, Cavabdeh1 götürdüyü kredit borcundan 3.995,65 ABŞ dolları ödəniş edib və onun iddiaçı təşkilata 11.004,35 ABŞ dolları kredit borcu qalıb. Bir gün üçün faiz həmin kredit müqaviləsində müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu iddiaçı təşkilata qaytarmadığı üçün 20 may 2016-cı il tarixə 155 gün üçün hesablanmış faiz borcu 1.649,76 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinə uyğun olaraq Cavabdeh1 ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. 20 may 2016-cı il tarixə 155 gün üçün hesablanmış cərimə 2.381,70 ABŞ dolları təşkil edir. Bu kredit borcunun təminatı ol araq Cavabdeh2la zaminlik müqaviləsi bağlanıb. Ona görə də iddia ərizəsinin təmin edilməsi xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- Cavabdeh2 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilb, həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh2 kassasiya şikayətinə dair etiraz ərizəsində iş üzrə apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə b axılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 münasibətdə ləğv edib, iddia tələbini ona münasibətdə rədd edərkən, Cavabdeh2 münasibətdə iddia tələbinin əsassız olmasına, iddia tələbini Cavabdeh2 münasibətdə təmin edərkən birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 477.0.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 07 iyun 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 120 ay müddətinə 50.000 ABŞ dolları kredit xətti açılıb. 15 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq 2,1667 faiz ödəmək şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit verilib. 27 may 2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2la 07 iyun 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Göründüyü kimi iş materiallarından göründüyü kimi, iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış 07 iyun 2013-cü il tarix li zaminlik müqaviləsinə əsasən, sonuncu borclu Cavabdeh1la iddiaçı təşkilat arasında bağlanmış kredit xətti müqaviləsindən (yəni 15 oktyabr 2014-cü il tarixli kredit razılaşmasından) irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında tam məsuliyyəti öz üzərinə götürüb. Lakin həmin tarixdən sonra iddiaçı təşkilatla Cavabdeh1 arasında 3 dəfə, yəni 16 mart 2015-ci il, 28 sentyabr 2015-ci il və 25 noyabr 2015ci il tarixlərdə sazişlər imzalanıb və bu sazişlərin bağlanması zamanı zamin Cavabdeh2 razılığı alınmayıb və bu sazişlərə əsasən 15 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilib. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, a pellyasiya şikayətinin dəllilərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab olunur, tərəflərin hüquq və vəzifələri əşyaların verilməsi anına qədər yarana bilməz. Yəni real müqavilənin əsasını real hərəkət - əşyanın, konkret halda pulun verilməsi təşkil edir. İddiaçı təşkilatla borclu Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin məzmununa diqqət yetirilsə aydın olar ki, razılaşmanın 1.1-ci bəndinə əsasən bank bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, kredit xəttini 07 iyun 2023-cü ildək açır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, verilən hə r bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Göründüyü kimi, kredit xətti müqaviləsində kreditin verilməsi ilə bağlı faiz dərəcəsi göstərilməyib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, kredit müq aviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarında qeyd edilmişdir zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləs ində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, kredit xətti müqaviləsində müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyində n, bağlanmış kredit razılaşmasında isə faiz dərəcəsi ilə bağlı zamin Cavabdeh2 razılığı alınmadığından və bu onun məsuliyyətinin artmasına səbəb olduğundan (Mülki Məcəllənin 477.0.1-ci maddəsi), bununla da, zaminliyə xitam verildiyindən, iddia tələbi zamin Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilməsi qərara alınmışdır. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutul ur. Göründüyü kimi, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. İddiaçı təşkilat kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini kassasiya şikayətində əsaslandırmayıb və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəl i hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarını n tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli, 2(103)-7670/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7915/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7915/2019
10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver