Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7917/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli 2(103)9353/2019 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 77900 manat, bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış 29231 manat və 30 manat dövlət rüsumu, cəmi 107211 manat pulun alınıb özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh ilə Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi alıb ev tikib sataraq gəlir əldə etmək barədə razılaşmışdırlar. Həmin il 28000 manat pul verərək X kəndində 0,06 ha torpaq sahəsi almışdır. RX seriyalı ******* nömrəli 29.11.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X kəndində 0,06 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə 29.11.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr ki tabının X nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsini hər biri 0,03 ha olmaqla iki yerə bölüb iki ev tikmişdir. Evlərə çəkilən xərclər özü tərəfindən ödənilmişdir. Ümumilikdə torpaq sahəsinə və evlərin tikilməsi və təmirinə 105000 manat pul xərcləmişdir. Həmin vəsaitin 27050 manat hissəsini Cavabdeh ödəmiş, qalan 77950 manat məbləğində xərclər iddiaçı tərəfindən ödənilmiş, evlərin tikintisinə, tikinti materiallarının alınmasına və təmir edən ustalara sərf edilmişdir. İnşa edilən fərdi yaşayış evlərinin qazlaşdırılması və elektrik xətləri ayrı-ayrılıqda, bir ev onun, digər ev isə Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdeh ona evlərə çəkilən xərci, yəni 77950 manat pulu verməmişdir. Cavabdeh onun vəsaiti ilə inşa edilən evləri öz adına qeydiyyata aldırmış və satmışdır. Hazırda pulunu özündə saxlamaqla ödəməkdən yayınır. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində göstərilmiş məlumata əsasən illik bank uçot faiz dərəcəsi 15 faiz müəyyən edilmişdir. Öhdəliyin son icra tarixi 01.05.2015-ci il olduğundan həmin vaxtdan bu günə kimi 77950 manat pul vəsaitini cavabdeh qanunsuz olaraq özündə saxlayır. Cavabdeh 2 il 6 ay müddətdə 77950 manat pulunu qanunsuz saxladığına görə bank faiz uçot dərəcəsi ilə 29231 (77950*30 ay*1,25%) manat pul ödəməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilərək, cavabdehdən borca görə 77.950 manat, ona hesablanmış faizə görə 19.487,5 manat, cəmi 97.464,5 manat pulun tutulub iddiaçıya ö dənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən - iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilmiş, İddiaçı iddia tələbləri Cavabdeh 77950 manat əsas borc, borcun gecikdirilməsinə görə bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış 19487,50 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 27 manat hissəsi olmaqla, cəmi 97464,5 (doxsan yeddi min dörd yüz altmış dörd manat əlli qəpik) manat pul vəsaitinın alınıb İddiaçı verilməsinə aid hissədə də rədd edil mişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlqar Dəmirov) 14 may 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov və Aida Hüseyn) 05 avqust 2019-cu il tarixli 2(103)-9353/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkilkassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli 2(103)-9353/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmə baxışı zamanı kifayət qədər prosessual pozuntulara yol verilmiş (bununla bağlı məhkəmə iclas protokoluna qeyd verilmiş və həmin pozuntular və təhrif olunmuş məsələlər öz əksini həmin qeyddə tapmışdır), Ali Məhkəmənin mülki Kollegiyasının göstərişlərinin məcburi olmasına baxmayaraq, onlara məhəl qoyulmamışdır. Apelyasiya instansiya məhkəməsi iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün qiy mət verməmişdir, eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş bəzi sübutları əvvəlcədən məhkəmə baxışında şübhə altına almaqla neytrallığını və qanunun tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə çoxsaylı tikinti materiallarının satın alınmasına dair qaimə faktura sənədlərinin, bu barədə ayrıca tərtib edilmiş dəftərin (bloknotun), eləcə də hər iki evə qaz, elektrik xətlərinin çəkilməsi və abunəçi kodunun açılmasına dair sənədlərin əslini təqdim etmişdir. İş materiallarında olan həmin qaimə fakturalar və dəftərcə (bloknot) ümumiyyətlə sənəd və sübut sayıla bilməz. Çünki həmin qaimə fakturalarda zəruri rekvizitlər- imza, möhür, alman malların kim tərəfindən və hansı məqsəd il ə alınmasını təsdiq edən heç bir qeyd yoxdur. Qaimə faktura özü özlüyündə ciddi hesabat sənədi sayılmaqla, zəruri formada tərtib olunmalı, zəruri qeydləri özündə əks etdirməlidir. Məhkəməyə təqdim edilmiş dəftərcə (bloknot) isə ümumiyyətlə mötəbərliyi şübhə altında olan, birtərəfli olaraq hazırlanmış kitabçadır. Bloknot kitabça olmaqdan başqa heç bir əhəmiyyət daşımır, nəinki sübut kimi qəbul edilir. Həmin kitabçada qarşı tərəfin, yəni Cavabdeh imzası olmadığına görə istənilən şəxs özü üçün istənilən yalan məlumatları özündə əks etdirən yazılar yaza bilər. Sübut isə mötəbər olmalıdır, onun həqiqiliyini müəyyən etmək mümkün olmalıdır. Faktiki olaraq həm Bakı Apellyasiya Məhkəməsi hansı əsasla qaimə faktura və bloknotlar sübut kimi qəbul edib və onların həqiqiliyini müəyyən etməsi qaranlıqdı r. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili də həmin “sənədlərin” sənəd olmadığı və sübut kimi qəbul edilmədiyini də etiraf etmişdir. Apellyasiya instansiya məhkəməsi qərəzli mövqe nümayiş etdirərək kifayət qədər prosessual pozuntu törətmiş və məhkəmə baxışının gedişatını natamam, qeyri-obyektiv tərtib etmişdir. Bu barədə məhkəmə iclas protokoluna da qeyd verilmişdir. Sübut növü kimi qəbul edilmiş şahid ifadələri də ziddiyyətlidir. Ziddiyyətlə yanaşı məhkəmə tərəfindən şahid ifadələri təhrif edilmişdir. Belə ki, məhkəmə öz qətnaməsində göstərmişdir ki, şahid kimi dindirilmiş X2 hər iki evin tikildiyini, suvaqlarının vurulduğunu və pəncərələri vurmuşdur. Məhkəmə iclas protokoluna verilmiş qeyddə, şahid X3 yalnız hər iki evin “podmayak” tikildiyi, təmir olunmayaraq təhvil veril diyini və 2015-ci ilin dekabr ayına kimi həmin evdə fəhlə kimi işlədiyini bildirmişdir. Onun ifadəsində “pəncərələr qoyulmuşdu” ifadəsinin harada götürüldüyü isə qeyri-müəyyəndir. Halbuki pəncərələr sonradan podratçı kimi işləri görmüş X3tərəfindən qoyulmuş və bu barədə podratçı-sifarişçi arasında bağlanılmış sənəddə də öz əksini tapmışdır. Digər tərəfdən ümumiyyətlə iddiaçı tərəfindən dəvət edilmiş bütün şahidlərin verdikləri ifadələr ziddiyyətlidir və evlərin tikintisinin iddiaçı tərəfindən aparıldığını sübut edən vasitə kimi qəbul edilə bilməz. Şahid ifadələrindən heç bir halda hər iki evin tikilməsinə 105000 manat məbləğində pulun xərclənməsini təsdiq etmək mümkün deyildir. Bütün şahidlərin, eyni zamanda, cavabdehin izahatları müqayisə edilərək müəyyən edilmişdir ki, İddiaçı tərəfind ən tikilmiş evlərin hər ikisi “podmayak” tikilmiş, 1-ci evin divarları və tavanı hazır vəziyyətdə olmuş, suvaq vurulmuş və divarlar ağardılmışdır. 2-ci ev isə təmirsiz, “podmayak” təhvil verilmişdir. 1-ci evin bünövrəsinin, özülünün betonlanması, bünövrənin tökülməməsi səbəbindən divarda yaranmış çatların aradan qaldırılması, divarların aboylanması və s. işlər sonradan X3tərəfindən aparılmışdır. 2-ci ev isə “sıfır vəziyyətdən” tam təmir olunmuş, pəncərələr qoyulmuş, aboy vurulmuş, həmin evin də bünövrəsi olmadığına görə sonradan bünövrəsinə beton verilmişdir. Bütün bunlar X3və Cavabdeh arasında imzalanmış işlərin görülməsinə dair sənədlə də öz təsdiqini tapır. Bütün bu işlərin görülməsinə cavabdeh sonradan X3 44269.04 manat pul ödəmişdir. Məhkəmə iclasında X3 şəxsi mənzilini dəyişdiyini bu səbəbdən də rəsmi sənədlərin üzərində olmadığını, lakin təmir və yenidən qurma işləri üçün 1-ci evə təqribən 14-15 min manat, 2-ci evə isə 30-32 min manat pul aldığını bildirdi. Məhkəmə şahid ifadələrini, heç bir sübut əhəmiyyəti daşımayan qaimə fakturaları və bloknotu əsas götürərək, hər iki evin tikilməsinə iddiaçının 105000 manat xərcləməyi qənaətinə gəlibsə 27050 manatın iddiaçıya ödənilməsini nəzərə almaqla, 77950 manat ödənilməli məbləğ qət edilmişdir deməli məhkəmə yarımçıq tikilmiş və işləri başa çatmayan evlərin divarlarının mərmərdən, tavanının qızıldan, suvaqlarının müalicəvi palçıqlardan istifadə edilməklə tikildiyini düşünüb. Şahid ifadələrindəki ziddiyyətlər isə həmin şahidlərin cavabdehə məxsus evlərdə işlədiyi dövrlərdə özünü göstərir. Belə ki, şahid X3həmin evlərdə 2015-c i ilin sonlarına, dekabr ayına kimi, digər şahidlər isə sentyabr ayına kimi işlədiyini və X3adlı bir ustanın tabeliyində işlədiklərini bildirmişlər. X3ustanın kim olması barədə isə nə iddiaçının nümayəndəsi, nə də cavabdehin məlumatı olmamışdır. X3 dediyi dövrdə isə artıq işlər X3tərəfindən aparılırdı və həmin vaxt onun orada fəhlə kimi işləməsi qeyrimümkündür. Şahidlər əvvəlcədən öyrədilmiş şahidlərdir və onların ifadələri mötəbər və həqiqi hesab oluna bilməz. Şahid ifadələri ilə bağlı digər məqam isə ondan ibarətdir ki, şahidlərin hər birinin əmək haqqının X3 tərəfindən ödənilməsini deməsini məhkəməyə evlərin X3in vəsaiti hesabına tikilməsi qənaətinə gəlməyə əsas verib. Cavabdeh öz izahatında Müdafiə Nazirliyinin Hərbi Hospitalında həkim kimi işlədiyini və işlərin çoxluğu ilə əlaqədar bü tün tikinti işini iddiaçıya tapşırdığını bildirir. Buna görə də podratçı kimi fəhlələrin əmək haqqını X3in ödəməsi tam normaldır. İşləri sonradan sona çatdırmış X3da bütün fəhlələrin əmək haqqını özü verirdi. Bu isə o demək deyil ki, Gülbala evləri öz vəsaiti hesabına tikib. Məhkəmənin fəhlələrin əmək haqqını X3in ödədiyi əsas tutaraq tikintinin onun vəsaiti hesabına aparılmasını qənaətinə gəlməməsi tamamilə əsassızdır. Podrat münasibətlərində bu hal tam təbiidir. Apellyasiya instansiya məhkəməsi qətnamədə istinad etdiyi məqamlardan biri də həm iddiaçının həm də cavabdehin adına qaz sayğacları üçün Smart kartların verilməsidir. İddiaçı tikilmiş mənzillərə qaz sayğacının quraşdırılması barədə məhkəməyə layihə sənədləri təqdim etsə də, məhkəmə bunu qazın rəsmiləşdirilməsikimi qəbul edib. Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qazın alqı-satqısına dair müqavilə olmadan məhkəmənin qaz sayğacının iddiaçının adına rəsmiləşdirilməsi və ona Smart kartın verilməsini əsas götürərək qətnamə qəbul etməsi tamamilə əsasdır. Müqavilə olmadığı təqdirdə məhkəməyə təqdim edilən Smart kartın isə kimə və hansı sayğaca məxsus olması şübhə altındadır. Dəqiq olan isə odur ki, iddiaçı məhkəməyə başqa evə aid olan Smart Kart təqdim etməklə məhkəməni aldatmışdır. 2-ci Smart kartın Cavabdeh aid olması belə yalandır. Çünki 1-ci evdə yaşayış var. Və orada təbii qazdan is tifadə edilir. Kart məhkəməyə təqdim edilmişdirsə, orada yaşayan insanlar sayğaca təbii qazın yükləməsini hansı formada edir? Bu sualın özü iddiaçını məhkəməni aldatmağa cəhd etdiyini sübuta yetirir. Digər tərəfdən 05.08.2019-cu il tarixli iclasda E.Nəbiyevə təqdim edilmiş “Azəriqaz” İB tərəfindən ünvanlanmış məktubda isə qeyd edilir ki, iddiaçının adına heç bir məlumat aşkar edilməyib. Əksinə evin həyətinə atılmış qaz sayğacı aktiv deyildir. Bu o deməkdir ki, iddiaçı faktiki olaraq heç bir mənzilə öz adına qaz sayğacı quraşdırmayıb. Qeyd edim ki, apellyasiya instansiya məhkəməsi öz qətnaməsində cavabdehin izahatını da təhrif edib. Qətnamədə göstərilir ki, cavabdeh tərəf iddia tələbini qəbul etməsə də, öz izahatında iddiaçını 2002-ci ildən tanıdığını, hər iki evin tikintisinə görə onunla r azılığa gəldiyini, evlərin tikilməsi üçün pulun bir hissəsinin İddiaçı verilməsini, lakin İddiaçı onu soyduğu üçün iddiaçıya qalan pulu vermədiyini və nəticədə iddiaçının işi atıb getdiyini və qalan işləri digər ustalar vasitəsi ilə həyata keçirdiyini inkar etməmişdir. Bildirirəm ki, cavabdehin verdiyi izahat qərəzli olaraq təhrif edilib. Cavabdeh Oqtiya qızı məhkəmə iclasında heç vaxt “X3 məni soyduğu üçün ona qalan pulu vermədi “və ya eyni məna kəsb edən hər hansı bir ifadə işlətməyib. O, eyni zamanda Cavabdeh iddiaçının evin tikintisində söküntülərdən əldə edilmiş materiallar istifadə etdiyini anladıqdan sonra onu işlərin görülməsindən uzaqlaşdırıb. Yarımçıq tikilmiş evlərə görə isə cavabdeh iddiaçıya külli miqdarda 80.000 (səksən min manata yaxın) pul verib. Aldadıldığını, keyfiyyəts iz iş görüldüyü və alman pulun cüzi hissəsinin tikintiyə istifadə olunduğunu, qalan hissənin mənimsənildiyini başa düşdükdən sonra cavabdeh işləri başqa podratçıya həvalə edib. Ali Məhkəmənin hakim Əhməd Əhmədov 14.05.2019-cu il tarixli, 2(102)-3157/2019 saylı qərarı ilə qətnaməni ləğv edilərək araşdırılması üçün yenidən apellyasiya instansiyasına qaytarılarkən, evlərin tikintisinə çəkilmiş xərclərin məbləğinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə göstəriş vermişdir. Lakin apellyasiya məhkəməsi tərəfində bu göstərişə əməl edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkilkassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində 0.06 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində 29.11.2014-cü il tarixdə qeydiyyata alınmış dır. Həmçinin, RX seriyalı, ******* saylı çıxarışa əsasən isə Abşeron rayonu, Novxanı kəndində M.Maqomayev küçəsi, 0.03 ha torpaq sahəsində yerləşən 96.5 kv.m ümumi sahədən ibarət 20A saylı fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində 15.08.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 11-15-3741 saylı və 11-15-3748 saylı sifarişlər üzrə işçi layihələrinə əsasən İddiaçı və Cavabdeh 18.05.2015-ci il tarixdə “X9” MMC-yə müraciət edərək Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evinin qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərməsini xahiş etmişdirlər. “X9” MMC tərəfindən fərdi yaşayış evinin qazlaşdırılmasına dair göstərilən işçi layihələri hazır lanmış və “Azəriqaz” İstehsalat Birliyi Layihə-smeta və ekspertiza şöbəsi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı və Cavabdeh müvafiq olaraq 14062420 və 14062415 saylı Smart kartlar verilmişdir. İddiaçı iddiasını onunla əsaslandırır ki, 2014-cü ildə Cavabdeh ilə Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi alıb ev tikib sataraq gəlir əldə etmək barədə razılaşmışdırlar. Həmin il 28000 manat pul verərək X kəndində 0,06 ha torpaq sahəsi almışdır. Torpaq sahəsini hər biri 0,03 ha olmaqla iki yerə bölüb iki ev tikmişdir. Evlərə çakilən xərclər özü tərəfindən ödənilmişdir. Ümumilikdə torpaq sahəsinə və evlərin tikilməsi və təmirinə 105000 manat pul xərcləmişdir. Həmin vəsaitin 27050 manat hissəsini Cavabdeh ödəmiş, qalan 77950 manat məbləğində xərclər tərəfindən ödənilmiş, evlərin tikintisin ə, tikinti materiallarının alınmasına və təmir edən ustalara sərf edilmişdir. Cavabdeh ona evlərə çəkilən xərci, yəni 77950 manat pulu verməmişdir. Cavabdeh onun vəsaiti ilə inşa edilən evləri öz adına qeydiyyata aldırmış və satmışdır. Hazırda pulunu özündə saxlamaqla ödəməkdən yayınır. Cavabdehin isə iddiaya olan etirazının əsası ondan ibarətdir ki, iddiaçı tərəfindən görülən işlər onu qane etmədiyindən, o, iddiaçı ilə münasibətləri pisləşmiş, yerdə qalan işləri başqa usta vasitəsilə həyata keçirmişdir. Əvvəlki apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsinin qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsi çoxsaylı tikinti materiallarının satın alınmasına dair işə əlavə edilmiş qaimə faktura sənədlərinin, eləcə də çəkilmiş xərclərə dair qeydiyyatın aparılmasını özündə ehtiva edən dəftərin (bloknotun) mötəbərliliyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə tədqiq edib yoxlamadan, zərurət yarandığı halda iddiaçının məhkəmə iclasında iştirakını təmin edib onun bilavasitə həmin sübutlara, həmçinin cavabdehin etirazına münasibətini öyrənmədən, 0,06 ha torpaq sahəsi satın alınarkən pulun kimin tərəfindən ödənilməsini aydınlaşdırmaq üçün satıcının, eləcə də, hər iki evdə tikinti, təmir işləri görmüş ustaların şahid qismində dindirilmələri üçün məhkəmə iclasına dəvət edilmələrini tərəflərə təklif etmədən, işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, əksinə, həmin sübutları şübhə altına alaraq, onları “sübut lar” hesab edərək, torpaq sahəsinin satın alınması, orada iki evin inşa edilməsi və təmirinə iddiaçının hər hansı vəsait xərcləməməsi qənaətinə gəlmişdir. Halbuki, cavabdeh özü də izahatında iddiaçını 2002-ci ildən tanıdığını, hər iki evin tikintisinə görə onunla razılığa gəldiyini, lakin onu soyduğu üçün iddiaçıya pul vermədiyini və nəticədə iddiaçının işi atıb getdiyini və qalan işləri digər ustalar vasitəsi ilə həyata keçirdiyini inkar etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin, 127-ci maddəsinin İİ bəndinin, Vİİ bəndinin, eləcə də MPM-nin 8.1, 9.1, 9.3, 76.1, 77.1, 87, 217.1, 217.3, 218.1-ci maddələrinin tələblərinə istinad edib iddia tələblərini əsassız hesab etsə də, həmin maddələrin tələblərindən irəli gələn vəzifələrini yerinə yetirib mülki mühakimə icraatının əsas vəzifəsi sayılan həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Belə ki, cavabdeh izahatında evin tikintisinə 2014-cü ilin axırlarında başladığını, iddiaçının onun ödədiyi vəsait hesabına tikinti materialları aldığını, lakin sonuncu evi yarımçıq vəziyyətdə təhvil verdiyi üçün bankdan kredit götürüb tikinti işlərini öz vəsaiti hesabına tamamladığını və prorab kimi evi 2014-cü ildə 3 aya tikdiyini, iddiaçının onu soyduğunu görüb pulunu vermədiyini, onun da işi atıb getdiyini, qalan işləri başqa ustalar vasitəsi ilə başa çatdırdığını göstərib iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəm əsi cavabdehin izahatları arasındakı ziddiyyətlərə, yəni onun bir tərəfdən hər iki evi 2014-cü ildə 3 ay müddətində öz vəsaiti hesabına tikib başa çatdırdığını qeyd etdiyi halda, digər tərəfdən münasibətləri pozulduqdan sonra onun hər iki evə qaz, elektrik xətləri çəkilməsi üçün 18 may 2015ci il tarixdə iddiaçıya öz şəxsiyyət vəsiqəsini, eyni zamanda hər iki evin sənədlərini verməsi ilə bağlı izahatlarına aydınlıq gətirmədən, işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, iddiaçının həmin evlərdə nə vaxt, hansı məbləğdə işlər görməsini dəqiqləşdirib görülmüş işlərə çəkilmiş xərcləri müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin edib rəylər almadan və ümumiyyətlə cavabdehin iddiaçıya hansı məbləğdə pul ödəməsini araşdırma dan, iddia tələbinin bütövlükdə əsassız olması barədə səhv nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təkrar apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 2015-ci ilin axırlarında Cavabdeh Novxanı yolunda yerləşən bağ evində olub. Orada iki ev tikilmişdir. Evlərin biri tikilib təmir olunmuşdu. Lakin həmin evin divarında çatlar olduğundan yenidən təmir etmiş, özülünü də bərkitmişlər. Ümumilikdə həmin evə yenidən 10000 manat pul xərclənmişdir. İkinci evi isə 2018-ci ilin yaz aylarında tam təmir etmişlər. İkinci evin quru divarı və tavanı var idi. Onun da özülünü bərkitmişlər. Dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, Novxanıda tikilmiş hər iki evdə təmir işləri zamanı olmuşdur. Onu oraya 2015-ci ilin yanvar ayında İddiaçı aparmışdır. Orada fəhlə işi görmüşdür. Cavabdeh isə tanımır. Evin təmirinə lazım olan materialları X3 alırdı. Orada işlədiyi dövrdə hər iki ev “podmayak” tikilmişdi. Fəhlələrin əmək haqqını İddiaçı ödəyirdi. Digər dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, Novxanıda yerləşən evlə bağlı təmir işləri zamanı həmin evdə fəhlə kimi işləmişdir. İkinci mərtəbənin tikintisi zamanı daş vermiş, evin betonunu tökmüşdür. 2015-ci il ilin sentyabrına qədər orada işləmişdir. Məvaciblərini X3 vermişdir. Bütün ustaları və fəhlələri X3 gətirmiş və onların əmək haqlarını da X3 ödəyirdi. Apellyasiya baxı şı zamanı dindirilmiş növbəti şahid X2 bildirmişdir ki, 2015-ci ilin əvvəllərindən mübahisəli evlərdə fəhlə kimi işləmişdir. Məvaciblərini də X3dən almışlar. Orada daş, qum daşımışdır. Hər iki ev tikilmişdi, suvaqları vurulmuşdu, pəncərələri qoyulmuşdu. Tikinti materiallarını İddiaçı alıb gətirirdi. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 752.2, 753.1, 757, 385.1, 425.1, 442, 449.1-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, iddiaçı-podratçı İddiaçı ilə cavabdeh-sifarişçi Cavabdeh arasında podratçının vəsaiti ilə torpaq sahəsi alınmaqla üzərində 2 ədəd fərdi yaşayış evinin tikintisinə dair şifahi podrat müqaviləsinin bağlanması, cəmi 105000 manat sərf edilməklə iddiaçı tərəfindən e vlərin tikintisinin başa çatdırılması, fərdi yaşayış evinin cavabdehin adına rəsmiləşdirilməsi, cavabdeh tərəfindən 27050 manat ödənilməsi və 77950 manat borcunun qalması təsdiq edilmişdir. Həmçinin apellyasiya baxışı zamanı dindirilmiş şahid ifadələri ilə də hər iki evdə iddiaçının vəsaiti hesabına işlərin görüldüyü öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarına istinadən göstərilən nəticələrə gələrkən Ali Məhkəmənin Qərarındakı göstərişlərinin nəzərə almasını qeyd etsə də, faktiki olaraq bu göstərişlərə tam əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya ra zılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işlə ri ödənilmiş sayılır. Həmin Məcəllənin 757-ci maddəsinə görə isə əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı-podratçı İddiaçı ilə cavabdeh-sifarişçi Cavabdeh arasında podratçının vəsaiti ilə torpaq sahəsi alınmaqla üzərində 2 ədəd fərdi yaşayış evinin tikintisinə dair şifahi podrat müqavi ləsinin bağlanması, cəmi 77950 manat sərf edilməklə iddiaçı tərəfindən 2 evin tikintisinin başa çatdırılması nəticəsinə gələrkən ilk növbədə bu sərfiyyatın hansı mötəbər və tutarlı sübut növləri əsasında müəyyən edilməsini əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinə istinad etsə də, şahidlər ifadələrində təmir və tikinti işlərinin tam həcmi, yəni, sərf edilmiş pulun məbləğinə dair heç nə göstərməmişlər. Onların ifadələrinin məzmunu tikinti materiallarının kim tərəfindən alınması və zəhmət haqlarının kim tərəfindən ödənilməsi barədədir ki, bu da iddiaçının pul tələblərinə dair iddiasının göstərilən qaydada qismən belə əsaslı olması nəticəsinə gəlməsinə hüquqi əsas yaratmır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməs inin qərarında qeyd edilmiş çoxsaylı tikinti materiallarının satın alınmasına dair işə əlavə edilmiş qaimə faktura sənədlərinin, eləcə də çəkilmiş xərclərə dair qeydiyyatın aparılmasını özündə ehtiva edən dəftərin (bloknotun) mötəbərliliyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə tədqiq edib yoxlamaq kimi göstərişi ilə bağlı ümumiyyətlə araşdırma aparmamış, iddiaçının həmin evlərdə nə vaxt, hansı məbləğdə işlər görməsini dəqiqləşdirib görülmüş işlərə çəkilmiş xərcləri müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin edib rəylər almamış, bununla bağlı hallara həmin dəftərdə cavabdehin imzası olmaması, orada göstərilən materialların və onların qiymətlərini təsdiq etməməsi baxımından hüquqi qiymət verməmişdir. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin əsas qayəsini təşkil edən evlərə çəkilən xərclərin özü tərəfindən ödənilməsi və evlərin tam təmirli vəziyyətdə təhvil verilməsi ilə bağlı istinad etdiyi hallara cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar üzrə araşdırma aparmadan hüquqi qiymət verməyə çalışmış, hətta etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməməsini də vurğulamışdır. Halbuki, kollegiyanın qənaətinə görə belə olan halda sübutun yazılı surətdə təqdim edilməməsi cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi halların əsassız olması kimi qiymətləndirilə bilməzdi. Belə ki, kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə sübut təqdim edilməsinə dair cəhdlərinə də diqqət yetirməmiş, bununla əlaqədar onun görülmüş evlərin və onların dəyərini müəyyən edilməsi üçün məhkəmə tikinti –əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətini əsassız olaraq təmin etməmişdir. Belə ki, kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qeyd edilən vəsatətin təmin edilməməsi üçün istinad etdiyi əsaslar formal və əsassız olmuşdur. Çünki, mübahisəli evlərin birinin digər şəxsə satılmasına baxmayaraq həmin evlərin hazırda yerində mövcud olması iş materiallarında olan tərəflərin izah atları təsdiq edilir və evlərdə 2015-ci ildən sonra əlavə tikinti işlərinin görülməsi faktı ilə bağlı məhkəməyə heç bir sübut da təqdim edilməmişdir. Bu hallar ekspertiza təyin edildikdən sonra ekspert tərəfindən yerində müayinə zamanı müəyyən edilməli olan hallara aiddir ki, sonunda da gəlinən rəyə işə baxan məhkəmə tərəfindən qanunvericiliyə uyğun da hüquqi qiymət verilir. Kollegiyanın qənaətinə görə İddiaçı evlərin tikintisinə sərf etdiyi 77950 manat məbləğində pulun sərf etməsinə dair mötəbər sübutlar təqdim etdiyi halda onun gecikdirilməsi halı da öz təsdiqini tapmaqla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbləri baxımından faizlərin hesablanması məsələsinə qiymət verilməsi müzakirə edilə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətin in dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məh kəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının inşa etdiyi evləri hansı vəziyyətdə cavabdehə təhvil verməsini tam aydınlaşdırmamış, iddiaçı tərəfindən görülən işlərə sərf edilmiş vəsaiti müvafiq ekspertiza keçirilməklə aydınlaşdırmamış, iddiaçının tikintiyə sərf etdiyi tikinti materiallarının qiymətləri ilə bağlı mötəbər sübutlar təqdim edilməməsinə hüquqi qiymət verməmişdir. Buna görə də, iş üzrə cavabdehdən borca görə 77.950 manat, ona hesablanmış faizə görə 19.487,5 manat, cəmi 97.464,5 manat pulun tutulub iddiaçıya ödənilməsi hissəsində məhkəmənin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına q aytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tar ixli 2(103)9353/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7917/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7917/2019
25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver