Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7920/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X7 oölundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-4003/2019, hakim İ.Ə.Əliyev) İddiaçı Cavabdeh qarşı iddiası qismən təm in edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.04.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 136,6 manat alimentin məbləğinin dəyişdirilməsi, 27.10.2008-ci il təvəllüdlü X3 və 05.10.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10876/2019, hakimlər Z.Ə.Əliyev, F.Ş.Talışinski, R.Ə.Eyvazov) Cavabdeh apellyasiya şikayəti təmin edil məmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 27.10.2008-ci il təvəllüdlü X3 və 05.10.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 136,6 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 08 aprel 2019-cu il tarixdə İddiaçı məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş aliment məbləğinin uşaqların saxlanılması üçün kifayət etmədiyinə istinad edərək aliment məbləğinin artırılması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərinə düzgün istinad etməmiş, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmiş, onun maddi imkanın ağır olmasını, iddiaçının tələb etdiyi alimenti ödəmək qabiliyyətinin olmamasını, iddiaçının özünün kifayət qədər gəlirinin olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsi ilə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad etmənin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbləri nə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə istənilən tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2019-cu il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, əvvəlki məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 136,6 manat sabit pul məbləğində alimentin tutulması müəyy ən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aliment müəyyən edildikdən sonra uşaqların tələbatları çoxalmış və həmin aliment məbləği uşaqların saxlanması üçün kifayət etmir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərildiyi kimi nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə aliment tutulmasının əsaslarını müəyyən edən ailə qanunvericliyinin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7920/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7920/2019
19.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver