Məhkəmə qərarları › İş №2(102)-7923/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7923/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7923/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli, 2(103)6116/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə bax araq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standard” KB cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 106.000 (bir yüz altı min) ABŞ dolları məbləğində əsas borc, 2.826,66 (iki min səkkiz yüz iyirmi altı) ABŞ dolları (altmış altı) sent məbləğində faiz borcu, ümumilikdə isə 108.826,66 (bir yüz səkkiz min səkkiz yüz iyirmi altı) ABŞ dolları (altmış altı) sent məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdən, Cavabdeh3 və Cavabdeh2 “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-339/2016 saylı, 19 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim X5) iddia təmin edilmişdir. Qətnamədən Ca vabdeh2 apellyasiya şikayəti verərək, hazırkı iş üzrə olan Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli 2(005)- 339/2016 saylı qətnaməsinin əsassız və qanunsuz olduğundan apellyasiya icraatı qaydasında qismən, yəni “106 000 ABŞ dolları əsas borc, 2826,66 ABŞ dolları faiz borcu, ümumilikdə 108826.66 ABŞ dollarının və 30 manat dövlət rüsumunun Cavabdeh2 tutulması" hissəsində ləğv edilməsi və iş üzrə iddia tələblərinin həmin hissədə rədd edilməsinə dair dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli, 2(103)6116/2019 nömrəli qətnaməsi ilə (hakimlər X1, X2 və X3) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-339/2016 saylı, 19 aprel 2016-cı il tarixli qə tnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin qismən –“əsas borc və hesablanmış faiz pulunun tutulması” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin qismən təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının cavabdehdən kredit borclarını vaxtında qaytarmadığına görə artırılmış faiz məbləği tələb etməsi yolverilməzdir və bu hal MM-nin 420-ci maddəsinin tələblərinə uyğun gəlmir. Belə ki, faizlər kredit müqavilələri üzrə müəyyən olunmuş normal dərəcə üzrə tutulmalı, onların tutulmalı o lduğu dövr isə iddianın qaldırıldığı vaxtla məhdudlaşmalıdır. İşə baxan aşağı instansiya məhkəmələri borcun dəqiq məbləğini müəyyən etmək üçün hər hansı tədbir görməmiş, bu barədə ekspertiza təyin etməmiş, nəticədə cavabdehin məsuliyyəti artmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikas ı MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-339/2016 saylı, 19 aprel 2016-cı il tarixli qətnaməsini Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən e dilmiş işin hallarından göründüyü kimi, QSC “Bank Standard” KB ilə “xxxx” MMC arasında 29 iyun 2012-ci il tarixdə 19-2/703 saylı Bank qarantiyası müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən illik 24% ödənilməsi şərti ilə 12 ay müddətinə 20.000 ABŞ dolları məbləğində, 29.05.2014-cü il tarixli əlavə sazişə əsasən həmin müqavilə üzrə qarantiya məbləği 106.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bank qarantiyası müqaviləsi üzrə “xxxx” MMC öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 27.10.2014-cü il tarixində 19-2/703-002 saylı zaminlik müqaviləsi əsasında “xxxx” MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. “xxxx” MMC Bank qarşısında öhdəliklərini icra etmədiyi üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə Cavabdeh2 mübahisə predmeti olan borc müqaviləsindən və onun əsasında bağlanmış zaminlik müqaviləsindən məlumatı olmadığını bildirmişdir. Bununla bağlı, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın 24 iyun 2019cu il tarixli 14549 saylı rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 19-21-ci vərəqələrində olan 27 oktyabr 2014-cu il tarixli 19-2/703-002 nömrəli zaminlik müqaviləsinin 1-2-ci vərəqələrinin aşağı sağ hissələrindəki imzalar və 3-cü vərəqəsində “Zamin” qrafasındakı imza və “Cavabdeh2K,” əlyazmaları - SADİXOVA TAMİLLA KAMAL qızı tərəfindən icra olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 borc və zaminlik müqavilələrindən xəbəri olmaması, z aminlik müqaviləsindəki imzanın onun olmadığını bildirsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, işdən görünür ki, iddia ərizəsi 31 mart 2015-ci il tarixdə məhkəməyə daxil olmuş, Cavabdeh2 isə 22 fevral 2019-cu il tarixdə apellyasiya şikayəti verərkən bu məsələyə toxunmuşdur. Apellyasiya baxışı zamanı bu məsələ ilə bağlı ekspertiza təyin edilmiş və rəy alınmışdır. Məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə də Cavabdeh2 göstərdiyi dəlillər öz təsdiqini tapmamışdır. Bu cür hallar cavabdeh tərəfin prosessual hüquqlarından suiistifadə etməsini açıq-aşkar təsdiq edir. Ona görə də, müqavilənin məhz Cavabdeh2 tərəfindən imzalanması şübhə altına alına bilməz. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddia nın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunan prosessual hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv e dilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələr inin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, kassator borcun düzgün müəyyən edilməməsi ilə bağlı istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Beləliklə, kassasiya şikayətindəg östərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli, 2(103)6116/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar