Məhkəmə qərarları › İş №2(102)-7924/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7924/2019

19.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7924/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsindən “xxxx” İKB ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-4283/2017, hakim Z.Ə.Əliyev)“xxxx” İKB ASC-nin Cavabde h3, Cavabdeh2 və X5 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 10.895 ABŞ dolları məbləğində əsas, 3.278 ABŞ dolları məbləğində faiz, 80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14.254 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1106/2019, hakimlər V.Ə.Baxışova, H.Ü.Həmidov, E.E.Nağıyeva) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada 4.876 ABŞ dolları məbləğində əsas, 312 ABŞ dolları məbləğində faiz, 80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 4.969 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC Cavabdeh3illik 28 faiz olmaqla, 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün həmin tarixdə bankla Cavabdeh2 və X6 arasında zaminlik müqavilələri bağlanılmışdır. 30 avqust 2017-ci il tarixdə iddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X5 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müra ciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmışş kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış fazilərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğində görə faiz hesablanması öhdəlik tam icra edilənədək davam etdirilməlidir. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən hallara düzgün qiymət verilməyərək qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv ed ilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbininəsasını kredit müqaviləsi üzrə borcun borclu və zamindən müştərək qaydada tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surə tdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı bank tərəfindən məhkəməyə təqdim edilmiş 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, 19.000 ABŞ dolları borca görə 24 ay üçün 6.029 ABŞ dolları məbləğində faiz nəzərdə tutulmuşdur. Həmin kredit müqaviləsinə 17 mart 2016-cı il tarixli 1 saylı əlavədən görünür ki, 12.278 ABŞ dolları əsas borca görə 18 ay üçün 2.671 ABŞ dolları mə bləğində faiz nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən alınmış 04 iyun 2019-cui il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh3 14 noyabr 2017-ci il tarixə banka 4.876 ABŞ dolları əsas, 12 ABŞ dolları faiz borcu müəyyən edilir. Həmin ekspert rəyində göstərilmişdir ki, Cavabdeh3 tərəfindən kredit öhdəliyi üzrə cəmi 24.881 ABŞ dolları, ödəniş edilmiş, həmin məbləğin 14.123 ABŞ dolları əsas borca, 10.758 ABŞ dolları faiz borcuna silinmişdir. Azərbaycan Respublikasının Müki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. H əmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar