Məhkəmə qərarları › İş №2(102)-7929/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7929/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7929/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli 2(103)-1124/2019 saylı qətnaməsindən İddiaçı İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev, iş № 2(008)-452/2017) İddiaçı İKB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və bor cun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 25.812,02 ABŞ dolları əsas borc, 6031,99 ABŞ dolları faiz borcu, 800 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 32.611,01 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş cavabdehə məxsus “Lexus GX 460” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova, H.Ü.Həmidov və E.E.Nağıyeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07 mart 2017-ci il tarixli qətnaməsi qismən-əsas və faiz borcunun tutulması hissədində dəyişdirilmiş, cavabdehdən bankın xeyrinə 14.912,88 ABŞ dolları əsas, 4.073,86 ABŞ dolları faiz borcu, 800 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 19.749,88 ABŞ dollarının tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 24 oktyabr 2014-cü il tarixdə İddiaçı İKB ASC-nin 11 saylı filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 15 faiz olmaqla 36 ay müddətinə 53.615 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixli ipoteka müqavilə sinə əsasən kredit müqaviləsinin təminatı kimi cavabdehin əldə etdiyi “Lexus GX 460” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 2016-cı ilin sentyabr ayında bank borcluya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclunun kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən ondan bankın xeyrinə 42.566 ABŞ dolları, 30 manat dövlət rüsumu, 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çı xarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməmiş, işə apellyasiya qaydasında yalnız cavabdeh tərəfindən verilmiş şikayət əsasında baxılmış və cavabdehdən tutulması qət olunmuş əsas və faiz borcunun məbləği azaldılmaqla qətnamə qismən dəyişdirilmişdir. Belə ki, kredit müqaviləsinə və ödəniş cədvəlinə görə Cavabdeh banka 53.615 ABŞ dolları məbləğində kredit borcunu və kreditdən istifadə haqqı kimi 13.293,97 ABŞ dolları məbləğində faiz ödəmək barədə üzərinə öhdəlik götürmüş və iş üzrə aparılmış ekspertiza rəyinə görə cavabdeh tərəfindən banka 14.09.2016-cı il tarixdən 07.03.2017-ci i l tarixədək 5000 ABŞ dolları, 11.04.2017-ci il tarixdən 08.06.2018-ci il tarixədək 7900 ABŞ dolları məbləğində ödənişlər edilmiş və həmin ödənişlər əsas borc üzrə silinməklə cavabdehin banka olan borcu əsas kredit məbləği üzrə 14.912,02 ABŞ dolları, faiz borcu üzrə 4037,86 ABŞ dolları olmaqla ümumilikdə 18.949,88 ABŞ doları təşkil edir. Göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi borcludan ödənilməmiş əsas kredit borcunu təşkil edən 14.912,02 ABŞ dollarının, faiz borcunu təşkil edən 4037,86 ABŞ dollarının tutulması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilmə si üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar