Məhkəmə qərarları › İş №2(102)-793/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-793/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-793/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" QSC-nin Cavabdeh1 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-793/22 (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(106)-2691/2021 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" QSC məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq tələblərini belə əsaslandırıb ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50.**0 ABŞ dolları kredit xətti açılıb. 17 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən, iddiaçı tərəfindən Cavabdeh1 18 ay müddətinə, aylıq 2 faiz olmaqla 13.**0 ABŞ dolları kredit verilib. Həmçinin tərəflərin imzaladıqları 17 aprel 2015-ci il; 11 yanvar 2016-cı il; 19 fevral 2016-cı il; 19 aprel 2016-cı il və 24 noyabr 2016-cı il tarixli razılaşmalara əsasən ödəniş planına dəyişiklik edilib. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcu ndan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 29 mart 2017-ci il tarixdən Banka ödəməmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 7.577,19 ABŞ dolları ödəmiş və onun 5.422,81 ABŞ dolları kredit borcu qalıb. Eyni zamanda, 28 avqust 2020-ci il tarixə 1248 gün üçün hesablanmış faiz borcu 5.022,50 ABŞ dolları, cərimə isə 7.139,12 ABŞ dolları təşkil edir. Bundan başqa, 30 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq 2.0833 faiz olmaqla 3.**0 ABŞ dolları kredit verilib və sonuncu götürdüyü kredit borcundan 0,73 ABŞ dolları ödəmiş, onun 2.999,27 ABŞ dolları kredit borcu qalıb. Cavabdeh1 əsas və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri Banka qaytarmadığı üçün 28 avqust 2020-ci il tarixə hesablanmış faiz borcu 12.49 ABŞ dol ları, cərimə isə 5.033,93 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 10 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. Ona görə də iddia təmin edilərək, cavabdehlərdən müştərək qaydada 25.630 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməldir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Z.M.Əliyev) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı m illi manata məzənnədə 037R********** saylı kredit razılaşması üzrə5422,81 ABŞ dolları əsas, 5.022,50 ABŞ dolları faiz borcu və 5** ABŞ dolları cərimə olmaqla, ümumilikdə 10.945,31 ABŞ dolları; 037KK******569101 saylı kredit razılaşması üzrə 2.999,27 ABŞ dolları əsas, 12,49 ABŞ dolları faiz borcu və 3** ABŞ dolları cərimə olmaqla, ümumilikdə 3.311,76 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi; tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus olan Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 10 saylı mənzilinə yönəldilməsi; ipoteka predmetinin açıq hərracdan satılaraq tələb edilən borca yönəldilməsi; tutma ipoteka predmetinə yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən istifadə hüququnun itirilməsi, həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil v erilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50.**0 ABŞ dolları kredit xətti açılıb. 17 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən, iddiaçı tərəfindən Cavabdeh1 18 ay müddətinə, aylıq 2 faiz olmaqla 13.**0 ABŞ dolları kredit verilib. Həmçinin tərəflərin imzaladıqları 17 aprel 2015-ci il; 11 yanvar 2016-cı il; 19 fevral 2016-cı il; 19 aprel 2016-cı il və 24 noyabr 2016-cı il tarixli razılaşmalara əsasən ödəniş planına dəyişiklik edilib. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 29 mar t 2017-ci il tarixdən Banka ödəməmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 7.577,19 ABŞ dolları ödəmiş və onun 5.422,81 ABŞ dolları kredit borcu qalıb. Eyni zamanda, 28 avqust 2020-ci il tarixə 1248 gün üçün hesablanmış faiz borcu 5.022,50 ABŞ dolları, cərimə isə 7.139,12 ABŞ dolları təşkil edir. Bundan başqa, 30 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq 2.0833 faiz olmaqla 3.**0 ABŞ dolları kredit verilib və sonuncu götürdüyü kredit borcundan 0,73 ABŞ dolları ödəmiş, onun 2.999,27 ABŞ dolları kredit borcu qalıb. Cavabdeh1 əsas və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri Banka qaytarmadığı üçün 28 avqust 2020-ci il tarixə hesablanmış faiz borcu 12.49 ABŞ dolları, cərimə isə 5.033,93 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 10 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli kredit xətti çərçivəsində bağlanmış 17 dekabr 2014-cü il və 30 dekabr 2014-cü il tarixli kredit razılaşmalarının şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni 28 avqust 2020-ci il tarixə Cavabdeh1 hər razılaşma üzrə ayrı-ayrılıqda iddiaçıya olan kredit borcu 17 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 5.422,81 ABŞ dolları əsas, 5.022,5 A BŞ dolları faiz borcu, 30 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 2.999,27 ABŞ dolları əsas, 12,49 ABŞ dolları faiz borcu müəyyən edilir. "xxxx" MMC 25 yanvar 2021-ci il tarixli rəyinə görə, Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 10 saylı mənzilinin real bazar dəyəri 38.**0 manat və likvid dəyəri isə 34.2** manat müəyyən edilir. Eyni zamanda, işdən görünür ki, Cavabdeh3 03 oktyabr 2016-cı ildə, Fazilə İbrəhimova isə 29 noyabr 2020-ci ildə ölüblər. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1, 449.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, faiz borcunun və cərimənin tutulması hissələrində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Zeynalov sədrlik edən, məruzəçi, Z.M.Allahyarov və M.K.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1, 449.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki,apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi da xil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üç ün cavabdehdir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbi ni qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməkləödəyə bilər. Həmin Məcəllənin 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinəəsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya inst ansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsas, faiz borcunun və cərimənin tutulması hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, əsas, faiz borcunun və cərimənin düzgün müəyyən edilmədiyini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 15 dekabr 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə, 50.**0 ABŞ dolları kredit xətti açılıb. 17 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 2 faiz ödəmək şərtilə 13.**0 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 17 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanıb. Tərəflərin imzaladıqları 17 aprel 2015-ci il; 11 yanvar 2016-cı il; 19 fevral 2016-cı il; 19 aprel 2016-cı il və 24 noyabr 2016-cı il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilib. Eyni zamanda, 30 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 2.0833 faiz ödəmək şərtilə 3.**0 ABŞ dolları kredit verilib. Həmçinin, işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 17 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 28 avqust 2020-ci il tarixə iddiaçıya olan əsas borcu 5.422,81 ABŞ dolları, faiz borcu 5.022,5 AB Ş dolları, hesablanmış cərimə 7.139,12 ABŞ dolları olmaqla, cəmi 17.584,43 ABŞ dolları borcu vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2021-ci il tarixli ekspert rəyinə görə, tərəflər arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli kredit xətti çərçivəsində bağlanmış 17 dekabr 2014-cü il və 30 dekabr 2014-cü il tarixli kredit razılaşmalarının şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni 28 avqust 2020-ci il tarixə Cavabdeh1 hər razılaşma üzrə ayrı-ayrılıqda iddiaçıya 17 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə əsas borcu 5.422,81 ABŞ dolları, faiz borcu 5.022,5 ABŞ dolları, 30 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə əsas borcu 2.999,27 ABŞ dolları, faiz borcu 12,49 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməkləödəyə bilər. Həmin Məcəllənin 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilə r. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas, faiz borcunun və cərimənin olması mülki iş materialları, habelə maliyyə arayışı və ekspertin rəyi ilə istisna edilmədiyindən, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(106)-2691/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar