Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-793/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (onun adından ləğvedicisi XX) Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (onun adından ləğvedicisi XX) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1475/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il t arixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.
1. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraatlar, iddianın əsasları, etiraz və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırmaları Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 2(102)-1019/2022 nömrəli 02 may 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (iş vərəqi 137-144, cild 2, sc.supremecourt.gov.az/decision-search/). a) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1475/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov sədrlik edən və məruzəçi, L.Rəhimli və İ.Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 6 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, borcun köçürülməsi haqqında 28 dekabr 2012-ci il tarixli müqavilə üzrə 1.190.000 manat əsas, 741.119,22 faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 30, cəmi 1.931.149,22 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İş materiallarından görünür ki, cavabdeh Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olmaqla, iddiaçı tərəfindən ona qarşı qaldırılmış hazırkı iddia ərizəsində onun yaşayış yeri kimi məhz həmin ünvan qeyd edilmi şdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə sənədlərinin cavabdehə bu ünvan üzrə göndərilməsi öz təsdiqini tapmır. Məhkəmə Qobustan Rayon İcra Hakimiyyəti başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cavabdehin Qobustan rayonu, Ərəbşalbaş kəndində daimi qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, nümayəndəlik ərazisində yaşamadığına dair xx.xx.2017-ci il tarixdə verilmiş 02 nömrəli arayışla kifayətlənmiş, bununla da mülki mühakimə icraatının tərəflərin bərabərliyi və çəkişmə prinsipi ilə realizə edilməsi prinsiplərini pozmaqla qətnamə qəbul etmişdir. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun y oxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. MPM-in 387.2-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq işə, işdə iştirak edən şəxslərdən məh kəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbi q edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəfin iş materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş edir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, hazırda iddiaçı cavabdehdən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilə üzrə borcun ödənilməsini tələb edir. Kredit müqaviləsinə münasibətdə iddia müddətinin ötürülməsi ilə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2009-cu ildə bitmişdir. İddia müddətinin axımı xx.xx.2009-cu ildən başlamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2012-ci il tarixədək müraciət etməli olduğu halda, xx.xx.2016-ci il tarixdə müraciət etmişdir. Odur ki, qeyd edilən müqavilə tələbi üzrə iddia müddəti ötmüşdür. Belə olan halda, iddia tələbi qeyd dilən hisssədə iddia müddətinin ötürülməsi səbəbi ilə rədd edilməlidir. xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilə tələblərinə münasibətdə kollegiya qeyd edir ki, həmin müqavilədə öhdəliklərin icra müddəti konkret müəyyən edilməmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan eti barsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmçinin, nəzərə alınmalıdır ki, icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliy in mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilənin 1.2-ci bəndindən görünür ki, borcalan həmin öhdəlikləri borcverən ilə borcu ötürülənl ər arasında bağlanmış kredit müqavilələrindəki şərtləri öz qüvvəsində saxlanılmaqla qəbul etmişdir. İş materiallarında olan cavabdehin bankın ləğvedicisinə ünvanlandığı xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, o, maliyyə durumunun çətin olması səbəbindən bank qarşısında kredit öhdəliklərini vaxtında ödəyə bilmədiyini, qısa zaman ərzində kredit borcu üzrə öhdəliklərinin yerinə yetirəcəyinə çalışacağını göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilə üzrə iddia müddətinin axımı iddia müddəti daxilində cavabdeh tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər edildiyindən həmin tarixdən, yəni xx.xx.2016-cı il tarixdən kəsilmiş və iddia müddətinin axımı bu tarixdən yenidən başlamışdır. Odur ki, xx. xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilə üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri aparmamaqla müqavilə şərtini pozması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apelyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmir. İş materiallarından görünür ki, 28 dekabr 2012-ci il tarixli həmin müqavilə üzrə cavabdehin 1.190.000 manat əsas, 741.119,22 faiz borcu mövcuddur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikay əti verərək, qətnamənin qismən, yəni “borcun köçürülməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.190.000 manat əsas borc, 741.119,22 manat faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 1.931.149,22 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissədə” ləğv edilməsinə və iddia tələbinin tamamilə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Kassasiya şikayətinin dəlillərinə görə, işə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan və təqdim olunmuş sübutlara, tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, bununla da Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələbinin pozulmasına yol vermiş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 8. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradı lmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıx arması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə
380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir; Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında m əsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verə nə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
12. Kassasiya şikayətində qətnamənin qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
13. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisləndirilən hissədə düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyl asiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
16. Kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlilləri işin bu halları, yəni qeyd olunan faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin sözügedən hallara uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Çünki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §10).
17. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
18. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1475/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.