Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7939/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsindən “xxxx” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2012-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-2132/2012, hakim R.H.Ataşova) “xxxx” ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edil miş, cavabdehdən 1.187 ABŞ dolları məbləğində əsas, 27 ABŞ dolları məbləğində faiz, 54 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1.269 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3721/2019, hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 27 aprel 2012-ci il tarixdə “xxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələ binə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh illik 28 faiz olmaqla, 18 ay müddətinə 1.666 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yetriməmiş, banka 1187 ABŞ dolları əsas, 27 ABŞ dolları faiz, 54 ABŞ dolları cərimə borcu qalmışdır. Bank tərəfindən ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, banka olan borcunu ödəməmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apellyasiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edə n hallara düzgün qiymət verilməyərək qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, ziddiyyətli ekspert rəyinə istinad edilərək iddiaçı bankın mənafeyinə zərər vurulmasına və cavabdehin məsuliyyətdən yayınmasına səbəb olan qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcunun qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsası kimi 13 aprel 2011-ci il tarixli kredit müqaviləsinə, bank hesabı müqaviləsinə, ödəniş qrafikinə və kassa məxaric orderinə istinad etmişdir. Birinci instansiya məhkəməsində mülki işə cavabdehin iştirakı olmadan baxılmış və iddia qismən təmin edilməklə, cavabdehdən 1.187 ABŞ dolları məbləğində əsas, 27 ABŞ dolları məbləğində faiz, 54 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1.269 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir İşə apellyasiya qaydasında baxılarkən cavabdeh qeyd ediən müqavilədən ümumiyyətlə məlumatı olmadığını, həmin müqavilə və digər sənədlərdəki imzanın ona məxsus olmadığını göstərərək, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsinin 14 mart 2019-cu il tarixli qərardadı ilə 13 aprel 2011-ci il tarixli kredit müqaviləsində, kredit hesabı üzrə qrafik, bank hesabı müqaviləsi və kassa məxaric orderində “Cavabdeh” qarşısındakı qrafada olan imzaların Cavabd eh tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. 02 may 2019-cu il tarixli ekspert rəyi ilə göstərilən sənədlərdəki imzanın Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməməklə, cavab dehlə arasında borc müqaviləsinin mövcud olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7939/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7939/2019
19.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver