Məhkəmə qərarları › İş №2(102)-794/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-794/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-794/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun silinməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ilə hazırda ləğv prosesində olan "Cavabdeh1" ASC-nin Xətai filialı ilə xx.xx.2015-ci il tarixində **** saylı saylı kredit müqaviləsi üzrə qalıq kimi hesablanmış 3.235,76 manat faiz borcunun cavabdehlər tərəfindən silinməsi və xx.xx.2015 tarixli İR ******* AZN saylı ipoteka müqaviləsinə xitam verilərək ona məxsus Bakı şəhəri, Ünvan1 fərdi yaşayış evinin yüklülükdən azad edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, həmçinin onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və iddianın tərtib edilməsi üçün ödənilmiş 50 manat olmaqla, cəmi 80 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər arasında kredit və ipoteka müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla hazırda ləğv prosesində olan "Cavabdeh1" ASC-nin Xətai filialı ilə xx.xx.2015-ci il tarixində **** saylı saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə ilə 24 ay müddətinə 61.500 manat məblə ğində kredit verilmişdir. Həmin müqavilə üzrə yaranmış öhdəliyinin təminatı olaraq ona məxsus Bakı şəhəri, Ünvan1 fərdi yaşayış evi xx.xx.2015 tarixli İP ****** AZN saylı ipoteka müqaviləsi ilə bankın xeyrinə yüklü edilmişdir. Yuxarıda istinad olunan kredit müqaviləsi ilə öhdəlik vaxtı-vaxtında tərəfindən icra edilmiş və kredit müqaviləsi üzrə borc məbləği tam şəkildə bağlanmışdır. Bununla yanaşı, ipoteka ilə yüklü edilmiş əmlakın yüklüyükdən azad edilməsi üçün əlavə olaraq 32 manat vəsait tərəfindən banka ödənilmişdir. Lakin, ləğv prosesində olan bankın ləğvedicisi olaraq əmanətlərin sığortalanması fondu tərəfindən ona ünvanlanan xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, guya sözügedən kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə onun banka 3.235,76 manat faiz borcu mövcudd ur. O, həmin faiz borcunu qəbul etmir. Belə ki, hazırkı iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan göründüyü kimi, müqavilə üzrə öhdəliyini vaxtı-vaxtında, lazımi qaydada icra etmişdir. Hazırda əsas gətirilən faiz borcu bank daxili texniki problem nəticəsində yaranmışdır və bu halı təsdiq edən həmin bank tərəfindən ona təqdim edilmiş xx.xx.2017-ci il tarixli 21/****-261 saylı məktub mövcuddur. Həmin məktubda da qeyd olunduğu kimi, gecikmənin onunla heç bir bağlılığı yoxdur və bu səbəbdən də yaranmış faiz borcuna görə o məsuliyyət daşımamalıdır. Belə ki, texniki səhvin yaranmasına səbəbi onunla izah edilmişdir ki, kredit müqaviləsi xx.xx.2015-ci il tarixində bağlandığından bankın daxili sistemində ödənişlərin vaxtı hər ayın 28 tarixi kimi qeyd edilmişdir. Lakin, onunla bank arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikdə öhdəliyinin icrası vaxtı hər ayın 08 tarixi kimi razılaşdırılmışdır. Bu səbəbdən də, o hər ayın 8-i ödənişlərini etmişdir. Yuxarıda qeyd olunan məsələnin həll olması üçün hazırda ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması fonduna xx.xx.2019-cu il tarixli etiraz məktubu ilə müraciət etmişdir. Lakin, sonuncu müraciətinə xx.xx.2019-cu il tarixli ************** saylı məktubla cavab yazaraq bu səfər də bildirilmişdir ki, xx.xx.2019-cu il tarixinə xx.xx.2013-ci il tarixli **** saylı saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "Cavabdeh1" ASC qarşısında 3.183,74 manat əsas borc, 52.02 manat faiz borc, ümumi 3.235,76 manat borc öhdəliyi mövcuddur. Maraqlıdır ki, ilkin olaraq, xx.xx.2019-cu il tarixli məktublarında həmin borcu faiz borcu kimi qeyd edirlər, sonra necəsə həmin borc əsas borca aid edilir. Hazırda cavabdeh-ləğvedicisi olduğu bankın səhvi ucbatından onu əlavə maliyyə yükünə onu qoyur və mülkiyyət hüququnun reallaşdırılmasını əsassız və qanunsuz məhdudlaşdırır. İş materiallarına əlavə edilmiş sənədlər göründüyü kimi tərəfindən kredit müqaviləsi üzrə borc tam ödənilmiş və hətta ipoteka predmetinin yüklülükdən azad edilməsi üçün nəzərdə tutulan 32 (otuz iki) manat dövlət rüsumu cavabdehə ödənilmişdir. Hazırda cavabdehin borc kimi qeyd etdiyi məbləğ birincisi faiz borcudur, ikincisi isə o faiz borcu özlərinin səhlənkarlığı nəticəsində yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)*****/2019 nömrəli qərardadı ilə məhkəmə-müh asibatlıq ekspertizası təyin edilmiş, əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 456 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2015ci il tarixli **** saylı nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə İddiaçı xx.xx.2017-ci il tarixə banka olan borcu tam ödənilmiş və borc qalığı müəyyən olunmamışdır.Hazırki tədqiqatla müqavilə üzrə 48,85 manat məbləgində artıq ödəniş müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)****/2020 nömrəli (hakim Gültəkin Əsədova) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə (ləğv prosesində olan) "Cavabdeh1" ASC-nin Xətai filialı arasında baglanmış xx.xx.2015-ci il tarixli **** saylı saylı kredit müqavi ləsi üzrə qalıq kimi hesablanmış 3.235,76 manat borc vəsaitinin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən silinməsi, tərəflər arasında bağlanmış xx.xx.2015 tarixli İR ****** saylı ipoteka müqaviləsinə xitam verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Ünvan1 fərdi yaşayış evinin yüklülükdən (girovdan) azad edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 456 nömrəli xx xxxxxx 2020- ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli **** saylı nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə İddiaçı xx.xx.2017-ci il tarixə banka olan borcu tam ödənilmiş və borc qalığı müəyyən olunmamışdır. Hazırki tədqiqatla müqavilə üzrə 48,85 manat məbləgində artıq ödəniş müəyyən edilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixli **** saylı nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 ASC qarşısında hər hansı öhdəliyi yoxdur. Beləliklə də, onun girov predmeti olan əmlakı yüklülükdən azad edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 385.1, 427.3, 442-ci “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 48.1 48.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə isti nad etməklə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-****/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə - iddianın Ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı təmin olunmuş hissədə dəyişdirilmədən saxlanması qət edil mişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının kredit müqaviləsi üzrə Bank qarşısında hər hansı öhdəliyi yoxdur və ipoteka predmeti yüklülükdən azad edilməlidir. Bundan başqa, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Ona görə də birinci instansiya məhkəməsi iş üzrə iddianın təmin edilmiş hissəsində gəldiyi nəticədə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsin in 2(103)****/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən ekspert rəyini əsasən götürmüşdür. Lakin qeyd edilməlidir ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasın ın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASCnin səlahiyyətli nümayəndəsi və Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipotek a saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Maddə 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz təl əblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə koll egiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, cavabdeh kasasiya şikayətində də məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmamasına, iddiaçıya ikiqat faiz hesablanmasına istinad etsə də, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı s übutu məhkəməyə təqdim edə bilməmiş və ya işdə olan hər hansı hala istinad edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilməd ən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar