Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7943/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, xxxxnın vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(006)121/2017 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xxxx « xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9942 (doqquz min doqquz yüz qırx iki) ABŞ dolları 95 (doxsan beş) sent əsas və 1649 (bir min altı yüz qırx doqquz) ABŞ dolları 75 (yetmiş beş) sent faiz, cəmi 11592 (on bir min beş yüz doxsan iki) ABŞ dolları 7 (yeddi) sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 20 (iyirmi) manat dövlət rüsumu vəsaitin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2018-ci il tarixli, 2(103)-3689/18 saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(006)-121/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2018ci il tarixli qər arı ilə, Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2018-ci il tarixli, 2(103)-3689/18 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)-557/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(006)121/2017 saylı qətnaməsinin cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: xxxx «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kreditin, ona hesablanmış faizlərin q aytarılması barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xxxx «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9942 (doqquz min doqquz yüz qırx iki) ABŞ dolları 95 (doxsan beş) sent əsas, 1649 (bir min altı yüz qırx doqquz) ABŞ dolları 75 (yetmiş beş) sent faiz, cəmi 11592 (on bir min beş yüz doxsan iki) ABŞ dolları 7 (yeddi) sent kredit borcunun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil1 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, “xxxx” ASC-nin özü tərəfindən verilmiş “Hesab haqqında məlumat” adlı 21 fevral 2019-cu il tarixli sənəddə qanunvericilikdə nəzərdə tutulmuş bütün zə ruri məlumatlar göstərilmiş və Cavabdeh borcunun “0” olduğu göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi nədənsə bank tərəfindən verilmiş sənədə ümumiyyətlə istinad etməmiş, bank tərəfindən hesab barədə verilmiş iki ayrı-ayrı məzmunlu sənəd arasındakı ziddiyətli halı müəyyənləşdirməmiş, balansdan kənar hesabın mahiyyətini, borcun özünün həmin balansdan kənar hesaba oturmasını, yaxud kiminsə köməkliyi vasitəsi ilə otuzdurulmasını və bunun səbəbini, eyni zamanda hansı normativ akta əsasən bu “otuzdurulma” nın və ya “oturma” nın həyata keçirildiyini aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-557/2019 saylı 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilib iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir lər. Məhkəmə kollegiyasının iclasında xxxxnın vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xxxx “xxxx” ASC-yə lazımi qaydada bildiriş göndərilmiş olsa da, xxxxnın nümayəndəsi üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən xxxx tərəfin iştirakı olmadan baxıl masını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apel lyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385, 442, 448.1-ci maddələrinə istinadən iş materialları üzrə gəldi yi nəticələrdən görünür ki, Cavabdeh, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyindən onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Cavabdehin banka borcu vaxtında ödənilmədiyindən həmin borc məbləği balansdan kənar hesaba oturmaqla cavabdehin banka qarşı öhdəliyi icra olunmamışdır. Həmçinin cavabdeh borcu ödəməsini bildirsə də, bununla bağlı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, xxxx «xxxx» Açıq Səhmdar Cəmiyyəti tər əfindən Cavabdeh 25 noyabr 2014-cü il tarixli, 002CASA1114/001537/236 nömrəli kredit xətti müqaviləsinə əsasən 12 ay müddətinə illik 25 faiz olmaqla 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. xxxx «xxxx» Açıq Səhmdar Cəmiyyətinin tələbinin əsasını cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri lazımınca və vaxtında icra etməməsi və nəticədə onun banka 27 noyabr 2015-ci il tarixə 9942 (doqquz min doqquz yüz qırx iki) ABŞ dolları 95 (doxsan beş) sent əsas, 1649 (bir min iyirmi bir) ABŞ dolları 75 (yetmiş beş) sent faiz, cəmi 11592 (on bir min beş yüz doxsan iki) ABŞ dolları 7 (yeddi) sent kredit borcu yaranması təşkil edir. Cavabdehin isə iddianın əsassız olması ilə bağlı və apellyasiya şikayətinin dəllilərindən görünür ki, müqavilə müddətinin 25 noyabr 2015-ci il tarixdə bitməsini və 25 dekabr 2017-ci il tarixdə, yəni müqavilə müddəti bitdikdən 1 ay sona 25348,54 ABŞ dolları ödəniş edilməsini nəzərə alsaq, cavabdehin kredit müqaviləsi üzrə hər hansı bir borcu müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsas və faiz borcunun düzgün müəyyənləşdirilmədiyi ilə bağlı cavabdehin dəlillərinin yoxlanılması məqsədi ilə apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24 may 2019-cu il tarixli 6946 saylı rəyi ilə razılaşaraq həmin rəylə razılaşmamaq üçün hər hansı əsasın mövcud olmamasına, eləcə də cavabdehin borcu ödəməsi ilə bağlı sənəd təqdim etməməsi qənaətinə gəlsə də, cavabdehin xxxxya borcunun olmamasına dair iş materiallarında olan «Azərbaycan Kredit Bürosundan çıxarış» adlı sənəd üzrə tam və hərtərəfli araşdırma aparmamış, həmin çıxarışla razılaşmamasına dair qənaətinin əsası kimi cavabdehin banka borcu vaxtında ödənilmədiyindən həmin borc məbləğinin balansdan kənar hesaba oturması ilə bağlı Bankın nümayəndəsinin məhkəməyə təqdim etdiyi hesab üzrə Çıxarışa istinad etsə də, sonuncu sənədin hansı əsaslara görə «Azərbaycan Kredit Bürosundan çıxarış» adlı sənəddən daha mötəbər sübut növü olmasını əsaslandırmamışdır. Halbuki, kollegiya hesab edir ki, cavabdehin Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən borcunun olmamasına cavabdehin dəlillər həmin sənədi vermiş Büronun nümayəndəsinin iştirakı ilə araşdırılmalı və müvafiq hüquqi qiymət verilməli idi. Belə ki, işin materiallarında olan tərəflər arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin 1.1-c i bəndindən göründüyü kimi bank cavabdehə 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilə müddəti 25 noyabr 2015-ci il tarixdə bitmişdir. xxxx tərəfindən verilmiş 26 aprel 2016-cı il tarixli maliyyə arayışında əsasən kredit üzrə 03 dekabr 2015-ci il tarixdə 25348,54 ABŞ dolları ödəniş edilməsi qeyd edilmişdir. Cavabdeh isə istər iddiaya olan etirazında, istərsə də, apellyasiya şikayətinin dəlillərində 25 dekabr 2017-ci il tarixdə, yəni müqavilə müddəti bitdikdən 1 ay sonra 25348,54 ABŞ dolları ödəniş edilməsinin nəzərə alınmamasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi nəzərə almayaraq işin bu halına qiymət verməmişdir ki, Azərbaycan Kredit Bürosu MMC-nin 01.12.2018-ci il tarixli “Azərbaycan Kredit Bürosundan Çıxarış” adlı sənəddə cavabdehin kredit borcunun deyil, zamin olduğu öhdəliklərinin olması qeyd edilmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan xxxxnın 22.02.2019-cu il tarixli Cavabdeh barəsində verdiyi «hesab haqqında məlumat»da giriş və çıxış qalığının 9942,95 USD olması göstərilsə də, «hesablanmış kredit limiti, faizsiz kredit, faiz hesablanan kredit, overdraft, vaxtı keçmiş kredit» hissələri üzrə hesablanmış faizlərin «0» olmasının qeyd edilməsi ilə bağlı araşdırma aparmamışdır. (i.v 197) Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya ye tirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsinin sadalanan qanun normalarının tələbləri baxımından Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməməsi və onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsi üçün iddia tələblərinin əsaslılığı baxımından işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, eləcə də, apellyasiya şikayətinin dəlilləriə müfəssəl hüquqi qiymət verməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Həmin normaya əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxla nılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidi r. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə yğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə qeyd edilən tələblərə cavab verməməklə yanaşı, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün maddi və prosessual qanunun göstərilən tələblərinə əməl olunmadığından gəldiyi nəticələri də qanuni və əsaslı sayıla bilməz, ona görə də qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nai l olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01.08.2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7943/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7943/2019
25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver