Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7944/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9505/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit məbləğinin qayta rılması tələbi» nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 manat məbləğində əsas borc, 7733,87 manat məbləğində faiz borcu, 5.733,33 manat cərimə borcu, ümumilikdə 73.467,20 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 18.12.2014-cü il tarixli, 336/14 saylı «Kredit müqaviləsi» nə əsasən, cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə, illik 16 % dərəcəsi olmaqla 50 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredi t müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə Bank borcalana 12 (on iki) ay müddətinə qaytarmaq şərti ilə, 50 000 manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, kredit nəğd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 50 000 manat məbləğində əsas borcu, 7733,87 manat məbləğində faiz borcu, 15.733,33 manat cərimə borcu, ümumilikdə 73.467,20 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 50.000 manat, faiz borcu üzrə 7733,87 manat və 30 manat ödənilmiş dövlət rüsumunun ə vəzi olmaqla, cəmi 57 763,87 manat məbləğində pulun alınaraq ləğv prosesində olan «xxxx» ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9505/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9505/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh vəkili Vəkil oğlu kassasi ya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında bir neçə kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən müəyyən məbləğdə ödənişlər edilmişdir. İddiaçı müqavilələr üzrə cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir ki, həmin çıxarışda da hansı kredit müqaviləsi üzrə hansı məbləğdə borcun verilməsini müəyyəne tmək mümkün deyil. Halbuki, iddiaçı hər bir müqavilə üzrə ayrıca şəkildə hesabdan çıxarışı məhkəməyə təqdim etməli idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh vək ili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. xahiş etmişdir. İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 15 iyul 2019-cu il tarixli qətn aməsi ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 18.12.2014- cü il tarixli, 336/14 saylı «Kredit müqaviləsi»nə əsasən, cavabdehə istehlak məqsədi ilə 12 (on iki) ay müddətinə, illik 16 % (on altı) dərəcəsi olmaqla 50 000 (əlli min) manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş 20.04.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06.04.2018-ci il tarixinə kredit müqaviləsi üzrə «xxxx» ASC-yə əsas borc üzrə 50 000 manat, kredit müqaviləsinin müddətinin sonuna olan faiz borcu üzrə 7755,56 manat, cəmi 57755,56 manat məbləğində borcu var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24397 saylı, 18 fevral 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 336/14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh maliyyə arayışında göstərilən tarixə, yəni 05 dekabr 2017-ci il tarixinə iddiaçı “xxxx” ASC-yə əsas borc üzrə 50 000 manat, faiz borcu üzrə 7 733,87 manat olmaqla, ümumilikdə 57 733,87 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi idd ianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zama nı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçı ya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflərin razılaşdıqları müqavilə şərti ilə kreditin verildiyi təsdiq olunur. Lakin cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun banka borcu yaranmışdır. Həmçinin borcun məbləği kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hesablanılmış, məbləğin hər hansı şəkildə d üzgün hesablanmamasına əsas verən hallar aşkar edilməmişdir. Bu halı iş üzrə keçirilmiş ekspert rəyi də təsdiq edir. Eyni zamanda cavabdeh ekspert rəyini də mübahisələndirsə də, məhkəmə araşdırması zamanı ekspert rəyini şübhə altına alan hallar aşkar edilməmişdir. Cavabdeh qətnamənin ləğvinə səbəb ola biləcək hallarla bağlı sübutlar təqdim edə bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin k assatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassator kredit müqaviləsi üzrə borcun miqdarının düzgün hesablanmadığını qeyd etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin tələb olunan borc iddiaçı tərəfindən təqdim edilmiş sənədlər və iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə öz təsdiqini tapmışdır. Beləliklə, kassasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sax laya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9505/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7944/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7944/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver