Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7946/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh Ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9915/2019 nömrəli iş üzrə 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsini n (hakim Səməd Cəfərov) 2(006)-1766/2019 saylı14.03.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə “xxxx” ASC-nin Sumqayıt filialı arasında 17 sentyabr 2014-cü il tarixində 4-70042415-35 saylı kredit müqaviləsi üzrə məlumatların Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi məqsədi ilə bu barədə müvafiq məlumatın verilməsi vəzifəsi Ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qət edilmiş, iddia digər hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İlham Kərimli, Abiddin Hüseynov) 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikay əti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən iddianın təmin olunması hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla «xxxx» ASC arasında bağlanmış 17.09.2014-ci il tarixli 4-70042415-35 saylı kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və Mərkəzi Kredit Reyestrində borcun silinməsinin təmin edilməsi vəzifəsinin Ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17.09.2014-cü ildə “xxxx” ASC-dən biznes qurmaq üçün 4-70042415-35 saylı kredit müqaviləsinə əsasən 4000 ABŞ dolları məbləğində k redit götürmüş, qrafikə uyğun olaraq Azərbaycan manatının devalivasiyasına qədər banka ödənişlər etmişdir. Devalivasiyadan sonra ödənişlərdə gecikmələr oldu və kredit məbləğini qrafikə uyğun ödəyə bilməmişdir. Bir müddət keçdikdən sonra “xxxx” ASC onu məhkəməyə vermiş və məhkəmə ona 3300,32 ABŞ dolları borc təyin etmişdir. İddiaçı bu borcu ödəməyə başlamışdır. Məbləğ 2759,39 ABŞ dolları olanda “xxxx” ASC-nin nümayəndələri İddiaçı banka dəvət edib və təklif etdilər ki, əgər o, qalan 2759,39 ABŞ dolları məbləğində olan kredit borcunun yarısını ödəsə, bank qalan məbləği ona bağışlayacaq və eyni zamanda “xxxx” ASC-nin hüquqi sənədi olaraq bank qarşısında heç bir borcunun və öhdəliyinin olmaması barədə möhürlü, imzalı sənəd verəcək. İddiaçı “xxxx” ASC-nin təklifi ilə razılaşaraq bir neçə nəfə rdən borc taparaq 22.12.2017-ci il tarixində 1318,88 ABŞ dolları (2250,01 manat) məbləğində banka ödəniş edib və bank qarşısında heç bir öhdəliyinin olmaması barədə bankın hüquqi sənədini və etdiyi ödənişin qəbzini almışdır. Bir müddət sonra “xxxx” ASC bağlanmış və onun yerinə Əmanətlərin Sığortalanması Fondu (ADİF) fəaliyyət göstərməyə başlamışdır. ADİF Komissiyasının nümayəndələri iddiaçını ofisə dəvət edərək bildirmişdir ki, ADİF Komissiyası “xxxx” ASC-nin iddiaçıya verdiyi hüquqi sənədi, yəni bank qarşısında heç bir öhdəliyi olmayacağı barədə hüquqi sənədi tanımır və iddiaçıdan bağlanmış kreditin qalan hissəsini ödəməyi tələb edir. İddiaçı onlarla razılaşmamışdır. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişd ir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı LPO “xxxx” ASC-yə ünvanlanmalı olan tələbi Əmanətlərin Sığortalanması Fonduna ünvanlamışdır. “xxxx” ASC-nin hüquqi ünvanı ünvan 1əsimi rayon məhkəməsinə göndərmişdir. Buna səbəb isə Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanın ın Nəsimi rayonu, Bülbül prospekti 40 olmasıdır. Eyni zamanda, “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən ƏSF-nun funksiya və vəzifələrinin əsas istiqaməti sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, Bankla iddiaçı arasında bank əmanəti müqaviləsi bağlanmamışdır. Beləliklə, ƏSF-nun subyekti olduğu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu bankla İddiaçı arasında olan münasibətlərə şamil edilmir. Hazırki işdə iddia ƏSF-na qarşı qaldırılmışdır. Məhkəmə araşdırılmasının predmeti olan iddia ərizəsi müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlıdır. Belə olan halda hesab edir ki, hazırki iddia əsl olmayan cavabdehə qarşı qaldırıldığından rədd ed ilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətna məsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“xxxx” ASC-nin Sumqayıt fililalının 22.12.2017-ci il tarixli 04-11/457 nömrəli arayışına əsasən İddiaçı ilə “xxxx” ASC-nin Sumqayıt filialı arasında 17 sentyabr 2014-cü il tarixində 470042415-35 saylı kredit müqaviləsi üzrə iddiaçının öhdəliyi yoxdur. Cavabdeh tərəf öhdəliyin icra edilməsini qəbul etmədiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi cavabdehin dəlillərinin sübut edilməməsinə əsaslanaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissə si üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin Sumqayıt fililalının 22.12.2017-ci il tarixli 04-11/457 nömrəli arayışına əsasən İddiaçı ilə “xxxx” ASC-nin Sumqayıt filialı arasında 17 sentyabr 2014-cü il tarixində 4-70042415-35 saylı kredit müqaviləsi bağlanmışdır. Bu tarixdə olan 4000 USD (restrukturizasiya edilərək 2759,39 ABŞ dolları) məbləğli kredit müqaviləsi üzrə hal-hazırda heç bir öhdəlik yoxdur. Ləğv prosesində olan «xxxx» ASC tərəfindən X2 ünvanlanmış 07.01.2019-ci il tarixli **********067 saylı məktubdan görünür ki, X1 17.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Qubadlı rayon məhkəməsinin 04.10.2016-cı il tarixli 2(028)775/2016 saylı məhkəmə qət naməsi üzrə icra edilməmiş 1391,6 ABŞ dolları kredit borcu mövcuddur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 08 oktyabr 2018-ci il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən Bu Qayda bankların və bank olmayan kredit təşkilatlarının (bundan sonra - BOKT) hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir.; 3.5-ci bəndinə əsasən Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildi yi tarixdən 2 iş günü ərzində təqdim edilir; 3.10-cu bəndinə əsasən MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq o qənaətə gəlmişdir ki, “xxxx” ASC-nin Sumqayıt fililalının 22.12.2017-ci il tarixli 04-11/457 nömrəli arayışına əsasən İddiaçı ilə “xxxx” ASC-nin Sumqayıt filialı arasında 17 sentyabr 2014-cü il tarixində 4-70042415-35 saylı kredit müqaviləsi üzrə iddiaçının öhdəliyi yoxdur. Lakin istər birinci, istərsə də apellyasiya instansiya məhkəməsində cavabdeh tərəf 17.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə məlumatların Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit R eyestrindən silinməsi məqsədilə bu barədə müvafiq məlumatın verilməməsini əsaslandıra bilməmişdir. Hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaya etirazı əsaslandıran hallar və bu faktı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən bu, sonuncunun sübutetmə vəzifəsini yerinə yetirə bilməməsi anlamına gəlir ki, bu da öz növbəsində iddiaçının əsaslı olan iddiasının təmin olunması üçün mane ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin d əlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətində Fond hazırki iddiaya cavabdeh verməli olmayan şəxs olduğunu, hazırki tələbin banka qarşı yönəldilməli olmasını, Fondun əsas istiqaməti sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Az ərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.” Göründüyü kimi ləğvedici müflis elan olunan bankın adından vəzifələr daşıdığından iddiaçı hazırkı tələbini bankın ləğvedicisinə qarşı yönəltməkə haqlı olmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9915/2019 nömrəli iş üzrə 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7946/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7946/2019
26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver