Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7948/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar İddiaçı və X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli 2(103)-8388/2019 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.Həsənov) 04.01.2018-ci il tarixli 2(003)55/2018 nömrəli qətnaməsi i lə iddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, X6, Bakı şəhəri 9 saylı Notariat Kontoruna, Bakı şəhəri 10 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Vəliyev, X.Mərdanova, E.Həsənov) 07.11.2018-ci il tarixli 2(103)-4729/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin04.01.2018-ci il tarixli 2(003)-55/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (ha kimlər G.Quliyev, Ə.Mirzəliyev, T.Qoldman) 04.04.2019-cu il tarixli, 2(102)-2049/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli 2(103)-4729/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) 16.07.2019-cu il tarixli 2(103)-8388/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin04.01.2018ci il tarixli 2(003)-55/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilərək, X4 ilə Cavabdeh1 arası nda 06 iyun 2016-cı il tarixdə bağlanmış, AN-İ seriyalı, ******* №, Bakı şəhəri 9 saylı notariat kontorunda 4Ə/396 nömrə ilə reyestr qeydiyyatına alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələr – Cavabdeh1 adına aparılmış reyestr qeydi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 17 sentyabr 2016-cı il tarixdə bağlanmış, AN-İ seriyalı, ******* №, Bakı şəhəri 10 saylı notariat kontorunda 4Ə/110 nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi; Bakı şəhər, Xəzər rayon, Buzovna qəsəbəsi Rasim İmanov küçəsində yerləşən 2A saylı evin 17 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh2 adına aparılmış reyestr qeydi və RX seriyalı, ******* nömrəli, 20.09.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı n dövlət reyestrindən çıxarış; Cavabdeh2 ilə X5 arasında 24 sentyabr 2016-cı il tarixdə bağlanmış 4 saylı Bakı “ASAN xidmət” mərkəzində reyestrdə 4Ə/1117 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi; Bakı şəhər, Xəzər rayon, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 2A saylı evin 17 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən X2 adına aparılmış reyestr qeydi və RX seriyalı, ******* nömrəli, 04.10.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli 2(103)-8388/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) 03.10.2019-cu il tarixli 2(103)-8388/2019 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli 2(103)-8388/2019 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli 2(103)-8388/2019 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili Ağayev Adil Əskər oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmış, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz və orde r əlavə edilmişdir. Lakin həmin sənədlər kassasiya şikayəti qəbul edildikdən sonra sübutlar arasından çıxarılmışdır. Belə ki, kassasiya şikayətini qəbul edən məsul şəxs vəkilin imzasını, orderi və dövlət rüsumunu yoxladıqdan sonra digər nüsxəyə qəbul etdim ştampını vurmaqla öz imzası ilə təsdiq edir. Həmin nüsxə şikayət verən tərəfdə vardırsa bir mənalı olaraq qərardadda göstərilənlərin əsassız və qərəzli mövqedən qəbul edilməsi özü özlüyündə sübuta yetirilir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli 2(103)-8388/2019 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh2 vəkili Ağayev Adil Əskər oğlu, digər cavabdehlər X5, X7, Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Kontoru və ünvan 1 ünvanlayaraq, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə baxılmasının 20 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İ ddiaçılar İddiaçı və X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası şikayətin geri qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, kassasiya şikayəti Cavabdeh2 ilə yanaşı X5 tərəfindən imzalanmış olsa da, həmin şəxsə münasibətdə vəkilin orderi şikayətə əlavə edilməmişdir. Bununla yanaşı, müvafiq kassasiya məhkəməsinin hesabına dövlət rüsumunun ödənilməsinə dair sənəd şikayətə əlavə edilməmişdir. (şikayətə əlavə edilən ödəniş s ənəddə dövlət rüsumunun Bakı Apellyasiya Məhkəməsinə ödənilməsi göstərilir). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, kassasiya yoxlaması zamanı da qəbul edilmiş qərardadda göstərilən nöqsanlar iş materialları ilə də öz təsdiqini tapmaqdadır. Hazırki halda da kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən, Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-ci maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli 2(103)8388/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7948/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7948/2019
24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver