Məhkəmə qərarları › İş №2(102)-7950/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7950/2019

25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7950/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkilkassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 16.06.2010-cu il tarixli KT********* saylı kredit müqaviləsi üzrə 16.06.2015-ci il tarixə yaranmış 169.996,79 manat əsas, 3172,95 manat faiz, 1030,26 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 174230 (yüz yetmiş dörd min iki yüz otuz) manat məbləğində pulun tutulması və Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 145 (yüz qırx beş) manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli, 2(103)-2048/2019 saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN H ALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 170.000 manat əsas borcun, 19947,06 manat faiz borcun, 53083,34 manat cərimə borcunun, cəmi 243030,40 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iddiaçı tərəfindən adına bağlanmış bütün müqavilələr üzrə cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir ki, həmin çıxarışda da hansı kredit müqaviləsi üzrə hansı məbləğdə borcun verilməsini m üəyyən etmək mümkün deyildir və iddia etdiyi halı sübut etmə vəzifəsi daşıyan iddiaçı ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrıca şəkildə hesabdan çıxarışı məhkəməyə təqdim etməli idi. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin hüquq normalarına uyğun qəbul edildiyindən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tər əfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, Cavabdeh üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, «Bank» qism ində İddiaçı ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış 16 iyun 2010-cu il tarixli KT ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə ay müddətinə, illik 4%lə meyvəçiliyin inkişafı üçün kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 11.12.2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 16.06.2010cu il tarixli kredit müqaviləsi üzrə 05.12.2017-ci il tarixə 170000 manat əsas borcu, 19947,06 manat faiz borcu və 53083,34 manat cərimə borcu, cəmi 243030,04 manat borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 24.08.2018-ci il tarixli 12571 nörmrəli rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 16.06.2010-cu il tarixli KT *** ****** saylı müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh 16 iyun 2015-ci il tarixədək banka olan borcu 173169,74 manat məbləğində müəyyən olunmuş, o cümlədən 16.06.2015-ci il tarixə əsas borcu üzrə 169996,79 manat, faiz üzrə 3172,95 manat borc müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları əsasında gəldiyi nəticədən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cə rimə ilə birlikdə iddiaçıya ödəməlidir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 11.12.2017- ci il tarixli maliyyə arayışında 05.12.2017-ci il tarixədək müqavilədə nəzərdə tutulmuş faizə görə faiz məbləği tələb edilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 16.06.2010-cu il tarixli KT********* saylı kredit müqaviləsi üzrə 16.06.2015-ci il tarixə yaranmış 169.996,79 manat əsas, 3172,95 manat faiz, 1030,26 manat cərimənin tutulması barədə, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas və faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyə n edilmiş cərimənin məbləği tam olaraq işin hallarına uyğun olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin halları nəzərə alınaraq dəbbə pulunun həcmi əhəmiyyətli dərəcədə azaldılmışdır. Məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin ekspertiza xərcinin cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətin i qanunvericiliyin tələblərinə uyğun həll etmiş, borc məbləği cavabdeh tərəfindən mübahisələndirilsə də, bu halı təsdiq edə biləcək sübutları, heç olmasa özü tərəfindən aparılmış adi riyazi hesablamanı belə məhkəmələrə təqdim etməmişdir. Həmçinin, qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəməmühasibatlıq ekspertizası keçirilməklə, onun nəticələrinə uyğun həddə borcun tutulmasına dair qətnamə qəbul etmiş, həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal isə nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də ki apellyasiya icraatında müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respulikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 739, 741-ci maddələrinin və Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutlar ı tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə düzgün və əsaslı nəticəyə gəlinmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 04 fe vral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar