Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-796/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi,iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştrakıilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qətnaməsi ilə (ha kim:E.E.Rəhimov; 2(009)-2751/2017) iddiа qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17.12.2015-ci il tarixə yaranmış əsas borc üzrə 45.586 ABŞ dolları, 8.118,41 ABŞ dolları məbləğində faiz borcu, cərimə 1.610,20 ABŞ dolları, gecikdirmə vaxtı üçün hesablanmış faiz 3.805,17 ABŞ dolları, cəmi isə 59.119,78 ABŞ dolları Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2017-ci tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev, H.Ü.Həmidov; 2(103)-11986/2017) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Ba kı şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qətnaməsi qismən – gecikdirmə vaxtı üçün hesablanmış faiz borcunun tutulması hissəsində ləğv edilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən bu tələb irəli sürülməmişdir, qətnamə qalan hissədə - “45.586 (qırx beş min beş yüz səksən altı) ABŞ dolları məbləğində əsas kredit borcun, 8.118 (səkkiz min yüz on səkkiz) ABŞ dolları 41 (qırx bir) sent məbləğində faiz borcunun, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbənin) azaldılması və azaldılmış cərimənin məbləğini təşkil edən 1.610 (min altı yüz on) ABŞ dolları 20 (iyirmi) sent məbləğində pulun ödəniş günü üçün müəyyən olunacaq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dö vlət rüsumunun 20 (iyirmi) manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddianın qalan hissədə təmin edilməməsi barədə” hissəsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiаçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 17.12.2014-cü il tarixli, 60 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 45.586 ABŞ dolları məbləğində əsas borc, 9059,42 ABŞ dolları məbləğində faiz borcu, 14378,58 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu, cəmi 69024 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2014-cü il tarixli 60 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 14% dərəcəsi olmaqla, 45586 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin Cavabdeh2 17.12.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmış və və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdehin banka ödənilməmiş 45.586 ABŞ dolları məbləğində əsas borc, 9059,42 ABŞ dolları məbləğində faiz borcu, 14.378,58 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu, cəmi 69.024 ABŞ dolları məbləğində borcu qalmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 339.3-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 135, 135.2135.5, 217.3, 386-cı maddələrinin tələblərinin pozulması ilə çıxarılmış,iddiaçı “xxxx” ASCilə onun arasında 17.12.2014-cü il ta rixdə bağlanmış kredit müqaviləsi üzrə vəsaitinin onun tərəfindən alınmaması, bankın və Cavabdeh2 onu aldadaraq sənədləri imzalaması, həmin müqavilənin uydurma əqd olması nəzərə alınmamış, eləcə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyası nın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətlə ndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iddiaçı “xxxx” ASCilə cavabdeh Gözəlov İlham İsmayıl oğlu arasında 17.12.2014-cü il tarixdə bağlanmış Kredit müqaviləsindən müəyyən edilir ki, Bank tərəfindən X4 kreditdən istifadəyə görə illik 14 faiz dərəcəsi ilə 12 ay müddətinə 45.586 ABŞ dolları məbləğində kredit verilmişdir. 17.12.2014-cü il tarixli “Zaminlik müqaviləsi”ndən görünür ki, Cavabdeh2 17.12.2014-cü il tarixli, 60 saylı kredit müqaviləsi üzrə zamin olmuş və üzərinə öhdəlik götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, 10.02.2017-ci il tarixinə 45.586 ABŞ dolları məbləğində əsas borc, 9059,42 ABŞ dolları məbləğində faiz borcu, 14378, 58 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu, cəmi 69.024 ABŞ dolları məbləğində borcu yaranmışdır. İşdə olan maliyyə arayışından görünür ki, müqavilə müddətinin sonuna (17.12.2015ci il tariə) Gözəlov İlham İsmayıl oğlunun banka əsas borcu üzrə 45.586 ABŞ dolları, 8.118,41 ABŞ dolları məbləğində faiz bor cu, müqavilə üzrə borcun gecikdirildiyinə görə cərimə 4.610,20 ABŞ dolları, gecikdirilmə vaxtı üçün hesablanmış 3.805,17 ABŞ dolları faiz məbləği cəmi 62.119,78 ABŞ dolları təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: -340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasə n öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 472.1-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bo rclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. - 465.2-ci maddəsinin birinci cümləsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə al araq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının qismən düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki, Bank ilə Cavabdeh1rasında bağlanmış “Kredit müqaviləsi” etibarsız – uydurma hesab oluna bilməz. Kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan, hazırki halda Cavabdeh1 hesab olunur. Bank kredit müqaviləsi üzrə pulu Cavabdeh1vermiş və bu andan etibarən müqavilə tərəflər arasında bağlanmış, pul isə Cavabdeh1 mülkiyyətində olan əşya sayılmışdır. Bundan sonra isə Cavabdeh1 pulu kiməsə verməsi həmin şəxsi (şəxsləri) Bank qarşısında borcalana çevirməyib, çünki pul həmin şəxsə (şəxslərə) artıq Bankın deyil, Cavabdeh1 mülkiyyətində olan əşya kimi verilib. Bank ilə Cavabdeh1 arasında 17.12.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bank tərəfindən Cavabdeh1, kreditdən istifadəyə görə illik 14 faiz dərəcəsi ilə 12 ay müddətinə 45.586 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq iş üzrə digər Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmuş və bu barədə, iş üzrə cavabdehlər ilə Bank arasında “Zaminlik müqaviləsi” bağlanmışdır. Cavabdeh1, müqavilə üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, müqavilənin şərtinə uyğun olaraq krediti aybaay hissə-hissə Banka ödəməlidir. Lakin, o, müqavilə şərtlərinə riayət etməmiş və dövri olaraq ödəmələri gecikdirmişdir. “Kredit müqaviləsinin” bağlanmasından ötən müdd ət ərzində Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, borcunu Banka ödəməmişdir. Bankın Rayon Məhkəməsinə təqdim etdiyi maliyyə arayışına görə, cavabdehlərin Banka 10.02.2017-ci il tarixə 45.586 ABŞ dolları məbləğində əsas kredit borcu, 9.059,42 ABŞ dolları məbləğində faiz borcu və 14.378,58 ABŞ dolları məbləğində cərimə borcu mövcuddur. Cavabdehlərin “Kredit müqaviləsi” üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və cavabdehlər, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyırlar. Cavabdehlərin “Kredit müqaviləsi” üzrə Bank qarşısında icra edilməmiş öhdəliklərinin mövcud olması müəyyən edildiyindən əsas borc olaraq 45.586 ABŞ dolları məbləğində pul cavabdehlərdən birgə qaydada tutularaq Ba nka ödənilməlidir. Bu hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Cavabdeh İ6 arasında bağlanmış “Kredit müqaviləsi” 17.12.2014-cü il tarixdə 12 ay müddətinə bağlanmışdır, yəni müqavilənin müddəti 17.12.2015-ci il tarixdə bitmişdir. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.Öhdəliyin gecikdirilməsini və “Kredit müqaviləsi”nin şərtlərini nəzərə alan iddiaçı Bank, ödənişin gecikdirilməsinə görə 14.378,58 ABŞ dolları cərimə (dəbbə) hesablamış və həmin məbləğin cavabdehlərdən Bankın xeyrinə tutulmasını xahiş etmiş, işə baxmış Rayon Məhkəməsi isə bu tələbi qismən təmin edərək Bankın xeyrinə cəmi 1.610,20 ABŞ dolları məbləğində cərimənin (dəbbə) tutulması qənaətinə gəlmişdir.Belə ki, gecikdirmə vaxtı üçün hesa blanmış faiz borcunun cavabdehlərdən Bankın xeyrinə tutulması barədə iddiaçı tərəfindən tələb irəli sürülməmiş, Rayon Məhkəməsi isə buna dair qanundan müstəsna hal nəzərdə tutlmadığı halda iddia tələbindən kənara çıxmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ona görə də birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tətbiqində də səhvə yol vermişdir. Buna görə də, qətnamənin həmin hissəsi ləğv edilməli və müəyyən edilməlidir ki, gecikdirmə vaxtı üçün hesablanmış faiz borcunun tutulması barədə iddiaçı tərəfindən tələb irəli sürülməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüqu qi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin qətnaməsini yuxarıda qeyd olunan qaydada ləğv edib, iddia tələbinin qismən təmin edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçı “xxxx” ASCilə onun arasında 17.12.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə vəsaitinin onun tərəfindən alınmaması, bankın və Cavabdeh2 onu aldadaraq sənədləri imzalaması, həmin müqavilənin uydurma əqd olmasının nəzərə alınmaması barədə dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi üçün əsas deyil. Şikayətin həmin dəlili ilə bağlı məhkəmə kollegiyası hər hansı bir mötəbər sübut təqdim edilmədiyini, iş materiallarında cavabdehin bildirdiklərinin əksini təsdiq edən yazılı sübutla rın mövcudluğunu, apelyasiya şikayətində kredit müqaviləsinin onun tərəfindən imzalnmasını və onun iradəsi ilə qeyd olununan müqavilənin bağlamasının etiraf edilməsini nəzərə alaraq həmin dəlili əsassız hesab edir. Bundan əlavə, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən.. maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası kassasiya şikayətində Cavabdeh1 apellyasiya instansiyası məhkəməsi tərəfindən işin baxılma yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməməsi dəlili ilə bağlı qeyd edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi ünvana yəni, ünvan 1 mənzil 7 ünvanına məhkəmə bildirişi göndərilmiş, Cavabdeh1 göndərilən bildirişdə onun bu ünvanda yaşamamsı göstərilməklə həmi n bildiriş geri qaytarılmışdır. Ona görə də kassasiya şikayətinin qeyd olunan dəlili apellyasiya instansiya məhkəməsi qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbu l edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 01 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-796/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-796/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver