Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-797/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5532/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli vtomobil krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə A avtomobil almaq üçün illik 18 faiz ödəmək şərti ilə, 60 ay müddətinə 27895 ABŞ dolları məbləğində kredit verilmişdir 2. “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh bank qarşısında olan öhdəliklərinin icrasının təmin olunması üçün ipoteka predmeti olan “Kia Sportage” minik markalı qara rəngli, 2013-cü il buraxılışlı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (AC seriyalı, 0651 13 nömrəli) surətinə əsasən, buraxılış ili 2013-cü il olan, “Kia Sportage” minik markalı, **-SJ*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur 4. xx.xx.2015-ci il tarixli xx.xx.2013-cü il tarixli 116919-1-8621 nömrəli Avtomobil kredit müqaviləsi”-nə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşma”-ya əsasən cavabdehin kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 17537 manat məbləğində müəyyən edilərək, borcalanın həmin kreditdən 34 ay ərzində istifadə edərək və xx.xx.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 23 faiz ödəmək öhdəliyi müəyyən edilmişdir. 5. “Bank VTB (Azərbaycan)” ASC cavabdehə kredit borcunun ödənməsi ilə bağlı xəbərdarlıq məktubları və ipote ka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixə “xxxxASC-yə borcu ümumilikdə 9082,12 manat məbləğində, o cümlədən əsas borc üzrə 8324,20 manat, faiz borcu üzrə 757,92 manat məbləğində müəyyən edilir. Ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən 2700 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borcun hesablanma tarixi xx.xx.2019-cu il tarixə göstərildiyindən 2700 manat məbləğində ödəniş nəzərə alınmadı. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı “Bank V TB (Azərbaycan)” ASC Cavabdeh qarşı – aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 13416,44 manat məbləğində əsas borc, 27,30 manat məbləğində faiz borcu, 109,76 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 13553,50 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Sportage” minik markalı, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 116919-1-8621 saylı “Avtomobil krediti müqaviləsi”-nə əsasən Cavabdeh illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 27895 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı Razılaşmaya əsasən cavabdehin xx.xx.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 17537 manat məbləğində olan borcu illik 23 faiz hesablanması şərti ilə 34 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehin mülkiyyətində olan “Kia Sportage” minik markalı, qara rəngli **-SJ-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2013-cü il tarixli 1169xx-xx-12287 nömrəli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “Kredit müqaviləsi”-nə əlavə vədəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli 116919- 16-12287 saylı “ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı xx.xx.2015-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2018-ci il tarixdən icra etməmiş və nəticədə banka 13416,44 manat əsas, 27,30 manat faiz, 109,76 manat cərimə üzrə, ümumilikdə 13553,50 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmişdir, lakin öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış ipoteka müqavilə sinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı Razılaşmaya əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 6472,70 manat məbləğində əsas borc, 27,30 manat faiz borcu, 109,76 manat cərimə üzrə borcu, ümumilikdə 6609,76 manat pul məbləğini və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarş ısında ipoteka ilı yüklü edilmiş ”Kia Sportage” minik markalı, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(011)-186/2020 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia qismən təmin edilərək, Cavabdeh 5624,20 (beş min altı yüz iyirmi dörd manat iyirmi qəpik) manat məbləğində əsas borc, 27,30 (iyirmi yeddi manat otuz qəpik) məbləğində faiz borcu, 109,76 (yüz doqquz manat, yetmiş altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 5761,26 (beş min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat və 30 (otuz) manat məbləğin də ödənilmiş dövlət rüsumunun alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmiş, tələb Cavabdeh məxsus “Kia Sportage” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən 5761,26 (beş min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kred it almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
12. Həmçinin birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiy indən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən avtomobilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2-ci, 442-ci, 462.1, 467, 319.1 “İpoteka haqqında” Qanunun 33-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci m addələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5532/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-186/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə öhdəliyini lazımınca icra etsə də, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan aldığı kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməməklə, müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə ekspert rəyi arasında əsas və faiz borcunun hes ablanmasında fərq yaranmışdır.Apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almadan ekspert rəyinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
25. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etmə lidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
26. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
27. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
28. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
29. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
30. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi fun ksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. “İpoteka haqqında” Qanun 32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 33. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cüml ədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 34. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. 35. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyy ətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Mülki Prossesual Məcəllə
36. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
37. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
39. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Ekspertin düzgün olmayan nəticəyə gəlməsinə dair iddiaçının kassasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işin hallarından ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən edilmədiyindən apellyasiya instansiya məhkəməsi həmin rəyə istinad etməkdə haqlı olmuşdur
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə ko llegiyası Qərara aldı: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5532/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.