Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-798/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il iş № 2(102)- 798/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə,ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, qətnaməsi ilə (sədrlik edən hakim R.Mürsəlov, 2( 002)-187/2017 saylı mülki iş) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5864,85 ABŞ dolları əsas borc, 1227,34 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 7192,19 (yeddi min yüz doxsan iki dollar on doqquz sent) ABŞ dollarının (ödənildiyi zaman manata məzənnəsi ilə) və dövlət rüsumu kimi ödənilmiş 31 manatın alınaraq iddiaçı “xxxx” BOKT MMC-yə ödənilməsi, tutmanın Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 6 a saylı evin, 15 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 28000 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi, yaranmış borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməs i, mülki iş üzrə təyin edilmiş ekspertiza ilə əlaqədar 100 (yüz) manat məbləğində pulun iddiaçı “xxxx” BOKT MMC-dən tutularaq Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə, 150 (yüz əlli) manat məbləğində pulun isə Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), M.Məmmədov və E.Nağıyeva, 2(103)-4361/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(002)187/2017 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, “xxxx” BOKT ASC-nin Cavabdeh 1547,88 ABŞ dolları faiz borcunun tutulması hissəsində iddiası təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(002)-187/2017 saylı qətnaməsi əsas və cəmi borcun məbləğinin tutulması hissəsində dəyişdirilmiş, əsas borc 1475,25 (min dörd yüz yetmiş ABŞ dolları iyirmi beş sent) ABŞ dolları, cəmi borc 1575,25 (min beş yüz yetmiş beş ABŞ dolları yirmi beş sent) ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 20,4 (iyirmi manat qırx qəpik) manatı Cavabdeh, 99,6 (doxsan doqquz manat altmış qəpik) manatı isə iddiaçı xxxx” BOKT ASC-dən alınıb, dövlət büdcəsinə Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. İşin ha lları İddiaçı “xxxx” BOKT ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh iddiaçı “xxxx” BOKT ASC-nin xeyrinə əsas borc üzrə 5865,13 ABŞ dolları, faiz borcuna görə 1547,88 ABŞ dolları, cərimə borcuna görə 1566,50 ABŞ dolları, borcun cəmi məbləği 8979,51 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulmasına, tələbin Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsinə, bu əmlakın açıq hərracdan satılmasına və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh əsas borc üzrə 5865,13 ABŞ dolları, faiz borcuna görə 1547,88 ABŞ dolları, cərimə borcuna görə 1566,50 ABŞ dolları, borcun cəmi məbləği 8979,51 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun iddiaçı “xxxx” BOKT ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” BOKT ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı o lmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 03 sentyabr 2015-ci il tarixli 2015/00177-01 saylı istehlak kredit müqaviləsinə əsasən “xxxx” BOKT ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 6500 ABŞ dolları məbləğində kredit verilmiş, 03 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 6a saylı evin, 15 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçının ipoteka ilə yüklü edilmiş mənzil üzərində hüququ 19.11.2015 -ci ildə DƏDRXnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində 30 avqust 2016-cı ildə qeydə alınmışdır. 31.08.2016-cı il tarixli 1102-0816 saylı borc haqqında arayışdan görünür ki, 04.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 31 avqust 2016-cı il tarixə qalıq borcu, əsas borc üzrə 5865,13 ABŞ dolları, faiz borcuna görə 1547,88 ABŞ dolları, cərimə borcuna görə 1566,50 ABŞ dolları, borcun cəmi məbləği 8979,51 ABŞ dolları təşkil etmişdir. “xxxxnin 16 fevral 2017-ci il tarixli, ƏEM/F 09/172/17 saylı rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 6a saylı evin, 15 saylı mənzilinin 16 fevral 2017-ci il tarixə real bazar qiyməti 28000 manat təşkil etmişdir. 13.10.2017-ci il tarixli rəyindən görünür ki, 31.08.2016-cı il tarixə Cavabdeh iddiaçıya olan borcu 8658,69 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc 5864,85 ABŞ dolları, faiz borcu 1227,34 ABŞ dolları, cərimə 1556,50 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul öd əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mül kiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Cavab deh tərəfindən 28.09.2017-ci ildə 8000 manat məbləğində ödəniş edilməsi ilə əlaqədar iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 10 iyul 2018-ci il tarixli, 14454 saylı rəyinə əsasən cavabdehin kredit müqaviləsi üzrə 31 avqust 2016-cı il tarixə 7739,34 ABŞ dolları məbləğində borcu müəyyən olunmuşdur. 28.09.2017-ci il tarixdə 4697,59 ABŞ dolları (8000 manat) məbləğində ödənişi borc məbləğlərindən çıxıldıqdan sonra Cavabdeh iddiaçıya olan borcu 1475,25 ABŞ dolları əsas, 0,0 ABŞ dolları faiz, 1566,50 ABŞ dolları cərimə müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə AR MPM-nin 103-cü maddəsinə əsasən qiymət verərək hesab etmişdir ki, həmin rəy iddiaçı tərəfindən təqdim olunmuş mühasibatlıq sənədləri əsasında verildiyindən, mötəbər sübut kimi qəbul edilməlidir. Kollegiya hesab etmişdir ki, qətnamə cavabdehdən tutulmalı olan əsas və cəmi borcun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 1475,25 ABŞ dolları əsas borc, 1575,25 ABŞ dolları cəmi borc tutulmalı, həmçinin qətnamə 1227,34 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən azaldılmış qaydada cavabdehdən iddiaçının xeyrinə 100 ABŞ dollarının tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hü ququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər; 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu n yaranması anıdır; 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı bankla cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi cavabdeh mülkiyyətlərində olan əmlakı iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissədə düzgün nəticəyə gəlmiş, ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən maddi hüquq normasının tələbinə əməl etmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; ilkin satış qiyməti isə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir”. İş materiallarından aydın olmuşdur ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən qiymətləndirmə ekspertizası keçirmiş, ekspertin əmlakın bazar qiyməti ilə bağlı verdiyi 28000 manat məbləği, ipoteka müqaviləsində olan əmlakın 20000 manat bazar dəyərindən artıq olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” BOKT ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev
Məhkəmə qərarları › İş №2(102)-798/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-798/2019
06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver