Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-798/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5022/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş k assasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 mülkiyyətində olan “Mitsubishi Pajero” markalı avtomobil onun əri X19 vasitəsilə xx.xx.2017-ci il tarixdə faktiki olaraq X5 19200 manata satılmış, lakin tərəflər arasında alqısatqı müqaviləsi bağlanmamış, avtomobili idarə etmək üçün xx.xx.2017-ci il tarixdə X3 adına etibarnamə verilmiş, həmin avtomobilə 10 yanvar 2018-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfındən baxış keçirilmiş və saxlanılması üçün dayanacağa təqdim edilmişdir.
2. İddiaçı mülkiyyəti olmuş «Mitsubishi Pajero» markalı **-MA-*** (**-BA-***) qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil, Abşeron Rayon Məhkəməsinin 16 may 2019- cu il tarixli 1(012)-151/2019 saylı hökmü ilə X12 barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə cinayət işində zərərçəkmiş şəxs olan X13 qaytarılması göstərilmişdir. Həmin hökmün dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 1(105)314/2019 saylı qərarı sonradan kassasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(102)- 240/2020 saylı qərarı ilə ləğv edilmiş və yeni apellyasiya baxışı zamanı qəbul edilmiş qanuni qüvvədə olan 09 oktyabr 2020-ci il tarixli 1(105)-230/2020 saylı qərarı ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hö kmü maddi sübuta aid hissəsində dəyişdirilmiş, hökmdə «Mitsubushi Pajero» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi X13 qaytarılsın» ifadəsi «Mitsubishi Pajero» markalı **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın» ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilməmişdir.
3. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci. 178.2.4-cü və 320.1ci maddələri ilə təqsirləndırilməsınə dair cinayət işi üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-cı il tarixli qərarının “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı qaytarılması hissəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün 16 oktyabr 2020ci il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinə göndərilmişdir.
4. Həmin icra vərəqəsi üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17 noyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarı 04 dekabr 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(001)332/2020 saylı qətnaməsi ilə X3 İddiaçı və X14 qarşı «pul» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və X9 18.200 manat pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq X5 ödənilməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)2263/2021 saylı qərardadı ilə X3 iddiadan imtina etməsi qəbul edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkə məsinin xx.xx.2020-ci il tarixli 2(001)-332/2020 saylı qətnaməsi ləğv edilmiş, X3 İddiaçı və X14 qarşı «pul» tələbinə dair mülki iş üzrə icraata X3 iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «yanlış qərar qəbul edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdən qanunsuz məhrum olunmağa görə 19.200 manat maddi zərər, 40.000 manat mənəvi zərər, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 69.230 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmü ilə X22 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü, 320.1-ci maddələri ilə ittihamedici hökm çıxarılmış və iş üzrə maddi sübut kimi tanınmış və DİN BDYPİ-nin Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan «Mitsubishi Pajero» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobilin faktiki sahibi X13 qaytarılması barədə göstəriş verilmişdir. İddiaçı Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)151/2019 saylı hökmündən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən X20 məhkəmə iclaslarına gəlməmişdir. İddiaçı dəfələrlə məhkəmə iclasında vəsatətlər verərək avtomobilin üzərinə həbs qoyulmasını tələb etmişdir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi həmin ərizələri heç bir qanuni əsas gətirmədən təmin etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 1(105)314/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-240/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş və iş baxılması üçün yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 1(105)-230/2020 saylı qərarı ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndir ilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmü maddi sübuta aid hissəsində dəyişdirilmiş, hökmdə «Mitsubushi Pajero» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahib X13 qaytarılsın» ifadəsi «Mitsubishi Pajero» markalı **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın» ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilməmiş, maraqlarına toxunan İddiaçı apelyasiya şikayəti təmin edilmişdir. Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və onun əsasında qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü hazırda qanuni qüvvədədir. Lakin, Abşeron Rayon Məhkəməsi Vaqif Həsənov qanunsuz qərar qəbul etməsinə, hökmdən apelyasiya şikayət inin verilməsinə baxmayaraq hökmün məcburi icrası barədə göstəriş verdiyindən 06 iyun 2019-cu il tarixdə avtomobil Baxışov Rasimə verilmişdir. Həmiçinin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədli Rzayev avtomobilin üzərinə həbs qoymadığından xx.xx.2019-cu il tarixdə həmin avtomobil X1. Həmin avtomobil barədə Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənov 16 may 2019-cu il tarixdə yanlış hökm qəbul etdiyindən və apelyasiya şikayətinin verilməsinə baxmayaraq avtomobili hökm qanuni qüvvəsini almadan Baxışov Rasimə verməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin iddiaçının avtomobilin üzərinə həbs qoyulması barədə ərizələrini təmin etməməsi və nəticə etibarı ilə 19 sentyabr 2019-cu il tarixdə bilərəkdən qanunsuz qərar qəbul edib, Abşeron Rayon Məhkəməsinin hökmü nü mülkiyyət hissəsində qüvvədə saxlamaqla iddiaçıya zərər vurmuşdur. Belə ki, hazırda avtomobilin ona verilməsi barədə qərar olsa da, həmin qərarın icrası mümkün deyildir. Ona görə ki, avtomobil qanunsuz olaraq Baxışov Rasimə verilmiş, Baxışov Rasim də 29 sentyabr 2019-cu il tarixdə avtomobili Bağırov Comərd adlı şəxsə satmışdır. Qeyd edilməlidir ki, həmin avtomobil İddiaçı mülkiyyətində olmuş, avtomobil İddiaçı mülkiyyətində olduğu müddətdə X10 adlı şəxsə satılmışdır. Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qanunsuz hökmü ilə avtomobil Baxışov Rasimə verildiyindən, iddiaçı Əliyeva X2 19.200 manata satdığı avtomobilin pulunun əvvəl 1.000 manatını qaytarmış, Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə yerdə qalan 18.200 manatın İddiaçı və iddiaçını n əri Əliyev İsmətdən alınaraq Məmmədov Cəlahirə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Məmmədov Cəlahir ikinci Qarabağ uğrunda gedən döyüşlərdə yaralandığından və ona təcili pul lazım olduğundan yerdə qalan 18.200 manat ona ödənilmiş və o, notarial qaydada ərizə verərək zərərin ödənildiyini, heç bir iddia və tələbinin olmadığını, iddiadan imtina etdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Beləliklə müəyyən edilir ki, İddiaçı 19.200 manat maddi zərər dəymişdir. Cinayət nəticəsində vurulmuş zərəri təqsirləndirilən şəxs ödəməli olduğu halda, Abşeron Rayon Məhkəməsi nin hakimi Vaqif Həsənov və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayev təqsirləndirilən şəxslə qanunsuz əlaqəyə girərək zərəri təqsirləndirilənin hesabına deyil, hazırkı iddiaçını qanunsuz olaraq mülkiyyətdən məhrum etməklə ödətdirmişlər, hansı ki, iddiaçı bu gün də mülkiyyətini əldə edə bilmir və mülkiyyətinin əldə edilməsi mümkün deyildir. Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun 16 may 2019-cu il tarixli hökmü mülkiyyət hissəsində və Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarının qanunsuz olması mübahisə mövzusu deyildir. Belə ki, həmin qərarlar Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü iddiaçının mülkiyyətinə münasibətdə qanunsuz hesab edilərək ləğv edilmişdir. Görün düyü kimi, iddiaçı qanunsuz qərarlar nəticəsində 19.200 manat maddi zərər çəkmişdir. Vaqif Həsənovun və Məhəmmədli Rzayevin qanunsuz qərarları nəticəsində iddiaçı mülkiyyətindən məhrum olub.
9. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı Əliyeva X16 Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun hərəkətlərini qanunsuz hesab edərək ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu hesab edir və bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən öz xeyrinə 19.200 manat maddi zərərə, 40.000 manat mənəvi zərərə görə, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 59.230 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görün düyü kimi, iddiaçı Abşeron Rayon Məhkəməsi hakiminin qanunsuz qərar qəbul etməsini iddia edərək və maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş, iddia tələbini ona yönəltmişdir. İş materiallarından aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı bir hərəkət (hərəkətsizliyə) yol verilməmişdir. Həmçinin İddiaçı ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 68.3-cü maddəsinə istinad edərək qeyd edir ki, hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3- cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Digər tərəfdən, iş materiallarından aydın olur ki, İddiaçı əmlakı dövlət nəfinə müsadirə olunmayaraq, Baxışov Rasimə verilmişdir. Belə olan halda, cavabdeh qismində dövlətin, o cümlədən dövlətin orqanı kimi Maliyyə Nazirliyinin qoyulmasının heç bir hüquqi əsası yoxdur. Həmçinin qeyd edir ki, hər hansı bir normativ hüquqi aktda əmlakın məhkəmənin qanunsuz qərar qəbul etməsi ilə əlaqədar digər şəxsə verilməsinin nəticəsi olaraq, dəym iş ziyanın müvafiq icra hakimiyyəti orqanı qismində məhz Maliyyə Nazirliyi tərəfindən ödənilməli olması təsbit olunmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Digər tərəfdən «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası M illi Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçi rməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir, sübut kimi sadəcə olaraq sadaladığı faktlar əsassızdır. Həmçinin iddiaçının qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır, əsassızdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(006)-1331/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «yanlış qərar qəbul edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq dövlət büdcəsindən maliyyəşən hüquqi şəxsdir, onun hesabındakı vəsait isə hüquqi şəxs kimi onun saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin hər il Qanunla təsdiq edilən dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər həmin Qanunla müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə yönəldilir və Qanuna uyğun olaraq bütün Nazirlik, Xidmət, Komitə və Baş İdarələr, onların yerli qurumları və digər büdcə təşkilatları onların sifarişləri əsasında mütəmadi olaraq Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilir. Maliyyə Nazirliyinin həmin təşkliatların (kredit sərəncamçılarının) əvəzinə vəsaiti qanınla nəzərdə tutulmayan təyinata (istiqamətə) yönəltmək səlahiyyəti yoxd ur. Yəni, dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir orqan üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Maliyyə Nazirliyi isə dövlət büdcəsini yalnız həmin xərc maddələri üzrə həmin orqanların sifarişi əsasında icra edir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 1(105)-314/2019 saylı qərarı qəbul edildiyi andan qüvvəyə mindiyi üçün sözügedən avtomobilin Rasim Baxışov tərəfindən xx.xx.2019-cu il tarixdə Comərd Bağırov adlı şəxsə satılması həmin dövrdə qanuni əsaslarla olmuş və hazırda bu alqı-satqı müqaviləsi də iddia predmeti olmamaqla mübahisələndirilmir. Sözügedən avtomaşının Rasim Baxışova qaytarılması və onun tərəfindən özgəninkiləşdirilməsi Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və onun əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarına qədər baş verdiyindən bu halda hər hansı qanunsuzluq olmamışdır. Buna baxmayaraq məhkəmə qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarına əsasən "Mitsubishi Pajero" markalı, **-MA-*** dövlət" qeydiyyat nişanlı avtomobili özgəninkiləşdirildiyi üçün İddiaçı qaytarılması faktiki mümkün olmasa da, iddiaçı ona vurulmuş zərərin əvəzini məhz ona qaytarılmalı olan avtomobilini artıq özgəninkiləşdirmiş X11 tələb etməli olduğu halda, qərarları ləğv edilmiş məhkəmə hakimlərinin, iddiaçının göstərdiyi kimi səhvlərinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tələb etməsi düzgün olmamışdır. Başqa sözlə, mübahisəli avtomaşının X13 qaytarılmalı olmasına dair məhkəmə hök mü həmin hissədə hazırda qüvvədə deyil və o, avtomobili özgəninkiləşdirərkən bu prosedurun həmin vaxt üçün qanuni əsaslarla baş verməsinə baxmayaraq onun həmin avtomobildən əldə etdiyi gəlir əsasında iddiaçıya münasibətdə o hazırki vəziyyət üçün əsassız varlanmış şəxsdir.
13. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı qaldırılmış mülkiyyətdən qanunsuz məhrum olunmaya dair iddia əsaslı deyil, təmin edilə bilməz.
14. Məhkəmə iddianın qeyd edilən hissəsinin təmin edilməməsi nəticəsinə gəldiyi üçün ondan törəmə tələblər olan maddi və mənəvi ziyanın tutulması hissələrinə hüquqi qiymət verilməsini əhəmiyyətsiz olduğundan zəruri saymır və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab e tmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1, 182.2, 1091.2, 1092.1, 1092.1.1, 1100-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında» Əsasnamənin 1-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onun iddia tələbi yanlış hökm nəticəsində ona dəymiş ziyanla bağlıdır. Belə ki, hökm qanuni qüvvəyə minməmiş və icraya yönəldilmiş, avtomobil də artıq başqa şə xsə satılmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5022/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsilə, X6 və X7) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)1331/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmənin sorğusuna verilmiş cavabdan məlum olur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)230/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 1(012) 151/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü maddi sübuta aid hissədə dəyişdirilmiş, yəni hökmdə “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi X13 qaytarılsın” ifadəsi “Mitsubishi Pajero’' markalı, 99MA- 754 qeydiyyat nişanlı, JMYLRV93V8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilmişdir. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci. 178.2.4-cü və 320.1-ci maddələri ilə təqsirləndırilməsınə dair cinayət işi üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-cı il tarixli qərarının “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı qaytarılması hissəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün 16 ok tyabr 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinə göndərilmişdir. Eyni zamanda həmin icra vərəqəsi üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17 noyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarı 04 dekabr 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Belə olan halda məlum olur ki, iddiaçıya dəymiş zərərin ödənilməsi – ona məxsus avtomobilin qaytarılması barədə qüvvədə olan məhkəmə aktı mövcuddur və həmin qərarın icrası məqsədi ilə müvafiq icra sənədi verilmişdir. Demək ki, iddiaçının ona zərər vurulması barədə tələbini əsaslandırdığı məhkəmə aktı yuxarı məhkəmə instansiyasının qərarı ilə ləğv edilmiş və bu gün qüvvədə olan məhkəmə aktına əsasən isə həmin avtomobilin ona qaytarılmalı olması müəyyən olu nmuş və həmin məhkəmə aktı icraya yönəldilmişdir. Belə olan halda bəlli olur ki, iddiaçının hazırkı tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli icra vərəqinin icrası qaydasında həll oluna bilər. Bu səbəbdən, Kollegiya belə qənaətə gəlmişdir ki, rayon məhkəməsi iddia tələbini təmin etməməklə mahiyyət etibarı ilə düzgün qənaətə gəlmişdir.
20. Məhkəmə mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3-cü, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı, MPM-in 14.2, 77.1, 119.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini mülkiyyətdən qanunsuz məhrum olunmağa görə 19.200 (on doqquz min iki yüz) manat maddi zərərin və 40.000 (qırx min) mənəvi zərərin əvəzi olaraq, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, cəmi 69.230 (altmış doqquz min iki yüz otuz) manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq İddiaçı ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin t am ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
27. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyy ətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
28. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
29. Maddə 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənil ir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
30. Maddə
6. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin əmlakına vurulmuş ziyanın ödənilməsi qaydası Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Bu Qanu nun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir. Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir. Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş zi yan tam həcmdə ödənilməlidir. Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir. Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir. Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükd ə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kass asiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu mad dələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5022/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.