Məhkəmə qərarları › İş №2(102)-798/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-798/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-798/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X3 ibarət tərkibdə, iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qeyri-yaşayış binasının və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2(104)-1525/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən v erilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(044)11/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 23 iyul 2013-cü il tarixli 123m-2/13 nömrəli əlavə kredit müqaviləsinə əsasən cəmi 34414,46 ABŞ dollarının, 21 aprel 2014-cü il tarixli 021m-1/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən cəmi 12032,64 ABŞ dollarının, 25 noyabr 2014-cü il tarixli 12mspGNDJ/14 nömrəli əlavə kredit xətti müqaviləsinə əsasən cəmi 2914,17 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manatın iddiaçı "xxxx" ASC-nin xe yrinə tutulması, tutmanın öhdəliyin təminatı kimi ipoteka qoyulmuş Cavabdeh məxsus ilkin satış qiymətinin 62000 manat məbləğində qiymətləndirilmiş Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan qeyriyaşayış binasına (yeməkxana) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh banka olan borcun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli 2(104)-393/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(044)-11/2018 nöm rəli qətnaməsi cavabdeh X1 23 iyul 2013-cü il tarixli 123m-2/13 nömrəli əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 30940,53 ABŞ dolları, faiz borcu üzrə 3473,93 ABŞ dolları, cəmi 34414,46 ABŞ dollarının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulıması hissəsində ləğv edilmiş, iddia tələbinin həmin hissədə ona münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 noyabr 2019-cu il tarixli 2(102)-6549/2019 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh və X2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli 2(104)-393/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Gəncə Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli 2(104)-393/2019 nömrəli qətnaməsi icraya yönəldilmiş, Daşkəsən rayon İcra və probasiya şöbəsinin 2941/2020 nömrəli 21 sentyabr 2020-ci il tarixli sifariş məktubu ilə hərracın keçirilməsi "xxxx" MMC-yə sifariş verilmiş, hərrac təşkilatı ilə "xxxx" ASC arasında bağlanmış 26 fevral 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh məxsus, Daşkəsən rayonu Xoşbulaq kəndində 0,5 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası 39,525 manata "xxxx" ASC-yə satılmışdır.

5. Daşkəsən rayonu Xoşbulaq kəndində 0,5 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 4 iyul 2023-cü il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli əmlakın boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsi ilə satılmışdır. İddiaçı hərrac vasitəsi ilə həmin əmlakı satın almış və onun mülkiyyət hüququ 4 iyul 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq, cavabdeh mübahisəli əmlakı boşaldıb təhvil verməkdən imtina etmişdir.

8. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də təqdim etməmişdir.

9. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-562/2023 nömrəli 17 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli əmlak üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında notarial qaydada təsdiq edilmiş və iddiaçının ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə cavabdeh ipoteka müqaviləsi bağlanarkən mübahisəli əmlakı tutma yönəldikdə və o satıldıqda tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəl ik götürmüş və ona görə də tutma mübahisəli əmlaka yönəldilmiş, iddiaçı həmin əmlakı açıq hərracdan almış və mübahisəli əmlak tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.2, 385.1, 386, 389.1, 399.1, 399.3, 399.4, 442, 445, 448.1-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, “İpoteka haqqında “ Azərbaycan Respublikası Qanununun 51.3, 59.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 78.1, 77.1, 88, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Mülkiyyətində olan olan əmlakın hərracda satılması barədə məlumatı olmamış və bu barədə bildiriş göndərilməmişdir. 26 fevral 2021-ci il tarixli hərracın yekunları barədə 15/01-3 nömrəli protokolu və bunun əsasında bağlanmış müqavilə ilə razı deyil və məhkəmədə iddia qaldırmaq niyyətindədir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1525/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Rəhman Muradov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Fikrət Me htiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(030)-562/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, işin 63-cü vərəqində olan SMS bildirişdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilmişdir. Mübahisəli əmlak 2021-ci ildən "xxxx" ASC-nin mülkiyyətinə keçmiş, cavabdehin həmin əmlakdan könüllü çıxması bildirilmiş, lakin sonuncu çıxmaqdan imtina etmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh mübahisəli əmlakın 2021-ci ildən iddiaçının mülkiyyətinə keçməsindən xəbərdar olmuş, lakin o, hə rracın nəticələrini mübahisələndirməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 87.2, 88, 124.1, 217.3, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir.

19. Həmçinin qeyd edilmişdir ki, cavabdeh hərrac barədə məlumatlı olmamışdır. Hərrac barədə məlumatı olsa idi əmlakı özü əldə edərdi. Ona görə də həmin hərracın nəticələrini mübahisələndirəcəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məc əllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.2. Mülkiyyə tçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İddia tələbi "xxxx" ASC-nin torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış sahəsinin üzərində mülkiyyət hüququndan irəli gəlir. Mülkiyyət hüququ, mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərb əst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.5-ci maddəsi).

41. İşin halları onu deməyə əsas verir ki, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmək hüququna malikdir.

42. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Re spublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

43. Baxılan işdə iddianın təmin olunması üçün qanunda müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələb i hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

44. Kassatorun hərracın nəticələrini mübahisələndirəcəyi ilə bağlı dəlilləri qətnamənin ləğvinə əsas vermir. Həmçinin cavabdeh hərracın nəticələrinin etibarsız sayılması barədə iddia verəcəyini apelyasiya şikayətini verdiyi xx.xx.2024-cü il tarixdə bildiriməsinə və bir ildən də artıq müddət keçməsinə baxmayaraq, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Apelyasiya instansiya məhkəməsində keçirilən iki iclasdan heç birində cavabdeh iştirak etməmiş, sonuncu iclasa səhhəti ilə bağlı gələ bilməyəcəyini bildirib məhkəmə iclasının təxirə salınmasını tələb etməsinə baxmayaraq, üzürlü səbəblərə dair hər hansı sübut təqdim etməmişdir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməs i tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2(104)-1525/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar