Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-799/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, İddiaçı İKB ASC-nin və vəkili Məmmədov Natiq Sədrəddin oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli, 2(103)-41/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(0 04)-5265/2018 saylı, 28 avqust 2018ci il tarixli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçının xeyrinə 29 iyun 2015-ci il tarixli 1-Y-7-0-474-15 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 9999 manat əsas, 2777,03 manat faiz borcu, cəmi 12776,03 manat borcun, dövlət rüsumunun 14,40 manat manat hissəsinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli, 2(103)-41/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov, E.Y.Şamayev) İddiaçı İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5265/2018 saylı, 28 avqust 2018-ci il tarixli qətnaməsinin dəbbə borcunun tutulması hissəsind ə ləğv edilməsi, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə 1000 (min) manat dəbbə pulu borcun tutulması və işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 100 (yüz) manatının İddiaçı İKB ASC-dən, 100 (yüz) manatının isə Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı İKB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 29 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9999 manat əsas, 4750,01 manat faiz və 11990,08 manat cərimə borcu olmaqla, cəmi 26739,09 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 iyun 2015-ci il tarixli kredit müqavil əsinə əsasən İddiaçı İKB ASC -dən illik 28% olmaqla 12 ay müddətinə 10.000 manat kredit götürmüşdür. 16 aprel 2018-ci il tarixədək Cavabdeh banka 29 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9999 manat əsas borc, 4750,01 manat faiz borcu və 11990,08 manat cərimə borcu olmaqla, ümumilikdə 26739,09 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı İKB ASC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəfləri n izahatları İddiaçı İKB ASC və vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, təkrar ekspertiza təyin olunmadan işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə laz ımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiym ətləndirilməməlidir. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə 16 aprel 2018-ci il tarixə 9999 manat əsas, 4750,01 manat faiz, 11990,08 manat cərimə borcu olmaqla, cəmi 26739,09 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə hesab etmişdir ki, iddiaçı, kreditin icrası bitdiyi vaxtdan 1 il 11 ay müddət keçdikdən sonra iddia verməklə, müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün müqavilədə nəzərdə tutulan faizləri tələb etməklə, qanunvericilikdə nəzərdə tutulan hüquqdan sui-istifadə etdiyi, həmin faiz borcunun artmasına səbəb olduğu üçün məhkəməyə gec müraciət etməsinin mənfi nəticələrini cavabdeh deyil, iddiaçının özü daşımalıdır. Məhkəmə kredit müqaviləsi üzrə kredit in icrası müdətinin bitməsi tarixinə, yəni 29.06.2016-cı il tarixədək hesablanmış 2777,03 manat faiz borcu (1 il müddətinə 10000 manata hesablanmış 28% və ödənilmiş 22,97 manat faiz borcu çıxılmaqla (2800 manat – 22,97 manat)) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyas ı məhkəməsi dəbbə pulunun tutulması ilə bağlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart tarixli, 34210 saylı ekspert rəyi ilə cavabdehin banka mübahisələndirilən kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra etdiyi 22,97 manat ödəniş də nəzərə alındığı təqdirdə 10.000 manat əsas, 2777, 03 manat faiz, müqavilə müddətinin sonuna 29.06.2016-cı il tarixə 10.000 manat əsas, 2800 manat faiz borcu müəyyən edilmişdir. Bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı cərimə borcu hesablanmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi faiz borcunun məbləğini düzgün müəyyən etmiş, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza üzrə verilmiş ekspert rəyi ilə həmin məbləğ bir daha öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunu nə qədər təşkil etdiyinə dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilmədiyi əsası ilə iddianı həmin hissədə təmin etməmişdir. Cərimə borcunun hesablanması barədə sənəd təqdim edilməsə belə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.7-ci bəndində borcalan üzərinə düşə n öhdəlikləri icra etmədikdə bu müqavilənin 9-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini öhdəsinə götürdüyündən apellyasiya instansiyası məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Göründüyü kimi cərimə kredit müqaviləsində nəzərdə tutulmuş, iddiaçı cərimənin ödənilməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini, cəriməni öhdəliyin icrasının təmini üsulu olmasını, həmçinin cavabdehin bank qarşısında icra edilməmiş öhdəliyinin həcmini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat cərimə tutulmalıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işi n faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikay ətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli, 2(103)-41/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-799/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-799/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver