Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8/2019 15.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 15 yanvar 2019-cu il İŞ № 2(102)-08/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh nümayəndəsi X1 və vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli, 2(103)-4841/2018 saylı qətnaməsindən Cavabdeh, nümayəndələri X1, X2 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 24 yanvar 2018-ci il tarixli, 2(011)382/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Səlimova) iddiaçı “xxxx” KB ASC-nin (bundan sonra iddiaçı təşkilat) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “kredit və bank hesabı üzrə əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsi” barədə ilk iddiası qismən təmin, Cavabdeh “xxxx” KB ASC-nə qarşı “icra müddəti 05 noyabr 2017-ci il tarixədək təyin edilmiş kredit və bank hesabı müqaviləsinin etibarsız hesab edilməsi, banka artıq ödənilmiş pulun kredit borcuna hesablanmadığı üçün faizləri ilə birlikdə hesablanaraq geri qaytarılması, kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti 05 noyabr 2017-ci il tarixədək təyin olunduğu üçün bankın ərizəsinə xitam verilməsi, qanunu və bank sirrini pozduğuna görə bank barəsində müvafiq tə dbir görülməsi və məhkəmə xərclərinin tutulması” barədə qarşılıqlı iddiası rədd edilərək, cavabdehdən ödəniş günü milli manata məzənnədə 05 noyabr 2013-cü il tarixli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 2.989,17 ABŞ dolları pulun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə ilk iddianın rədd edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli, 2(103)-4841/2018 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova sədrlik edən, məruzəçi, V.T.Həsənov və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh, nümayəndələri xxx, xxx və vəkili xxx qətnamədən kas sasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat cavabdehə qarşı “05 noyabr 2013-cü il tarixli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 3.086,65 ABŞ dolları, faiz borcuna görə 48,21 ABŞ dolları, cəriməyə görə 22,03 ABŞ dolları olmaqla, cəmi 3.156,89 ABŞ dolları borcun tutulmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda cavabdeh öz növbəsində iddiaçı təşkilata qarşı “icra müddəti 05 noyabr 2017-ci il tarixədək təyin olunmuş 05 noyabr 2013-cü il tarixli kredit və bank hesabı müqaviləsinin etibarsız hesab edilməsi, cədvəl üzrə nəzərdə tutulmuş məbləğdən artıq ödənilmiş pulun kredit borcuna hesablanmadığından həmin məbləğin faizləri ilə birlikdə hesablanaraq geri qaytarılması, kredit müqaviləsinə əsasən öhdəliyin icra müddət i 05 noyabr 2017-ci il tarixədək təyin olunduğundan iddiaçı təşkilatın ərizəsinə xitam verilməsi, iddiaçı təşkilat “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini və bank sirrini pozduğuna görə müvafiq tədbirlərin görülməsi və məhkəmə xərclərinin tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh nümayəndəsi xxx və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı “xxxx” KB ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edə n şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, 05 noyabr 2013-cü il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 48 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 6. 360 ABŞ dolları kredit ayrılmasına, 05 noyabr 2013-cü il tarixli kassa məxaric orderinə əsasən cavabdehin iddiaçı təşkilatdan cəmi 5.914,80 ABŞ dolları kredit almasına, kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə görə cavabdehin 05 noyabr 2017-ci il tarixədək krediti hər ay razılaşdırılmış məbləğdə hissə-hissə qaytarmağı, eləcə də kredit öhdəliyi üzrə 4.082,36 ABŞ dolları faiz borcunu ödəməyi öhdəsinə götürməsinə, ekspertin rəyinə görə cavabdehin 17 yanvar 2017-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 3.256,28 ABŞ dolları əsas, 26,86 ABŞ dolları faiz borcunun olmasına, onun 06 fevral 2017-ci il tarixdə kredit öhdəliyi üzrə iddiaçı təşkilata 200 manat (146,37 ABŞ dolları) ödəniş etməsinə, kredit və bank hesabı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların olmamasına, 05 noyabr 2013-cü il tarixli müqavilənin ABŞ dolları ilə bağlandığını bildiyi halda cavabdehin həmin müqaviləni bir il müddət ərzində mübahisələndirməməsinə, əksinə müqaviləni qismən icra etməklə onun şərtlərinin iradəsinə uyğun olduğunu təsdiq etməsinə, qanunda nəzərdə tutulan bir illik kəsici müddəti ötürməsinə, kredit müqaviləsinin və digər sənədlərin bir nüsxəsinin cavabdehdə olmasının mülki iş materialları ilə istisna edilməməsinə, kredit borcunun iddiaçı təşkilat tərəfindən düzgün hesablanmaması, eləcə də cavabdeh tərəfindən iddiaçı təşkilata artıq ödənişlərin edilməsinin ekspert rəyi ilə təkzib edilməsinə və beləliklə də apellyasiya şikayətinin dəlillərinin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsini n 354.2, 439.1, 439.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla işdən görünür ki, tərəflər arasında 05 noyabr 2013-cü il tarixli kredit və bank hesabı müqaviləsi 48 ay müddətinə bağlanmasına və kreditin son qaytarılma müddəti 05 noyabr 2017-ci il tarixədək müəyyən edilməsinə baxmayaraq, iddiaçı təşkilat sözügedən müqavilənin ləğv edilməsini tələb etmədən cavabdehdən 27 dekabr 2016-cı il tarixədək hesablanmış 3.086,65 ABŞ d olları əsas borcu da tələb etmişdir. Halbuki, Mülki Məcəllənin 421.2-ci maddəsinin mənasına görə, tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda digər tərəfin tələbi ilə müqavilə ilk növbədə ləğv edilməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsində göstərilir ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı mülki mübahisəyə sadalanan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və h üquqi əsaslandırma ilə razılaşmışdır. Bundan başqa tərəflər arasında bağlanmış kredit və bank hesabı müqaviləsinin 1.3-cü bəndinə görə, cavabdeh bu müqavilə üzrə aldığı kredit üzrə öhdəliklərinin təminatı olaraq özünə məxsus olan və girov kimi çıxış edən ev əşyalarını iddiaçı təşkilata girov qoymuşdur. Cavabdeh apellyasiya şikayətində də sözügedən kredit və bank hesabı müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq özünə məxsus olan və girov kimi çıxış edən ev əşyalarını iddiaçı təşkilata girov qoyduğunu, tərəflərin qarşılıqlı razılaşmasına əsasən girov predmetinin 6.360 ABŞ dolları məbləğində qiymətləndirildiyini, bu barədə müvafiq akt tərtib edildiyini, kreditin ABŞ dolları ilə ayrılmasına dair ərizədəki, həmçinin kassa mədaxil orderindəki imzanın həqiqiliyinin yoxlanılmadığını, sözügedə n kredit və bank hesabı müqaviləsi üzrə 06 yanvar 2017ci il tarixədək iddiaçı təşkilata cəmi 7.017,79 ABŞ dolları məbləğində pul ödədiyini, həmin məbləğdən əsas borca 3.103,72 ABŞ dolları, faiz borcuna 3.914,07 ABŞ dolları silindiyini, lakin faiz borcunun düzgün hesablanmadığını və əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadığını və sair göstərib, ilk iddia tələblərinə etiraz etsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin bu arqumentləri üzrə kifayət qədər araşdırma aparmadan, apellyasiya şikayətini nəyə görə təmin etmədiyini qətnamədə göstərmədən, cavabdehdən tutulan kredit borcunun düzgün hesablanması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinə görə, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apel lyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmin Məcəllənin 14.1-ci maddəsində göstərilir ki, işə baxan məhkəmə hər bir halda həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Daha sonra apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini rədd edib, onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müracit edənədək Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müd dəti ötürməsinə dair gəldiyi nəticə ilə də razılaşmır.Belə ki, qeyd olunan maddənin mənasına görə, Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, həmin maddədə nəzərdə tutulan müddətlər həqiqətən iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər isə iddia müddəti üçün xarakterikdir. Y alnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin k redit və bank hesabı müqaviləsinin etibarsız sayılmasına əsas verən halları 05 noyabr 2013-cü il tarixdən bilməsi və ya bilməli olması qənaətinə gəlsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Belə ki, əvvəla, sözügedən kredit və bank hesabı müqaviləsi 48 ay müddətinə bağlanmaqla, müqavilənin müddəti 05 noyabr 2017-ci il tarixdə bitmişdir və hətta cavabdeh tərəfindən 06 fevral 2017-ci il tarixdə iddiaçı təşkilata 200 manat ödəniş də edilmişdir. Eləcə də apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, cavabdeh tərəfindən kredit borcuna görə ödənişlər ABŞ dolları ilə deyil, manatla aparılmışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin sözügedən müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gün m üəyyən edilmədən, onun hazırda mübahisələndirilən əqdin etibarsız sayılmasına əsas verən halları məhz 05 noyabr 2013-cü il tarixdə bilməsi və ya bilməli olması qənaətinə gəlməyə əsas vermir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən iş üzrə əhəmiyyətli olan hallar tam, hərtərəfli və obyektiv araşdırılmaqla, işə əlavə edilmiş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh, nümayəndələri X1, X2 və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2018ci il tarixli, 2(103)-4841/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhk əmənin hakimi Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Əhməd Əhmədov 15 yanvar 2019-cu il İŞ № 2(102)-08/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh nümayəndəsi X1 və vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Cavabdeh nümayəndələri X1, X2 və vəkili xxx oğlu tərəfindən hakimlər Əhməd Əhmədov, Akif İsgəndərov və İlqar Dəmirovdan ibarət məhkəmə tərkibinə edilmiş etiraza baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qa rşı “kredit və bank hesabı üzrə əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsi” barədə ilk iddiası qismən təmin, Cavabdeh “xxxx” KB ASC-nə qarşı “icra müddəti 05 noyabr 2017-ci il tarixədək təyin edilmiş kredit və bank hesabı müqaviləsinin etibarsız hesab edilməsi, banka artıq ödənilmiş pulun kredit borcuna hesablanmadığı üçün faizləri ilə birlikdə hesablanaraq geri qaytarılması, kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti 05 noyabr 2017-ci il tarixədək təyin olunduğu üçün bankın ərizəsinə xitam verilməsi, qanunu və bank sirrini pozduğuna görə bank barəsində müvafiq tədbir görülməsi və məhkəmə xərclərinin tutulması” barədə qarşılıqlı iddiası rədd edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2018-c i il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh, nümayəndələri xxx, xxx və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İşə kassasiya qaydasında baxılarkən, cavabdeh məhkəmə tərkibinə daxil olan hakimlərin obyektivliyinə və qərəzsizliyinə şübhə yaranmasını əsas tutub bütün məhkəmə tərkibinə etiraz etmişdir. Məhkəmə tərkibi etiraz ərizəsini nəzərdə keçirib, Azərbaycan Respublikası MPM-nin 19.2.3, 21.3-cü maddəsinin tələblərini əsas tutub hesab edir ki, məhkəmə tərkibinə etiraz edən tərəf etirazın əsaslarına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən etiraz ərizəsi baxılmamış saxlanılmalıdır. Halbuki, qeyd olunan maddələrin mənasına görə, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 22.3, 22.6-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh nümayəndələri X1, X2 və vəkili xxx oğlu tərəfindən hakimlər Əhməd Əhmədov, Akif İsgəndərov və İlqar Dəmirovdan ibarət məhkəmə tərkibinə edilmiş etiraz ərizəsi baxılmamış saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8/2019
15.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver