Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Səfərov Novruz Rüstəm oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh x3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Axund ov) iddia qismən təmin edilərək, cavabdeh x3ndan iddiaçılar x1 və x2 xeyrinə 188.000 manat icarə haqqı və 135.333 manat dəymiş ziyan, ümumilikdə 323.333 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən, məruzəçi), X.Mərdanova və E.Həsənov, 2(103)7920/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-194/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar x1 və x2 cavabdeh x3na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və tələbi cavabdeh x3ndan 188.000 manat icarə haqqı və 23.760 dəbbə pulu olan cəmi 211.760 AZN manatın və dəymiş ziyan kimi 154.000 ma natın, cəmi 365.760 manatın və geckməyə görə ənazı bir il üzrə 5% (18.288 AZN) olmaqla sonda cəmi 384.048 AZN tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Səfərov Novruz Rüstəm oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı q aydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiy ası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi birgə paylarda 08.08.2015-ci il tarixdən x1 və x2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. x2 və x1 ilə x4 arasında bağlanmış 22 fevral 2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, sonuncuya ünvan 1 ünvanında yerləşən sahənin 22.02.2019cu il tarixə qədər olan müddət ərzində icarəyə verilmişdir. Bakı şəhəri Xətai Ray on Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2(011)917/2016 saylı qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs x3nın cavabdehlər x1na və x2 qarşı cavabdehlərdən 883452 manat əsaslı təmirə çəkilən xərclərin, 208000 manat ödənilən icarə haqqının və ******* manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə iddiasının rədd edilməsi, x1 və x2 qarşılıqlı iddiasının qismən təmin edilməsi, x3nın ünvan 1 ünvanında yerləşən sahədən (evdən) çıxarılması qət edilmiş, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin x3ndan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2017-ci tarixli qətnaməsi ilə (2(103)-867/2017) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs x3 və cavabdehlər x1 və x2 tərəfindən ayrı- ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-917/2016 saylı mülki iş üzrə qəbul etdiyi 29 avqust 2016-cı il tarixli qətnaməsi ilə üçüncü şəxs x3nın iddiasının tam rədd edilməsi və qarşılıqlı iddiada irəli sürülmüş zərərin əvəzinin ödənilməsi tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsi, üçüncü şəxs x3 tərəfindən irəli sürülmüş təmirə çəkilən xərclərin tutulması tələbləri və qarşılıqlı iddiada irəli sürülmüş zərərin əvəzinin ödənilməsi tələbləri qismən təmin edilərək, cavabdehlər x1 və x2ndan müştərək qaydada üçüncü şəxs x3nın xeyrinə 272252 manat məbləğində pul vəsaitinin tutulması, üçüncü şəxs x3ndan cavabdehlər x1 və x2 xeyrinə 154.000 manat məbləğində pul vəsaitinin tutulması, həmin tələblərin əvəzləşdirilməsi və nəticədə cavabdehlər x1 və x2ndan müştərək qaydada 118252 manat məbləğində pul vəsaitinin tutularaq üçüncü şəxs x3 ödənilməsi qət edlmiş, üçüncü şəxs x3 tərəfindən irəli sürülmüş təmirə çəkilən xərclərin tutulması tələblərinin və qarşılıqlı iddiada irəli sürülmüş zərərin əvəzinin ödənilməsi tələblərinin qalan hissələri təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 27.11.2017-ci il tarixli 2(102)-7447/17 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 13 iyun 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, x3nın ünvan 1 ünvanında yerləşən qeyri y aşayış sahədən (evdən) çıxarılması ilə cavabdehlər x1 və x2ndan müştərək qaydada 118252 manat məbləğində pulun alınıb x3na verilməsi eyni vaxtda icra edilməsi qərara alınmışdır. İş materiallarında olan, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli sahədən istifadə edən və sahəni təmir edən şəxs x3 olmuşdur. Həmçinin müəyyən edilmişdir x3 tərəfindən aparılan təmir işlərinin dəyəri məhkəmə ekspertizası tərəfindən müəyyən edilərək iddiaçılardan tutulmuş, iddaçılar məhkəmə qərarı əsasında ödəməli olduğu vəsaiti tam ödəmiş, məhkəmə qərarının icrası 03 aprel 2018-ci il tarixdə başa tam başa çatmış, icra zamanı mübahisəli sahə tələbkara boş vəziyyətdə təhvil verilsə də, faktiki olaraq icra zamanı obyekt dağınıq vəziyyətdə olmuş, divar kağızları cırılmış, elektrik c ihazları sökülmüş vəziyyətdə olmuş, dekorasiyalara ziyan vurulmuşdur. İcarə müqaviləsinin 3.1-ci bəndinə görə hər təqvim ayı üçün icarə haqqının məbləği Azərbaycan Respublikasının vergi qanunvericiliyində nəzərdə tutulmuş müvafiq vergi də daxil olmamaqla 24000 manat məbləğində müəyyən edilmişdir. İşin materiallarından görünür ki, 22 fevral 2014-cü il tarixli icarə müqaviləsinin 3.3cü bəndinə əsasən ilk 4 ay müddətində icarə haqqı hesablanmamışdır. Qanuni qüvvəsini almış məhkəmə aktından görünür ki, üçüncü şəxs x3 iddiaçılar x2 və x1 ilə şifahi razılığa gələrək 2014-cü ilin iyul ayından binanın 3-cü mərtəbəsini digər şəxslərə icarəyə vermiş, icarə haqqını 5000 manat azaldaraq, aylıq icarə haqqını 19000 manat məbləğinə endirmişlər. Qanuni qüvvəsini almış məhkəmə aktında həmçinin sonradan müq avilə tərəflərinin qarşılıqlı razılığı əsasında qeyri-yaşayış sahəsinin 3 və 4-cü mərtəbələrinin geri qaytarılması və yekun icarə məbləğinin 14000 manat məbləğində müəyyən edilməsi də müəyyən edilmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 22.07.2014-cü il tarixdən 22.07.2015-ci il tarixə kimi olan dövr üçün icarə haqqı 228.000 manat, 22.07.2015-ci il tarixdən 22.06.2016-cı il tarixli dövrə kimi aylıq icarə haqqı 14000 manat hesabı ilə 168000 manat, cəmi 396.000 manat ödənilməli idi. Lakin iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən 22.02.2014-cü il tarixli icarə müqaviləsi üzrə 208.000,0 manat məbləğində icarə haqqının ödənildiyi müəyyən edilmişdir. Belə olan halda icarə haqqından 188000 manat ödənilməmiş qalmışdır. Həmin pulun x3dan tutulmasına dair apellyasiya instans iyası məhkəməsi gəldiyi nəticə əsaslı və qanunidir. İşin həmin halı üzrə maddi və prosessual normaları düzgün tətbiq edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən 188.000 manat icarə haqqı tutulmasına dair hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddianın maddi zərər tələbinə dair hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş materiallarında cavabdeh x3nın iddiaçıya maddi zərər vurmasını təsdiq edən sübutlar mövcud deyildir. İş üzrə qanuni qüvvədə olan məhkəmə qətnamələrindən də görünür ki, tərəflərin arasında əmlaka vurulmuş ziyanla bağlı mübahisə olmuş və məhkəmə qətnaməsi ilə iddiaçıya vurulmuş ziyanın məbləği müəyyən edilmiş və həmin ziyan cavabdehdən tutulmuşdur. Belə olan halda cavabdehdən dəymiş ziyana görə əlavə olaraq 135.333 manat pul tutulması əsaslı və ədalətli deyildir. Ona görə də məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi zərərin tutulması hissəsində ləğv edilməklə, iddia həmin hissədə rədd edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x3nın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 iyun 2019-cu il tarixli qətnaməsi qismən x3ndan x1nun xeyrinə 135.333 manat dəymiş ziyana görə pul tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə, iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-8/2020
15.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver