Məhkəmə qərarları › İş №2(102)-8/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-8/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-8/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(104)-2092/2020 saylı qərardadından iddiaçı LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi kassasiya şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanma sı Fondunun Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi və sair tələblərinə dair” iddiası qismən təmin edilib. Cavabdehlər qətnamədən apellyasiya şikayəti veriblər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bərdə Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilib, həmin hissədə iddia rədd edilməklə qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçının iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qətna məsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilib və geri qaytarılması üçün mülki iş həmin məhkəməyə qaytarılıb. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçının həmin məhkəmənin 07 sentyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. İddiaçı qərardaddan kassasiya şikayəti verib. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını öyrənib, kassasiya şikayətini nəzərdə keçirib hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 11 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402.2.2-ci maddəsinin mənasına görə, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı halda apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçının iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilib və geri qaytarılması üçün mülki iş həmin məhkəməyə qaytarılıb. Bundan sonra, Gəncə Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçının həmin məhkəmənin 07 sentyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Göründüyü kimi kassasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab edildiyi və bu əsasla kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə geri qaytarıldığı və Mülki Prosessual Məcəllədə bu növ qərardadlardan ümumiyyətlə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığı halda, iddiaçı qərardaddan kassasiya şikayəti verib. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətinin mümkünlüyünü Mülki Prosessual Məcəllənin 402, 407.1 və 408-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan onu mülki işlə birlikdə b axılması üçün Ali Məhkəməyə göndərib. Həmin Məcəllənin 408.1, 408.1.1-ci maddələrində göstərilir ki, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 404-1.2-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mü mkün hesab edilməsinə dair qərardad qəbul edir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 11 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətləri n yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404.2.2, 404-1.2, 417.1.7-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ M: İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(104)-2092/2020 saylı qərardadından iddiaçı LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Ali Məhkəmənin 11 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin, işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar