Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-80/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh, iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-80/22 (Açar sözlər: kredit borcunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, girov müqaviləsi üzrə girov qoyulmuş qızlların və ya onların dəyərinin qaytarılması, ekspert rəyləri, sübutetmə yükü) Bakı şəhəri, 24 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, id diaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Sığortalanması Fondunun vəkili Əzimov Rauf Nəriman oğlunun iştirakı ilə, Əmanətlərin İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi” barədə ilk, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızılzinət əşyalarının və onların dəyərinin qaytarılması” barədə qarşılıqlı iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-179/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı ASC ilə borc alan Cavab deh arasında 2012-2013-cü illər ərzində 7 kredit müqaviləsi bağlanmış, kredit müqavilələrinin təminatı kimi cavabdeh qızıl əşyalarını girov qoymuşdur.
2. Mübahisə həmin müqavilələr üzrə öhdəliklərin qarşılıqlı icra edilməməsi barədədir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon məhkəməyə müraciət edərək cavabdehdən: - 19.07.2012-ci il tarixli 210-12 saylı kredit müqaviləsi üzrə 4.711,87 manat əsas, müddət sonuna hesablanan 517,21 manat faiz, 4.735,01 manat cərimə, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.307,15 manat faiz borcu olmaqla, cəmi 11. 271,24 manat borcun; - 02.07.2012-ci il tarixli 190-12 saylı kredit müqaviləsi üzrə 3.708,86 manat əsas, müddət sonuna hesablanan 363,82 manat faiz, 2.335,46 manat cərimə, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.054,56 manat faiz borcu olmaqla, cəmi 7.462,70 manat borcun; - 11.01.2013-cü il tarixli 02-13 saylı kredit müqaviləsi üzrə 7.230,89 manat əsas, müddət sonuna hesablan 663,22 manat faiz, 7.125,01 manat cərimə, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.839,00 manat faiz borcu olmaqla, cəmi 16 855,12 manat borcun; - 23.11.2012-cü il tarixli 270-12 saylı kredit müqaviləsi üzrə 4.602,40 manat əsas, müddət sonuna hesablan 114,15 manat faiz, 5.366,11 manat cərimə, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.207,60 manat faiz borcu olmaqla, cəmi 11.290,34 manat borcun; - 12.11.2012-ci il tarixli 265-12 saylı kredit müqaviləsi üzrə 2.902,57 manat əsas, müddət sonuna hesablan 54,72 manat faiz, 3.303,00 manat cərimə, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 759,20 manat faiz borcu olmaqla, cəmi 7.019,49 manat borcun; - 06.07.2012-ci il tarixli 195-12 saylı kredit müqaviləsi üzrə 3.868,87 manat əsas, müddət sonuna hesablan 340,72 manat faiz, 3.972,14 manat cərimə, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.092,96 manat faiz borcu olmaqla, cəmi 9.274,69 manat borcun; - 19.11.2012-ci il tarixli 269-12 saylı kredit müqaviləsi üzrə 874,84 manat əsas, 942,36 manat cərimə, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 226,92 manat faiz borcu olmaqla, cəmi 2.044,12 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; 02.07.2012-ci il tarixli 190-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 11,40 qram çəkili; 06.07.2012-ci il tarixli 195-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 3,84 qram çəkili, 583/585 əyarlı 7.83 qram çəkili, 583/585 əyarlı 4,80 qram çəkili, 583/585 əyarlı 3,73 qram çəkili, 583/585 əyarlı 3,58 qram çəkili, 583/585 əyarlı 6,45 qram çəkili, 583/585 əyarlı 4,83 qram çəkili, 583/585 əyarlı 4,27 qram çəkili, 583/585 əyarlı 14,29 qram çəkili, 583/585 əyarlı 3,02 qram çəkili, 583/585 əyarlı 2,34 qram çəkili, 583/585 əyarlı 1,79 qram çəkili, 583/585 əyarlı 1,77 qram çəkili, 583/585 əyarlı 10,04 qram çəkili; 11.01.2013-cü il tarixli 02-13/Q saylı müqavilə üzrə 583/585 əyarlı 1,77 qram çəkili, 583/585 əyarlı 2,92 qram çəkili, qiy mətsiz metal/+qızıl təbəqə 30,16 qram çəkili, 583/585 əyarlı 4,33 qram çəkili, 583/585 əyarlı 1,63 qram çəkili, 583/585 əyarlı 0,59 qram çəkili, 583/585 əyarlı 2,26 qram çəkili, 583/585 əyarlı 9,11 qram çəkili,12.11.2012-cü il tarixli 265-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 4,56 qram çəkili, 583/585 əyarlı 1,19 qram çəkili, 583/585 əyarlı 6,69 qram çəkili, 583/585 əyarlı 2,47 qram çəkili, 583/585 əyarlı 1,58 qram çəkili, 23.11.2012-ci il tarixli 270-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 4,91 qram çəkili, 583/585 əyarlı 5,04 qram çəkili, 583/585 əyarlı 12,88 qram çəkili, 583/585 əyarlı 10,22 qram çəkili, 583/585 əyarlı 7,04 qram çəkili, 19.07.2012-ci il tarixli 210-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 4,25 qram çəkili, 583/585 əyarlı 13,02 qram çəkili girov qoyulmuş qızıl-zinət əşy alarına tutmanın yönəldilərək, həmin əşyaların açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına yuxarıda qeyd olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu kredit müqavilələrinin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə vaxtlı vaxtında əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır.
5. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 317.1 və 442-ci maddələrinə istinad etmişdir.
6. Cavabdeh da ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi verərək 02.07.2012-ci il tarixli, 190-12/Q saylı, 19.07.2 012-cü il tarixli, 210- 12/Q saylı, 12.11.2012-ci il tarixli, 265-12/Q saylı, 06.07.2012-ci il tarixli, 195-12/Q saylı, 11.01.2013-ci il tarixli, 02-13/Q saylı, 23.11.2012-ci il tarixli, 270-12/Q saylı və 19.11.2012-ci il tarixli, 26912/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş 541 qram 750 əyarlı və 4324,79 qram 583-585 əyarlı qızıl-zinət əşyalarının və ya onların dəyərinin hesablanaraq cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılıb ki, məhkəmə araşdırılması zamanı ekspertiza təyin edilmiş və müəyyən olunmuşdur ki, güya bankda yalnız ekspertizaya təqdim edilmiş 210,6 qram qızıl var. Digər qızıllar isə aşkar edilməmişdir. Halbuki, iddia qaldırılan zaman da borcun 7 müqavilə üzrə girov qoyulmuş 541 qram 75 0 əyyarlı və 4324,79 qram 583-585 əyyarlı qızıl-zinət əşyalarının bankda olmasının etirafı olaraq həmin girovlara yönəldilməsi xahiş olunmuşdur. Eyni zamanda bank tərəfindən götürüldüyü iddia edilən qızıl-zinət əşyaları ekspertizaya təqdim edilmişdir. Bütün sadalanan hallar təsdiq edir ki, girov qoyulmuş qızıl-zinət əşyalarının hamısı bankdadır. Lakin bank tərəfindən həmin girov predmetlərinin bankda olması bankın nümayəndələri tərəfindən təkzib edilir.
8. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermiş və ərizəni belə əsaslandırımışdır ki, hazırki iddia tələbi üzrə 02.07.2012-ci il tarixli, 190-12/Q saylı, 19.07.2012-cü il tarixli, 210-12/Q saylı, 12.11.2012-ci il tarixli, 265-12/Q saylı, 06.07.2012ci il tarixli, 195-12/Q saylı, 23.11.2012-ci il tarixli, 270-12/Q saylı və 19.11.2012-ci il tarixli, 269-12/Q saylı kredit müqavilələri üzrə iddia müddətləri ötürüldüyü üçün iddia müddəti tətbiq edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi, göstərilən kredit müqavilələri üzrə müqavilə müddətləri ən geci 23.05.2014-cü ildə bitmiş, lakin iddialar 2017-ci ilin iyul ayında qaldırılmışdır. Həmin müqavilələrin qüvvədə olma müddətinin ən son tarixi 23.05.2014-cü ilədək olmasına baxmayaraq, iddiaçı təşkilat bununla bağlı indiyədək məhkəmə orqanlarına rəsmi olaraq müraciət etməmişdir. Artıq 3 ildən çox müddət keçdikdən sonra bank hazırki iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışdır.
9. Cavabdeh nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, cavabdeh ilk vaxtlar ödənişləri lazımi qaydada etsə də/, sonradan maddi im kanının pisləşməsi səbəbindən ödənişlərdə gecikmə yaranmışdır. Hazırda cavabdeh borcdan imtina etmir. Borcun məbləği düz hesablanmayıb. Bəzi müqavilələr üzrə iddia müddəti ötüb. Girov predmetlərinin qaytarılması barədə sənədlərdəki imza cavabdehə məxsus deyil.
10. Cavabdeh nümayəndəsi vəsatət verərək, girov qoyulmuş qızıllarla bağlı əmtəəşünaslıq və qızılların qaytarılması barədə əlavədə imzaların ona məxsus olubolmaması barədə xətşünaslıq ekspertizalarının keçirilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsi 09 avqust 2017-ci il tarixli qərardadı ilə mühasibatlıq, xətşünaslıq və əmtəəşünaslıq ekspertizaları təyin edərək, borcun məbləği, girov predmetlərinin qaytarılması sənədlərindəki imzaların cavabdehə məxsus olubolmaması və girov qoyulmuş qızılların göstəricilərinin (əyarı, çeşidi, çəkisi) müəyyən edilməsi barədə ekspertlər qarşısında müvafiq suallar qoymuşdur.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2017-ci il tarixli, 24143 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə görə, ekspertizaya təqdim edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2012-ci il tarixli 190- 12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (39 ədəd imza), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.07.2012-ci il tarixli 195- 12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (45 ədəd imza), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.01.20 13-cü il tarixli 02- 13/G saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (39 ədəd), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.11.2012-ci il tarixli 269- 12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (15 ədəd), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.11.2012-ci il tarixli 265- 12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (31 ədəd imza), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.11,2012-ci il tarixli 270- 12/Q saylı girov müqaviləsində “Borc alan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı" qrafasındakı imzalar (52 ədəd), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.07.2012-ci il tarixli 210-12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan E.Ə,Hüseynov” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə Müştəri təhvil aldı" qrafasındakı imzalar (42 ədəd) Cavabdeh tərəfindən icra olunmuşdur.
13. Kreditlə bağlı zəruri sənədlər və zərgərlik məmulatları təqdim edimədiyi üçün mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının keçiriməsindən imtina edilmişdir.
14. Cavabdehin nümayəndəsi vəsatət verərək, əlavə xətşünaslıq və əmtəəşünaslıq eskeprtizasnın keçirilməsini xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, girov əşyaların cavabdehə qaytarılması barədə səndlərdək i imzaların böyük əksəriyyəti 1-2 il ərzində eyni mürəkkəbli qələmlə icra edilib. Bu da həmin imzaların cavabdeh tərəfindən imzalanmasını şübhə altına alır. Həmçinin cavabdehə qarşı bankın eyni məhkəmənin digər hakimlərini icraatında olan eyni xarakterli işlərində qızıl əşyalarının bir qismini məhz iddiaçı bank ekspertə təqdim etmişdir. 15.
11. Birinci instansiya məhkəməsi 20 aprel 2018-ci il tarixli qərardadı ilə mühasibatlıq, xətşünaslıq-sənədlərin texniki və əmtəəşünaslıq-fiziki-kimyəvi ekspertizaları təyin edərək, borcun məbləği, girov predmetlərinin qaytarılması sənədlərindəki imzaların cavabdehə məxsus olub-olmaması, istifadə edilən mürəkkəbin kimyəvi tərkibi, girov qoyulmuş qızılların göstəricilərinin (əyarı, çeşidi, çəkisi) müəyyən edilməsi barədə ekspertlər qarşısında müvafiq sual lar qoymuşdur.
16. Məhkəmə Ekspertizası Mərkəzinin 06.03.2019-cu il tarixli, 13295 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə görə İddiaçı ASC tərəfindən kassa məxaric orderləri, ödəniş qəbzləri (elanlar), faizlərin və cərimələrin hesablanmasını göstərən hesabdan çıxarış (gedişat) göndərilməmişdir. İş materiallarına yalnız cari hesabdan çıxarış əlavə edilmişdir. Tərəflər arasında kredit müqavilələri 2012-ci il tarixdən bağlansa da təqdim edilmiş cari hesabdan çıxarışlar 05.01.2013-cü ildən başlayır. 05.01.2013-cü il tarixdən əvvəlki dövrün cari hesabdan çıxarışları və bütün kredit dövrünün digər sənədləri təqdim edilməyib. Lakin Banklar tərəfindən kreditlərin verilməsinin prosedur qaydalarının tələblərinə uyğun olaraq kreditlərin verilməsinin, faiz və cərimələrin hesablanmasının, müştərilər tərəfindən aparılmış ödənişlərin kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsinin, silinməsinin real vəziyyəti yalnız cari, ssuda, faiz və cərimə hesablarından çıxarışlarda əks etdirilir. Bank tərəfindən vəsatətin təmin olunması məqsədilə hazırkı ekspertizaya təqdim olunmuş sənədlərdə isə (çıxarışlarda) Cavabdeh kredit müqaviləsinə əsasən kreditlərin verilməsi, ödənişlər aparılarkən kassa və cari hesabına mədaxil olunan məbləğlər, faizlərin və cərimələrin hesablanması öz əksini tapmamışdır (05.01.2013-cü il tarixdən əvvəlki dövrə (müqavilələrin tarixindən)). Ödəniş qəbzləri olmadığından və hesabdan çıxarışda təyinatlar tam göstərilmədiyindən ödənişlərin hansı kreditə aid edildiyi bilinmir (05.01.2013-cü il tarixdən sonraki dövrlərə (müqavilələrintarixindən)). Buna görəd ə faizlərin və cərimələrin bank tərəfindən düzgün silinməsi, faizlərin, cərimələrin hesablanmasını müəyyən eləmək mümkün deyildir. Yaranmış gecikmələrə hesablanmış faizlər barədə və ya hesaba köçürülməsini özündə əks etdirən məlumatlar, ödəniş sənədləri, cari hesabdan çıxarışlar tam şəkildə təqdim edilmədiyindən, cavabdehin “Zaminbank" ASC-ə olan real borcunun məbləğlərini müəyyən etmək mümkün olmamışdır.
17. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə görə,1. Ekspertizaya təqdim edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2012-ci il tarixli 190-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (cəmi 15 ədəd; həmin aktın 1-ci, 4-8-ci, 12-ci, 16-cı, 19-cu, 21-26-cı, 29-cu, 32-ci, 34-35-ci və 39-cu sıralarındakı imzalardan başqa) və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.07.2012-ci il tarixli 195- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 32 ədəd imza, 11-ci, 13-cü, 20-ci. 28-31-ci, 37-38-ci, 41-ci, 42ci, 45-ci sıralarındakı imzalardan başqa) və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.01.2013-cü il tarixli 02- 13/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 33 ədəd imza, 22-ci, 25-ci, 27-ci, 35-ci və 39-cu səralarındakı imzalardan başqa) və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.11.2012-ci il tarixli 269- 12/Q saylı girov müq aviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 11 ədəd imza, 3-cü, 8-ci, 10-11-ci sıralarındakı imzalardan başqa) və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.11.2012-ci il tarixli 265- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 25 ədəd imza, 5-ci, 13-14-cü, 19-cu 26-cı sıralarındakı imzalardan başqa) və həmin 1 saylı əlavədə “CavabdehƏ” qrafasındakı imza; İddiaçı ASC ilə Cavabdeh tarixli 270-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 31 ədəd imza, 6-cı, 14-cü, 17-ci, 22-ci, 23-cü, 26-cı 28-ci, 38-ci, 46-cı, 49-51-ci sıralardakı imzalardan başqa və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafası ndakı imza; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.07.2012-ci il tarixli 210- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 22 ədəd imza, 1-ci, 5-ci, 10-11 -ci, 14-15-ci, 17-ci, 19-cu, 2223-cü, 25-ci, 29-cu, 30-cu, 34-35-ci, 38-ci və 40-cı sıralardakı imzalardan başqa) Cavabdeh tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2012-ci il tarixli 190-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-ci, 4-8-ci, 12-ci, 16-cı, 19-cu, 21-26-cı, 29-cu, 32-ci, 34-35-ci və 39cu sıralarda “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.07.2012-ci il tarixli 195- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 11 -ci, 1 3-cü, 20-ci, 28-31-ci, 37-38-ci, 41- ci, 42-ci, 45-ci sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.01.2013-cü il tarixli 02- 13/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 22-ci, 25-ci, 27-ci, 35-ci və 39-cu sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.11.2012-ci il tarixli 269- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 3-cü, 8-ci, 10-11-ci sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.11.2012-ci il tarixli 265- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 5-ci, 13-14-cü, 19-cu 26-cı sıralardakı “Müştəri təhvil aldı” qrafasındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.11.2012-ci il tarixli 270- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 6-cı, 10-cu, 14-cü, 17-ci, 22-ci, 23-cü, 26- cı, 28-ci, 38-ci, 46-cı, 49-51-ci sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.07.2012-ci il tarixli 210- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-ci, 5-ci, 10-11-ci, 14-15-ci, 17-ci, 19-cu, 22-23-cü, 25-ci, 29-cu, 30-cu, 34-35-ci, 38-ci və 40-cı sıralardakı imzalar və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxşlər tərəfindən icra olunmuşdur.
18. Xətai Rayon Məhkəməsinin 2(011)-48/2019 nömrəli, 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11.01.2013-cü il tarixli 02-13/Q saylı kredit müqaviləsi üzrə 7.230,89 manat əsas borc, müq avilə müddətinin sonuna hesablanmış 663,22 manat faiz borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.839,00 manat faiz borcu, 725,01 manat cərimə olmaqla cəmi 10455,12 (on min dörd yüz əlli beş manat on iki qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan girov qoyulmuş 583/585 əyarlı 1,77 qram çəkili, 583/585 əyarlı 2,92 qram çəkili, qiymətsiz metal/+qızıl təbəqə 30,16 qram çəkili, 583/585 əyarlı 4,33 qram çəkili, 583/585 əyarlı 1,63 qram çəkili, 583/585 əyarlı 0,59 qram çəkili, 583/585 əyarlı 2,26 qram çəkili, 583/585 əyarlı 9,11 qram çəkili qızıl əşyalarına yönəldilərək həmin əşyaların açıq hərracda satılması və iddia tələbinin satışdan əl də olunmuş vəsait hesabına ödənilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə, qarşılıqlı iddia tələbi isə bütünlüklə təmin edilməmişdir (hakim Sərdar Mehrəliyev)
19. Birinci instansiya məhkəməsi məhkəmə araşdırılan sübutlara əsasən hesab etmişdir ki, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 11.01.2013-cü il tarixli 02-13 saylı kredit müqaviləsi üzrə 7.230,89 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 663,22 manat faiz borcunun və Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.839,00 manat faiz borcunun qalmasını, 02.07.2012-ci il tarixli, 19012/Q saylı, 19.07.2012-cü il tarixli, 210-12/Q saylı, 12.11.2012-ci il tarixli, 265-12/Q saylı, 06.07.2012-ci il tarixli, 195-12/Q saylı, 23.11.2012-ci il tarixli, 270-12/Q saylı və 19.11.2012-ci il tarixli, 2 69-12/Q saylı kredit müqavilələri üzrə iddia müddətinin ötürülməsini, ilk iddia üzrə cavabdeh tərəfindən həmin müqavilələr üzrə tələblərə iddia müddətinin tətbiq olunmasını nəzərə alaraq hesab edib ki, ilkin iddia tələbi 11.01.2013-cü il tarixli 02-13 saylı kredit müqaviləsi üzrə 7.230,89 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 663,22 manat faiz borcunun və Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.839,00 manat faiz borcunun tutulması və tutmanın girov qoyulmuş əşyalara yönəldilməsi hissəsində təmin edilməli, digər kredit müqavilələri üzrə iddia müddəti buraxıldığına görə ilk iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.
20. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən belə nəticəyə gəlmişdir ki, 7125,01 manat məbləğində dəbbə p ulu tənasübsüz surətdə yüksək hesablanıb, buna görə tələb olunan dəbbə pulu 725,01 manat məbləğinədək azaldılmalıdır.
21. Birinci instansiya məhkəməsi Cavabdeh “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılmasına dair” qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edib ki, Cavabdeh yalnız hazırki iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra girov müqavilələrinə əsasən girov qoyulmuş əşyaların qaytarılması üçün cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə müraciət edə bilər. Müraciəti təmin olunmadığı təqdirdə isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 279, 295, 298.1, 319.1, 373.2, 375.2, 385.1, 442, 445.1, 445.2.1, 462.1, 465.2, 467-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərba ycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunması, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - rayon məhkəməsi 02.07.2012-ci il tarixli, 190-12/Q saylı, 19.07.2012-ci il tarixli 210-12/Q saylı, 12.11.2012-ci il tarixli 265-12/Q saylı, 06.07.2012-ci tarixli 2195-12/Q saylı, 23.11.2012-ci il tarixli 270-12/Q saylı, 19.11.2012-ci il tarixli 269-12/Q saylı kredit müqavilələri üzrə iddia müddətini ötürmüş hesab etmişdir. Halbuki məhkəməyə təqdim olunmuş və mülki iş materiallarına əlavə edlmiş cari hesab çıxarışdan da görünür ki, cavabdeh tərəfindən yuxarıda sadalanan kredit müqavilələri üzrə müxtəlif vaxtlarda ödənişlər edilmiş və iddia müddəti ötürülməmişdir; - 02.07.2012-ci il tarixli, 190-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə, 19.07.2012-ci il tarixli 210-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.05.2015-ci ildə, 12.11.2012-ci il tarixli 265-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2015-ci ildə, 06.07.2012-ci tarixli 2195-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə, 23.11.2012-ci il tarixli 270-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2015-ci ildə, 19.11.2012-ci il tarixli 269-12/Q saylı kredit müqavilə si üzrə sonuncu ödəniş 27.04.2015-ci ildə olmuşdur. Bu baxımdan, rayon məhkəməsi Mülki Məcələninin 380.1-ci maddəsini pozmuşdur.
25. Cavabdeh da apellyasiya şikayəti verib, qətnamənin ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv, ilk iddianın tam rədd, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - bank tərəfindən mühasibatlıq sənədləri təqdim edilmədiyinə görə iş üzrə mühasibatıq ekspertizası keçirilməsi mümkün olmayıb, əgər keçirilsəydi, borcun tam ödənildiyi müəyyən edilərdi; - eyni zamanda, bank tərəfindən istinad edilən müqavilələrdə qızılların girova qoyulması barədə sənədlərdə cavabdehin imzası yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi 18 dekabr 2019-cu il ta rixli qərardadla mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında kredit müqavilələri üzrə sonuncu ödənişin nə vaxt edilməsi barədə sual qoymuşdur.
28. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4830 saylı, 16.02.2021-ci il tarixli ekspert rəyinə əsasən 02.07.2012-ci il tarixli, 190-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə 122,00 manat, 06.07.2012-ci tarixli 2195-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə 136,00 manat, 19.11.2012-ci il tarixli 269-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 27.04.2015-ci ildə 37,66 manat, 12.11.2012-ci il tarixli 265-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2015-ci ildə 106,44 manat, 23.11.2012-ci il tarixli 270-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə 94,08 manat, 19.07.2012-ci il tarixli 210-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2015-ci ildə 183,00 manat olmuşdur.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-179/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-48/2019 saylı, 27 avqust 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Cavabdeh 02.07.2012-ci il tarixli 190-12 saylı kredit müqaviləsi üzrə 3.708,86 manat əsas borc, müddət sonuna hesablanan 363,82 manat faiz borcu, 371 manat cərimə borcu, 1.054,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 5498,24 manat, 06.07.2012-ci il tarixli 195-12 saylı kredit müqaviləsi üzrə 3.868,87 manat əsas borc, müddət sonuna hesablan 340,72 manat faiz borcu, 387 manat cərimə borcu, 1.092,96 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 5689,55 manat, 19.11.2012-ci il tarixli 26912 saylı kredit müqaviləsi üzrə 874,84 manat əsas borc, 87 manat cərimə borcu, 226,92 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 1188,76 manat, 12.11.2012-ci il tarixli 265-12 saylı kredit müqaviləsi üzrə 2.902,57 manat əsas borc, müddət sonuna hesablanmış 54,72 manat faiz borcu, 290 manat cərimə borcu, 759,20 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 4006,4 9 manat, 23.11.2012-cü il tarixli 270-12 saylı kredit müqaviləsi üzrə 4.602,40 manat əsas borc, müddət sonuna hesablanan 114,15 manat faiz borcu, 460 manat cərimə borcu, 1.207,60 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 6384,15 manat, 19.07.2012-ci il tarixli 210-12 saylı kredit müqaviləsi üzrə 4.711,87 manat əsas borcun, müddət sonuna hesablanan 517,21 manat faiz borcun, 471 manat cərimə borcu, 1.307,15 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 7007,23 manat, ümumilikdə 29.774,42 (iyirmi doqquz min yeddi yüz yetmiş dörd manat, qırx iki qəpik) manat məbləğin alınaraq iddiaçı LPO İddiaçı ASC-yə verilməsi, tutmanın 583/585 əyarlı 11,40 qram çəkili; 583/585 əyarlı 3,84 qram çəkili, 583/585 əyarlı 7.83 qram ç əkili, 583/585 əyarlı 4,80 qram çəkili, 583/585 əyarlı 3,73 qram çəkili, 583/585 əyarlı 3,58 qram çəkili, 583/585 əyarlı 6,45 qram çəkili, 583/585 əyarlı 4,83 qram çəkili, 583/585 əyarlı 4,27 qram çəkili, 583/585 əyarlı 14,29 qram çəkili, 583/585 əyarlı 3,02 qram çəkili, 583/585 əyarlı 2,34 qram çəkili, 583/585 əyarlı 1,79 qram çəkili, 583/585 əyarlı 1,77 qram çəkili, 583/585 əyarlı 10,04 qram çəkili, 583/585 əyarlı 4,56 qram çəkili, 583/585 əyarlı 1,19 qram çəkili, 583/585 əyarlı 6,69 qram çəkili, 583/585 əyarlı 2,47 qram çəkili, 583/585 əyarlı 1,58 qram çəkili, 583/585 əyarlı 4,91 qram çəkili, 583/585 əyarlı 5,04 qram çəkili, 583/585 əyarlı 12,88 qram çəkili, 583/585 əyarlı 10,22 qram çəkili, 583/585 əyarlı 7,04 qram çəkili, 583/585 əyarlı 4,25 qram çəkili, 583/585 əyarlı 13,02 qram çəki li girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması, əldə olunacaq vəsait hesabına 29.774,42 (iyirmi doqquz min yeddi yüz yetmiş dörd manat, qırx iki qəpik) manat məbləğində pulun vəsaitinin iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və Anar Tanrıverdiyev)
30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından iddiaçının şikayəti təmi n edilməli, qətnamə qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehin apellyaiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
31. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadən müəyyən etmişdir ki, müqavilələr üzrə sonuncu ödəniş 2015-ci ildə olmuş, iddiaçının hazırkı iddia ərizəsi isə məhkəməyə 02.06.2017-ci il tarixdə daxil olduğundan iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halına əsasən hesab edib ki, iddia tələbi 02.07.2012-ci il tarixli, 190-12/Q saylı, 06.07.2012-ci il tarixli, 195-12/Q saylı, 19.11.2012-ci il tarixli, 269-12/Q saylı, 12.11.2012-ci il tarixli, 265-12/Q saylı, 23.11.2012-ci il tarixli, 270-12/Q saylı və 19.07.2012-ci il tarixli 210-12/Q saylı kredit müqavilələri üzrə də əsaslıdır. Lakin qeyd edilən müqavilələr üzrə cərimə borcu dünyada baş verən məlum hadislər, iqtisadi böhran və sair kimi hallar nəzərə alınaraq azaldılmalı, 02.07.2012-ci il tarixli 190-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 371 manat, 06.07.2012-ci il tarixli 195-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 387 manat, 19.11.2012-ci il tarixli 269-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 87 manat, 12.11.2012-ci il tarixli 265-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 290 manat, 23.11.2012-cü il tarixli 270-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 460 manat, 19.07.2012-ci il tarixli 210-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 47 1 manat müəyyən edilməlidir.
33. Apellyasiya məhkəməsi Mülki Məcəllənin girovla bağlı münasibətləri nizamlayan maddi hüquq normalarına əsasən tutmanın girov əşyalarına yönəldilməsi barədə iddia tələbi üzrə qeyd edib ki, iddia tələb bu hissədə də əsaslıdır.
34. Apellyasiya məhkəməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə isə mövqeyi belə olub ki, ilkin iddia tələbinin əsaslı olması və qismən təmin edilməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini istisna edir.
35. Apellyasiya instansiyası məhkəməsi iddianının təmin edilən hissəsində gəldiyi nəticəni Mülki Məcəllənin 279, 295, 298.1, 298.2, 319.1, 380.2, 385.1, 442, 445.1, 445.2.1, 462.1, 467 və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, m əhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsini ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayətinin dəlilləri: - Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə bu maddəyə istinad etməsinə səbəb kimi iddiaçının kredit ödənişlərinin guya 2015-ci ildə ödənilməsinin təsdiqi kimi qəbzlər təqdim etməsini qeyd edib. Halbuki, həmin qəbzləri iddiaçı birinci instansiya məhkəməsində 2 il araşdırılandan sonra sonuncu iclasda təqdim edilmişdir. Həmin sübut məhkəmə qaydasında tədqiq edilm əmişdir, yəni ödənişin iddiaçı tərəfindən, yaxud onun etibarnamə üzrə nümayəndələri tərəfindən ödənilməsi araşdırılmayıb və bu məsələ hazırda da mübahisə predmeti olaraq qalmaqdadır: - iddiaçı tərəf 2015-ci ildə cavabdehin ödədiyi iddia edilən qəbzlərin kim tərəfindən ödənilməsi barədə tutarlı sübut təqdim edə bilməyib, sübut apellyasiya instansiyası tərəfindən qətiyyən araşdırılmayıb; qarşılıqlı iddia üzrə iddianı rədd etməklə məhkəmə düzgün nəticəyə gəlməmişdir, birinci instansiya və ikinci instansiya məhkəməsində qarşılıqlı iddia ilə əlaqədar kifayət qədər tutarlı dəlillər gətirilsə də, həmin hallara hüquqi qiymət verilməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
38. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçıları nın izahatları
39. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin vəkili Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.
40. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə onların tərəflərin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzini n ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti ye nidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
42. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məh kəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
45. İlk iddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin girovla təmin edilmiş qızıl əşyalarının açıq hərracda satılması h esabına ödənilməsi, qarşılıqlı idia isə girov müqaviləsiəsasında girov qoyulmuş qızılların qaytarılması barədədir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri əsasında həm iddia, həm də qarşılıqlı iddia tələbləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, hər bir kredit razılaşması üzrə sonuncu ödənişin hansı vaxt edilməsini ekspert rəyinə əsasən müəyyən edərək, üç illik iddia müddətinin ötməməsi qənaətinə gəlmişdir.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini – 2015-ci ildə cavabdehin ödədiyi iddia edilən qəbzlərin kim tərəfindən ödənilməsi barədə tutarlı sübut təqdim edilməməsi – əsassız sayır. Əvvəla, iddiaçı kredi t müqavilələri üzrə edilmiş ödənişlər barədə qəbzlər təqdim etməklə həmin ödənişlərin cavabdeh tərəfindən aparılması barədə sübut etmə vəzifəsini yerinə yetirib. Cavabdeh isə bunun əksini bildirsə də, hər hansı sübut təqdim etməyib. Bundan əlavə, iddiaçı bankın özünün bu ödənişləri etməsi barədə dəlillər, həm də ona görə əsasızdır ki, bu ödənişlər hazırki iddia qaldırılmamışdan 2 il əvvəl, özü də iddia müddəti çərçivəsində həyata keçirilib.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX kassasiya şikayəti təmin edil məsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-`179/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.