Məhkəmə qərarları › İş №2(102)-80/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-80/2024

10.01.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-80/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MTK-ya və üçüncü şəxs N Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-80/2024 (Açar sözlər: işin kassasiya baxışından çıxarılması, kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MTK-ya və üçüncü şəxs N saylı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun tanınması, payının naturada ayrılmas ı və ya pulun qaytarılması, həmçinin maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-600/2022 saylı iş üzrə, 24 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə 10 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 MMC” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə ilə satıcı Gəncə həri, Ş.İ.Xətai prospekti, 147 saylı ünvanda 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 120.8 kv.metr olan mənzili alıcıya təhvil verməyi, alıcı həmin mənzilləri qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mənzillərin dəyərinin bir his səsi (21.672 ABŞ dolları) İddiaçı tərəfindən ödənilmişdir.

2. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 147 saylı binanın cənubi-şərq tərəfindəki ərazidə bir bloklu, 12 mərtəbəli yaşayış inasının tikintisi üçün 0,12 ha torpaq sahəsi Cavabdeh1 MMC-nə təhkim edilmişdir.

3. Birgə fəaliyyət haqqında 01 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC Gəncə şəhəri İcra hakimiyyəti başçısının 22 avqust 2006-cı il tarixli sərəncamı ilə özünə ayrılan torpaq sahəsində hündürmərtəbəli yaşayış binasının tikintisini Cavabdeh2MTK-a həvalə etmiş, bu müqavilə üzrə zəmanət şəklində Cavabdeh1 MMC-yə verilməsi nəzərdə tutulan mənzillərdən başqa digər mənzillərin satışına qarışmamağı, satış hüququnun və satışdan daxil olan vəsaitdən sərbəst istifadə hüququnun Cavabdeh2MTK-da olması ilə razılaşaraq, bütün bunlar barədə üzərinə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MTK-ya və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2MTK tərəfindən Gəncə həri, Ş.İ.Xətai prospekti, 147 saylı ünvanda yeni inşa olunmuş 12 mərtəbəli çoxmənzilli binasına olan ümumi paylı mülkiyyət hüququndakı paya onun mülkiyyət hüququnun tanınması və onun payına uyğun olaraq binanın 6-cı mərtəbəsində yerləşən 120.8 kv.m ölçüdə 3 otaqlı mənzilin naturada ayrılması və ona verilməsi, mənzil obyektiv səbəblərdən verilə bilmədiyi təqdirdə mənzilə görə ödədiyi 21672 (iyirmi bir min altı yüz yetmiş iki) ABŞ dolları əsas məbləğ, əldən çıxmış faydanın məbləği kimi 18386 (on səkkiz min üç yüz səksən altı) ABŞ dolları, ümumilikdə isə məhkəmə qərarının icrası gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla hesablanıb ödənilməklə, 40058 (qırx min əlli səkkiz) ABŞ dolları və mənəvi zərərə görə 15000 manat cavabdehlər Caspian Service” MMC-dən və Cavabdeh2MTK-dan müştərək qaydada tutularaq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin 30 noyabr 2006-cı il tarixdə iddiaçı ilə bağladığı müqaviləyə əsasən, həmin cəmiyyət ünvan 2 ünvanda inşa olunması layihələndirilən 12 mərtəbəli çoxmənzilli binanın tikintisi başa çatdıqdan so nra 6cı mərtəbəsində yerləşən 120.8 kv.m ölçüdə 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 5.1 -ci hissəsində yazılan şərtlərə əsasən təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 120.8 kv.m təşkil edir, bu mənzilin ümumi dəyəri 48320 (qırx səkkiz min üç yüz iyirmi) AZN məbləğində müəyyən edilir və hər bir kv.m-nə 400 AZN qiymət layihə-smeta sənədləri əsasında müəyyən edilir. Müqaviləyə əsasən iddiaçı 30 noyabr 2006-cı il tarixdə Cavabdeh1 MMC-nin xəzinəsinə 10.000 ABŞ dolları ödəmişdir. Cavabdeh ödənişin təsdiqi kimi iddiaçıya verdiyi CS-20 saylı 30 noyabr 2006-cı il tarixli maliyyə arayışında bu pulu həmin vaxtın məzənnəsi ilə 8720 (səkkiz min yeddi yüz iyirmi) AZN ödənişi kimi qeyd etmişdir. Daha sonra, 20 yanvar 2007-ci il tarixdə iddiaçı mənz ilə görə Cavabdeh1 MMC- yə 5000 (beş min) ABŞ dolları ödəmişdir. Cavabdeh bu pulu CS-01 saylı 20 yanvar 2007- ci il tarixli maliyyə arayışında həmin vaxtın məzənnəsi ilə 4360 (dörd min üç yüz altmış) AZN kimi qeyd etmişdir. Daha sonra 06 dekbar 2008-ci il tarixdə iddiaçı mənzilə görə Cavabdeh1 MMC-yə 4172 (dörd min yüz yetmiş iki) ABŞ dolları ödəniş etmişdir və cavabdeh bu pulu 06 dekbar 2008-ci il tarixli maliyyə arayışında həmin vaxtın məzənnəsi ilə 3371 (üç min üç yüz yetmiş bir) AZN kimi qeyd etmişdir. Sonuncu dəfə iddiaçı Cavabdeh1 MMC-yə 23 yanvar 2009-cu il tarixdə 2500 (iki min beş yüz) ABŞ dolları ödəniş etmişdir. İddiaçıya verilən CS-09 saylı 23 yanvar 2009-cu il tarixli maliyyə arayışında bu pul həmin vaxtın məzənnəsi ilə milli valyuta ilə 2015 (iki min on beş) AZN kimi qeyd edi lmişdir. Ümumilikdə iddiaçı Cavabdeh1 MMC- yə 21672 (iyirmi bir min altı yüz yetmiş iki) ABŞ dolları pul ödəmişdir. Bu günün məzənnəsi ilə bu 36842 (otuz altı min səkkiz yüz qırx iki) AZN təşkil edir. Qeyd edilən yaşayış binasının 01,10.2006-cı il tarixdən 2008-ci ilin 3-cü rübünə qədər olan vaxt ərzində tikilib başa çatdırılması müqavilənin 4.1-ci hissəsində qeyd olunduğuna baxmayaraq, faktiki olaraq inşa işləri 2008-ci ildən tam dayandırılmışdır və yalnız bu yaxın vaxtlarda yenidən inşa işləri davam etdirilir. Binanın tikintisi dayandırıldığı üçün iddiaçı ümumi məbləğin qalan hissəsinin Cavabdeh1 MMC-yə ödənişini dayandırmışdır. Hal-hazırda tikinti şərinin yenidən aparıldığını görüb tikintisini maliyyələşdirdiyi mənzilə görə ödəniş etmək istəyərkən məlum olmuşdur ki, Cavabdeh1 MMC iddiaç ının mənzili də daxil olmaqla, bütövlükdə yaşayış binasını digər tikinti şirkətinə Cavabdeh2MTK-yə satmışdır. Cavabdeh1 MMC ödənilən pulu və mənzili iddiaçıya verilməsini təmin edəcəkləri barədə vədlər versə də, bu vəziyyəti heç cür həll etmək istəmir. Digər cavabeh Cavabdeh2MTK isə mənzilə dair iddiaçının hüquqlarını tanımır və özü mənzillərə satış elan edib. Cavabdeh1 MMC-nin də mənzilin verilməsinə dair öhdəliyini öz üzərindən atır. Hazırda iddiaçının hüquqları cavabdehlər tərəfindən pozulmuşdur və faktiki olaraq birtərəfli qaydada müqavilənin icrasından imtina olunmuşdur. ünvan 2 ünvanda inşa olunan çoxmənzilli oinanm 6-cı mərtəbəsində yerləşən 120.8 kv.m ölçüdə 3 otaqlı mənzilin inşasını iddiaçı maliyyələşdirdiyi üçün, binanın həmin hissəsinə dair iddiaçı paylı mülkiyyətçi hesab olunm alıdır. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanda yeni inşa olunmuş 12 mərtəbəli çoxmənzilli binanın 6-cı mərtəbəsində yerləşən 120.8 kv.m ölçüdə 3 otaqlı mənzili müqavilədə nəzərdə tutulmuş şərtlərlə iddiaçıya təhvil verməyə razıdır.

7. Məhkəmə iclasında Cavabdeh2MTK-nin nümayəndəsi X2 bildirmişdir ki, 01 iyun 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqaviləsinə əsasən Cavabdeh1 MMC Gəncə şəhər İcra Hakimiyyətinin 22 avqust 2006-cı il tarixli, 171 saylı sərəncamı ilə özünə ayrılan torpaq sahəsində hündürmərtəbəli yaşayış binasının tikintisini Cavabdeh2MTK-a həvalə etmiş, bu müqavilə üzrə zəmanət şəklində Cavabdeh1 MMC-yə verilməsi n əzərdə tutulan mənzillərdən başqa digər mənzillərin satışına qarışmır, satış hüququnun və satışdan daxil olan vəsaitdən sərbəst istifadə hüququnun Cavabdeh2MTK-da olması ilə razılaşaraq, bütün bunlar barədə üzərinə öhdəlik götürmüşdür.

8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1316/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Roman Ələkbərli) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2MTK tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti (H.Əliyev), 147 saylı ünvanda ünvanda yeni inşa olunmuş 12 mərtəbəli çoxmənzilli yaşayış yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, 120.8 kv.m ölşüdə olan 3 otaqlı mənzilin (Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 30 noyabr 2006-cı il tarixli müqavilədə müəyyən edilmiş şərtlərlə) İddiaçı təhvil verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə baxışı zamanı aradırılmış sübutlarla ünvan 2 nvanda tikiləcək binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 120.8 kv.m olan 3 otaqlı mənzilinin alqı-satqısına dair Cavabdeh1 MMC ilə İddiaçı arasında 30 noyabr 2006-cı il tarixli müqavilənin bağlanması, mənzillərin müqavilə ilə nəzərdə tutulmuş qiymətindən 21672 (iyirmi bir min altı yüz yetmiş iki) ABŞ dollarının alıcı tərəfindən ödənilməsi, daha sonra Cavabdeh1 MMC Cavabdeh2MTK ilə 01 iyun 2019- cu il tarixdə “birgə fəaliyyət haqqında” müqavilə bağlayaraq özünə ayrılan torpaq sahəsində hündürmərtəbəli yaşayış binasının tikintisini Cavabdeh2MTK-a həvalə etməyi öhdəsinə götürməsi müəyyən olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gə ldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17, 18, 385.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən Cavabdeh2 MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ilə aralarında hər hansı müqavilə olmamışdır. Cavabdeh1 MMC ilə C avabdeh2 MTK arasında 01 iyun 2019cu il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MMC Gəncə şəhəri, Ş.İ.Xətai pr, 147 nömrəli ünvanda yarımçıq qalmış binanın tikintisinin davam etdirilməyə, istismara təhvil verməyə, həmçinin mənzilin satılması barədə müqavilələr təqdim etməliydi. Lakin həmin sənədlər arasında hazırda mübahisələndirilən müqavilə olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi müqavilənin həqiqiliyini və pulun ödənilib-ödənilməməsini araşdırmamış, eləcə də 01 iyun 2019-cu il tarixli birgə fəaliyyət barədə müqaviləyə düzgün qiymət verməmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Rəhman Muradov (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Fikrət Mehtiyev) 24 yanvar 2022ci il tarixli, 2(104)-600/22 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansuiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qeyd olunduğu kimi Cavabdeh1 MMC iddiaçı arasında bağlanmış 30 noyabr 2006-cı il tarixli müqavilə üzrə sonuncu müəyyən ödənişlər etsə də, 2008-ci ildə tikinti işləri dayandırılmışdır. Cavabdeh1 MMC ilə Cavabdeh2 MTK arasında 01 iyun 2019cu il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlandıqdan sonra tikinti işləri davam etdirilmişdir. Lakin tikinti işləri davam etdirilsə də, cavabdehlə r müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməmiş və həmin müqavilədə nəzərdə tutulmuş mənzilə iddiaçıya təhvil verməmişdir.

15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 217.2, 372-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 MTK (vəkil Nümayəndə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-600/2022 saylı qətnaməsinin qismən Cavabdeh2 MTK-ya münasibətdə rədd edilməsi barədə qərar qəbul edəlməsini xahiş edir.

17. Kassasi ya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, məhkəmə sübutlara işin faktiki hallarına uyğun deyil, iddiaçının təqdim etdiyi mövqeyə uyğun qiymətləndirib, yəni cavabdehin həmin sübutlara münasibətini və dəlillərini araşdırmadan, cavabdehin təqdim etdiyi sübutlara münasibət bildirmədən yalnız iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərək qərar qəbul etmişdir. Həmçinin məhkəmə, iddiaçı tərəfindən Cavabdeh1MMC-yə edilmiş ödənişlərin həqiqiliyinə maliyyə arayışı ilə kifayətlənmişdir. Halbuki, məhkəmə həmin məbləğlərin ödənişini təsdiq edən mədaxil qəbzlərini tələb etməli vəCavabdeh1MMC-nin iştirakının təmin etməklə araşdırmalı idi. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

20. Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

22. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatm ış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

24. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat ol madıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

25. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.

26. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

27. Maddə 417.1. Kassasi ya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2022-ci il tarixli 2(104)-600/2022 saylı qətnaməsindən Cavabdeh2 MTK tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilsə də, sonradan müəyyən edilmişdir ki, şikayət MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.

29. Belə ki müəyyən edilmi şdir ki, apelyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2 MTK-nın nümayəndəsinin iştirakı ilə elan edilmiş, qətnamə hüquqi şəxsin qeydə alındığı və apellyasiya şikayətində yazışmaların aparılmasını istədiyi ünvana, yəni Gəncə prospekti, 147 ünvana göndərilmiş, lakin “belə ünvan yoxdur” qeydi ilə zərf məhkəməyə geri qaytarılmışdır.

30. İş materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1316/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün 06 may 2022-ci il tarixli məktubla Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra məmurunun xx.xx.2022-ci il tarixdə tərtib etdiyi və işin 173-cü vərəqində olan aktın surətindən görünür ki, icra məmuru və cavabdehlərin nümayəndələrinin (o cümlədən Cavabdeh2MTK-nın mühasibi X1) iştirakı ilə qətnamənin icrası ilə bağlı hərəkətlər həyata keçirilmişdir.

31. Cavabdeh2MTK-nın nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə qətnamənin surətini almaq üçün ərizə vermiş, apellyasiya instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla qətnaməni surətini ona göndərmiş və xx.xx.2023-cü il tarixdə qətnamədən kassasiya şikayəti verilmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi cavabdeh “Gəncə Park» MTK-nın apelyasiya şikayətində göstərdiyi ünvana göndərildiyindən və ünvanın dəyişdirilməsi ilə bağlı sonradan məhkəməyə hər hansı sənədlər təqdim edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinə əsasən həmin qətnamə cavabdehə çatdırılmış hesab edilir. Bundan başqa, cavabdeh nümayəndəsinin iştirakı ilə elan edilmiş və yenə nümayəndəsinin iştirakı ilə icra hərə kətləri aparılmış qətnamədən məlumatlı olmuş, lakin ondan vaxtında kassasiya şikayəti verilməsi üçün cəhdlər etməmiş, həmçinin kassasiya şikayəti verilməsi müddətinin bərpası haqda vəsatət verməmişdir.

33. Apellyasiya məhkəməsi isə qətnamənin qəbulundan 1 il 07 ay sonra verilmiş kassasiya şikayətinin vaxtında verilib-verilməməsini müzakirə etmədən, cavabdehin qətnamədən məlumatlı olması barədə yuxarıda qeyd edilən və işdə mövcud olan sübutlara müvafiq hüquqi qiymət vermədən, kassasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir.

34. Halbuki apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra kassasiya instansiyası məhkəməsinə göndərməli idi.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası he sab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılaraq kassasiya şikayətinin geri qaytarılması uçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 MTK-nın Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2022-ci il tarixli 2(104)-600/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytralılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar