Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-800/2019 01.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 01 fevral 2019-cu il İş № 2(102)-800/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, Şadiyev Ənvər Əhməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, Cavabdeh və onun vəkili Rəsulov Arif Əmrulla oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci i l tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehqarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(011)-6132/2018) iddianın təmin edilməsi, Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx xxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı Nurəddin qızının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikay əti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)11620/2018) İddiaçı Cavabdehqarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qərardadının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh və onun vəkili Rəsulov Arif Əmrulla oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qərardadının ləğv edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 06 yanvar 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin rüsum Bakı Apellyasiya Məhkəməsinə ödənilməmişdir. Belə ki, sənəddə rüsumun Bakı Apellyasiya Məhkəməsinə ödənildiyi barədə qeyd yoxdur. Bu səbəbdən apelyasiya şikayətinə əlavə edilmiş qəbz dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə müvafiq olaraq, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Mülki Prosessual Məcəllənin 363.2.-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbulolunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzər də tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “...Apellyasiya instansiyası məhkəməsində şikayətinə baxılması üçün kifayət, qədər əsaslar olmuşdur, "dövlət, rüsumun Bakı Apellyasiya Məhkəməsinə ödənilməmişdir’' və şikayətə əlavə olunmuş qəbz "dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz" kimi nəticəsi işin geri qaytarılmasına əsas ola bilməz.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə k i, Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh dövlət rüsumu ödəyərkən rüsumun apelyasiya şikayəti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin hesabına ödənilməsini təmin etməməsi onu qətnamədən apelyasiya şikayəti vermək hüququndan məhrum etməməlidir. Belə ki, Cavabdeh məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermiş, dövlət rüsumunu ödəmiş, sadəcə olaraq rüsumun hansı məhkəmənin hesabına köçürülməsi ilə bağlı səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instans iyası məhkəməsinin qərarını aldıqdan dərhal sonra (3 (üç) gün ərzində) Cavabdeh tərəfindən dövlət rüsumunu ödəməklə bağlı yanlışlıq aradan qaldırılmalı və onun apelyasiya şikayəti müddətin ötürülməsi nəzərə alınmadan icraata qəbul edilməlidir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-800/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-800/2019
01.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver