Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-800/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1178/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2021 -ci il tarixli, 1(076)-271/2021 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
2. İddiaçı onun tərəfindən tərtib olunmuş əlyazma qəbzdə qeyd etmişdir ki, Şəmkir rayonu Dəllər-Cırdaxan kənd sakini Cavabdeh ona olan borcundan 20 mart 2021-ci il tarixdə Cavabdeh atası Məhəmməd Cəfərov tərəfindən ona 1.000 manat ödənilmişdir.
3. İddiaçı 14 fevral 2021-ci il tarixdə onun tərəfindən tərtib olunmuş əlyazma qəbzdə qeyd etmişdir ki, Şəmkir rayonu Dəllər-Cırdaxan kənd sakini Cavabdeh ona olan borcundan 1.500 manat ödəmişdir;
4. İddiaçı 14 fevral 2021-ci il tarixdə onun tərəfindən tərtib olunmuş əlyazma qəbzdə qeyd etmiş dir ki, Cavabdeh ondan hissə-hissə aldığı 52700 manat borcdan 1300 manatı Cavabdeh atası Məhəmməd Cəfərov tərəfindən polis müstəntiqinin iştirakı ilə ona verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi kimi 46.800 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin sonlarında dayısı oğlu Elman ona Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində bir şəxs tanıdığını, həmin şəxsin çox adama iş düzəltdiyini və ona da kömək edə biləcəyini demiş və onu həmin şəxsin yanına aparmışdır. Beləliklə cavabdehlə tanış olmuşdur. Problemlər ini cavabdehə danışmış və sonuncu orada ona bir neçə şəxsiyyət vəsiqələri, təqaüd kartları və başqa sənədlər göstərərək ona demişdir ki, yüksək vəzifəli şəxsin yaxın qohumudur və göstərdiyi sənədlərin sahiblərinin işlərini həll etmişdir. Cavabdeh ona bildirmişdir ki, 4000 manat müqabilində tez bir zamanda ona avtomobil alıb verəcək. Bu barədə cavabdehlə razılaşıb ayrılmışlar. Bir neçə gün sonra zəngləşib Şəmkir şəhəri Peşə məktəbinin yanında cavabdehlə görüşmüşlər. Həmin vaxt dayısı oğlu Elmanın iştirakı ilə maşına görə avans kimi cavabdehə 1000 manat və torpaq sahəsinə aid sənədləri vermişdir. 2021-ci ilin mart ayında cavabdehə zəng edib ona bildirmişdir ki, ona ayrılan avtomobil gizli siyahıdadır və avtomobil tezliklə qapısına gələcək. Bir müddət sonra cavabdeh onun evinə gəlib arvadının yanında onlara göy möhürlü torpaq çıxarışı göstərərək bildirmişdir ki, “sizin torpağınız ipək yolunun kənarında olduğu üçün bahalı torpaq sayılır, ona yaxşı pul alacaqsınız” və çıxarışı götürüb getmişdir. Bunun səhəri günü cavabdeh ona zəng edib 50 manat pul götürüb onunla Gəncəyə getməsini bildirmişdir. Gəncə şəhərində yerləşən "xxxx" ASC-nin qarşısında ona çöldə gözləməsini deyib özü banka girmişdir. Bir müddət sonra cavabdeh bankdan çıxıb sevincək ona **********577423 nömrəli, VİSA Bank kartı vermiş və bildirmişdir ki, “Bu kartda 92.000 manat pul var, o pulun 50 faizi X13, 50 faizi isə sənindir, pandemiya ilə əlaqədar karantin olduğu üçün hələ o kartı bankomata salmaq olmaz, pullar yana bilər, yuxarıdan mənə zəng olanda sənə deyəcəm gedib pulları çıxardarsan”. Sonra isə cavabdeh işləri tezləşdirmək üçün ona adamlar tapmasını, onları işə düzəltməsini, hər birindən də 4000 (dörd min) manat alıb gətirməsini demişdir. O öz işinin xatirinə kənddən 12 nəfərdən hər birindən 4000 (dörd min) manat, həmyerlisi İlham Hüseynovun əvəzinə özündən 2000 (iki min) alıb vəsiqələri ilə birlikdə cavabdehə vermişdir. Bir müddət sonra cavabdeh yenə onların evinə gəlib həmin adamları işlə təmin edə bilmədiyini, ancaq hamısına təqaüd düzəltdiyini, hərəsinin 283 manat təqaüd alacağını demiş və ona "xxxx" ASC-nin möhürlü siyahısını göstərmişdir. Bir neçə gün keçdikdən sonra cavabdeh ona verdiyi telefon nömrəsinə zəng etmiş, lakin nömrəyə zəng çatmamışdır. Bir neçə dəfə belə olmuş və aldandığını hiss etməyə başlamışdır. Cavabdehin atası Məhəmməd Cəfərovun iş yerinə getmiş və hər şeyi ona danışm ışdır. Sonuncu ona bildirmişdir ki, polisə müraciət etməsin, 40-45 gün ərzində onun 50.700 manat pulunu qaytaracaq. Cavabdehin atası ona 1000 və 1300 manat olmaqla, cəmi 2300 manat vermişdir. O, həmkəndlilərinin yanında biabır olmamaq üçün bütün imkanlarını toplayaraq, kredit götürərək həmkəndlilərindən alıb cavabdehə verdiyi pullarını qaytarmış və beləliklə özü ağır maddi vəziyyətə düşmüşdür. Rəsmi ərizələrlə bir çox dövlət orqanlarına müraciət etmiş və Şəmkir rayon Polis Şöbəsində aparılan istintaq nəticəsində cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (dələduzluq) maddələri ilə cinayət işi başlanmışdır. Aparılan araşdırmaların nəticəsində cavabdeh qeyd olunan maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Bundan əl avə, cavabdeh istintaq zamanı əməllərini etiraf etmişdir. Toplanmış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 15 dekabr 2021-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, cavabdeh ona vurduğu zərər 1.000 manat avtomobilin alınmasına verdiyi avans, 1.700 manat torpaq çıxarışına görə verdiyi, 48.000 manat 12 nəfər həmkəndlilərindən alıb verdiyi pul, cəmi məbləği 50.700 manat olmuşdur. O, pulun 2.300 manatını cavabdehin atası tərəfindən, 1.300 manatı isə istintaq zamanı müstəntiq tərəfindən, cəmi 3.900 manat ona qaytarılmışdır. Qalıq zərər 46800 manat təşkil edir və onun bu pu lları cavabdehdən tələb etmək hüququ vardır.
7. İddiaçı məhkəməyə ərizə verərək qeyd etmişdir ki, cavabdeh ona olan borcundan 5200 manat ödəmiş, lakin 47500 manat borcu qaytarmamışdır.
8. Şəmkir Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(076)-130/2023 nömrəli (hakim Ş.Məmmədova) qətnaməsi ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əksinə, cavabdeh barəsində başlanmış cinayət işinin icraatı zamanı iddiaçı ona vurulmuş 5.200 manat ziyanın cavabdeh tərəfindən ona tam şəkildə ödənildiyi üçün sonuncuya qarşı hər hansı şikayət tələbinin olmadığını göstərmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətna məsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehə inanaraq öz işinin düzəlməsi xatirinə ondan bacısı Kəmalə Fətəliyevanın əvəzinə 3000 manat; X6 4000 manat, X15 4000 manat, X2 4000 manat, X3 4000 manat, X1 4000 manat, X19 4000 manat, X16 4000 manat, X9 4000 manat, gəlini X10 əvəzinə özü 4000 manat, X27 4000 manat, Ramin Qasımovdan 4000 manat və X20 əvəzinə özü 2000 manat, ümumilikdə isə avtomobilə və torpaq sahəsinə görə verdikləri pullarla birlikdə cavabdehə 51.200 manat vermişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə vəsatət verərək pulunu aldığı şəxslərin şahid qismində dindirilməsini xahiş etmiş, lakin vəsatəti təmin olunmamışdır.
12. Apellyasiya instansiyasında icraat zamanı tələb edilib öyrənilmiş ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, həmin cinayət işi üzrə cavabdeh izahatında göstərmişdir ki, iddiaçı bir neçə ildir avtomobil növbəsinə durduğunu, lakin əlillər üçün nəzərdə tutulan “Xəzər” markalı avtomobilin dövlət tərəfındən ona verilmədiyini bildirmiş, o da Mahiri inandırmaq məqsədilə yalandan söz vermişdir ki, "guya yüksək vəzifədə işləyən qohumları var, onların vasitəsilə ona təqaüd düzəldə b ilər". Həmçinin iddiaçıya gələcəkdə hər hansı şəxsə təqaüd düzəltdirmək istəsə, ona da köməklik edə biləcəyini demişdir. İddiaçı da demişdir ki, Əliyaqublu kəndinin ərazisində yerləşən və çəkilməkdə olan Bakı-Qazax magistral yolunun kənarında pay torpağına çıxarış düzəltdirmək istəyir. O da iddiaçıya yalandan söz vermişdir ki, həmin torpaq sahəsinə də çıxarış düzəldə bilər. İddiaçı onun yanına gəlmiş və ona demişdir ki, 4000 manata ona "Xəzər" markalı avtomobili almaqda köməklik edə bilər. İddiaçı da demişdir ki, 1000 manatı qabaqcadan, qalan hissəsini isə maşını aldıqdan sonra ödəyəcəkdir. O da iddiaçı ilə razılaşmış və 2019-cu ilin dekabr ayının ikinci on günlüyündə iddiaçı həmin zaman işlədiyi X43 məktəbinin inzibati binasının qarşısında ona 1000 manat pul, xəstəlik sənədlərinin epikriz ini və digər sənədləri verib getmişdir. Bundan sonra isə, yəni 2020-ci ilin yanvar ayının ilk həftəsində iddiaçı yaşadığı evdə olan zaman ona Bakı-Qazax-Gürcüstan yolunun kənarında yerləşən 12 sot pay torpaq sahəsinə "çıxarış" sənədi düzəldəcəyini və bunun üçün 2000 manat pul lazım olduğunu demiş, iddiaçı isə 1200 manat pul verə biləcəyini demişdir. Həmin günü iddiaçı ona 500 manat pul vermişdir. Evə gəldikdən sonra iddiaçı pulun qalan hissəsini almaq üçün kompyuter vasitəsilə ağ-qara rəngdə yalandan iddiaçının adına "çıxarış" sənədini düzəltmiş, 2020-ciilin yanvar ayının ilk on günlüyündə iddiaçı yaşadığı evə gedərək düzəltdiyi "çıxarış" sənədini ona göstərib demişdir ki, onun torpaq sahəsinin çıxarış sənədini düzəltmişdir. Bundan sonra iddiaçı ona inanmış və əlavə olaraq 700 manat da pul vermişdir. Bundan başqa, iddiaçıdan xahiş etmişdir ki, gəlini X11 xəstəliyə görə təqaüd düzəltməkdə köməklik etsin. O da 4000 manat müqabilində bunu edə biləcəyini demiş, 20 yanvar 2020-ci il tarixdə iddiaçı yaşadığı evdə 3000 manat pul və Baharın şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmiş, o da söz vermişdir ki, mart ayının sonlarınadək onun sənədlərini düzəldəcək. Lakin ondan aldığı pulları da öz borclarına qaytarmışdır. İddiaçı tanışları X7 2020-ci ilin mart ayının əvvəllərində, X3 22 fevral 2020-ci il tarixdə, X2 10 aprel 2020-ci il tarixdə, X1 13 aprel 2020-ci il tarixdə, X19 09 aprel 2020-ci il tarixdə, X27 25 mart 2020-ci il tarixdə, X15 2020-ci ilin mart ayının əvvəllərində, X6 18 fevral 2020-ci il tarixdə təqaüd düzəltməyə köməklik etmək məqsədi ilə onların hər birindən 3500 manat, eləcə də həmin şəxslərin şəxsiyyət vəsiqələrinin və tibbi sənədlərinin surətlərini, həmçinin X17 30 mart 2020-ci il tarixdə 2000 manat, X8 2020-ci ilin yanvar ayında 3000 manat pulları, şəxsiyyət vəsiqələrini alaraq ona vermişdir. O da aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1178/2023 nömrəli iş üzrə 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər-İ.T.Həsənov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və L.S.Süleymanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehdən 29.500 manat pulun tutulub iddiaçıya ödənilməsi və qa lan hissədə iddianın rədd olunması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Lakin, cavabdeh bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və X28, X24, X12, X4, X31, X25 və X21 iddiaçı tərəfindən qaytarılmış 29.500 manat vəsaitin məhz onun hesabına qaytarılmış olduğunu sübuta yetirə bilməmişdir.
15. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Şəmkir Rayon Polis Şöbəsinin icraatın da olmuş ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla müəyyən edilmişdir ki, cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda iddiaçı yuxarıda adı qeyd olunan şəxslərə qaytardığı pulların cavabdehdən mülki qaydada tələb etmək hüququ izah edilmişdir. Cavabdehin təqsirli və qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəymiş və bununla bağlı onların arasında hazırkı mübahisə yaranmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının tələbi 29.500 manatın cavabdehdən alınaraq ona verilməsi hissədə qanuni və əsaslıdır. İşin qanuni qüvvədə olan hökmlə müəyyən olunmuş halları mülki iş materialları ilə müqayisəli şəkildə təhlil olunduqda aydın olmuşdur ki, cavabdeh barəsində başlanmış cinayət işinin icraatı zamanı iddiaçı ona vurulmuş 5.200 manat ziyanın cavabdeh tərəfindən ona tam şəkildə ödənildiyi üçün sonuncuya qarşı hər hansı şikayətinin olmadığını göstərmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbi ona avtomobil ayrılmasına köməkliyə görə verilmiş 1000 manat, ona məxsus torpaq sahəsinin sənədlərinin düzəldilməsinə köməkliyə görə verilmiş 1700 manat və gəlini X10 işə düzəldilməsinə görə verilmiş 4000 manatın əvəzinin cavabdehdən tutulması hissəsində əsassızdır.
18. Məhkəmə kollegiyası mühüm əhəmiyyət kəsb edən bir xüsusatı da qeyd etmişdir ki, iddiaçı iddia tələbində X22 işinin düzəldilməsinə görə cavabdehə 4000 manat verdiyini və iş alınmadığından həmin vəsa iti öz hesabına Xədicə Cəfərovaya qaytardığını, beləliklə də 4000 manatın əvəzinin cavabdehdən alınaraq ona verilməli olduğunu qeyd etmiş, lakin bunları təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh barəsində olan cinayət işi üzrə istintaq araşdırması zamanı şahid qismində dindirilmiş X22 ifadəsindən görünür ki, o iddiaçıya pul verməmiş və onunla təqaüd danışmaq barədə söhbətləri olmamışdır. Buna görə də onun heç kimə qarşı şikayət və tələbi yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbi göstərilən hissədə əsassızdır.
19. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı iddia tələbində X18 işinin düzəldilməsinə görə cavabdehə 4000 manat verdiyini və iş alınmadığından həmin vəsaiti öz hesabına Elşən Cəfərova qaytardığını, be ləliklə də 4000 manatın əvəzinin cavabdehdən alınaraq ona verilməli olduğunu qeyd etmiş, lakin bunları təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh barəsində olan cinayət işi üzrə istintaq araşdırması zamanı şahid qismində dindirilən X5 verdiyi ifadədən görünür ki, o təqaüd düzəltmək üçün iddiaçıya və ya başqa şəxsə pul verməmişdir. Ona görə də məhkəmə kollegiyası tərəfindən iddiaçının həmin hissədə də tələbi əsasız hesab edilmişdir.
20. İddiaçı iddia tələbində X20 işinin düzəldilməsinə görə cavabdehə 2000 manat verdiyini və həmin məbləğin əvəzinin cavabdehdən alınaraq ona verilməli olduğunu qeyd etmiş, lakin bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh barəsində olan cinayət işi üzrə istintaq araşdırması zamanı şahid qismində dindirilən X20 v erdiyi ifadədən görünür ki, Çernobıl əlilləri üçün nəzərdə tutulmuş təqaüd alması üçün iddiaçıya müraciət etmiş və sonuncu da ona bildirmişdir ki, cavabdeh bu işləri bacarır. 30 mart 2020-ci il tarixdə iddiaçıya 2000 manat, eləcə də şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərinin surətini vermişdir ki, onları cavabdehə təqdim etsin. Bir müddət gözlədikdən sonra cavabdeh onlara verdiyi vədə əməl etmədiyini görüb pulunu tələb etmişdir. Cavabdeh də 2000 manat pulunu ona qaytarmışdır.
21. İş düzəldilməsi məqsədilə X29 tərəfindən iddiaçı vasitəsilə verilmiş 2000 manat pul vəsaiti cavabdehin özü tərəfindən İlham Hüseynova qaytarılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, X20 işinin düzəldilməsinə görə verilmiş 2000 manat pulun əvəzinin cavabdehdən tutulması tələbi də əsassızdır.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1115-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil ) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələbindən kənara çıxaraq Şəmkir Rayon Polis Şöbəsinə sorğu verərək əlavə materiallar, yəni ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 14 sentyabr 2021-ci il tari xli sübutların qiymətləndirilməsi haqqında qərarı əldə edərək tədqiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvədə olan hökmü deyil, həmin hökmün qəbul edildiyi cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarı daha üstün hüquqi qüvvəyə malik bir sübut kimi qəbul etmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələblərini birbaşa pozmuşdur. Apellyasiya instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-in 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hər tərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, iddiaçının xeyrinə apellyasiya instansiyası məhkəməsində sonradan məhkəmə tərəfindən əldə edilərək tədqiq edilmiş sübutların qiymətləndirilməsi barədə qərara istinad olunmuşdursa, cavabdehin də hazırda təqdim etdiyi qəbzə hüquqi qiymət verilməlidir. Çünki həmin qəbzlər cavabdehin ödədiyi pul vəsaitlərinin məbləğlərini özündə əks etdirir. İddiaçıya bir ziyan dəyməmiş, həmin ziyan ona tam şəkildə ödənilmişdir. Ona görə də iddia tamamilə əsassızdır və rədd olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur və etirazda kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zama nı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddı 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayəti ndə qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Lakin, cavabdeh bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və X28, X24, X12, X4, X31, X25 və X21 iddiaçı tərəfindən qaytarılmış 29.500 manat vəsaitin məhz onun hesabına qaytarılmış olduğunu sübuta yetirə bilməmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, Şəmkir Rayon Polis Şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla müəyyən edilmişdir ki, cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda iddiaçı yuxarıda adı qeyd olunan şəxslərə qaytardığı pulların cavabdehdən mülki qaydada tələb etmək hüququ izah edilmişdir. Cavabdehin təqsirli və qanunsuz hərəkəti nəticə sində iddiaçıya zərər dəymiş və bununla bağlı onların arasında hazırkı mübahisə yaranmışdır.
47. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının tələbi 29.500 manatın cavabdehdən alınaraq ona verilməsi hissədə qanuni və əsaslıdır.
48. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etiraz ərizəsinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 avqust 2023-cü il tarixli, 2(104)-1178/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.