Məhkəmə qərarları › İş №2(102)-8010/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8010/2019

25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8010/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(107)2402/2019 nömrəli qətnaməsindən Cavabdeh Zamanxan oğlunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı“pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 18000 manat pulun və 30 manat dövlət rü sumunun alınıb ona verilməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə yaxın dost münasibətlərində olmuşlar. Cavabdeh onunla razılaşmışdır ki, onun mülkiyyətində olan Yevlax şəhərində yerləşən fərdi yaşayış evini ona satsın. Onlar evin qiymətini 35000 manata razılaşmışlar və həmin məbləği cavabdehə hissə-hissə 15 dekabr 2015-ci ildən başlayaraq əvvəl 20 min manat, sonra isə 2016-ci ildən etibarən hər ay 500 manat ödəməklə 2016-ci ilin sonuna qədər əlavə 6000 manat ona ödəmişdir. Ümumlikdə 26000 məblğində pul ödəmişdir. Bütün bunlari cavabdeh özü də etiraf edəbilər. Onun ailə münasibətlərində ciddi problemləri olduğundan, bundan sonra yerdə qalan 9000 manatıödəməyi imkanı olmadığından, o, cavabdehə onun evini almaq istəmədiyini vəödədiyi pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh onunla razılaşmamışdır. Cavabdeh sonradan 26000 pulu hissə-hissəödəyəcəyini bildirərək 2018-ci ilin iyul ayında 5000 manat, sentyabr ayında isə 3000 manat ödəniş etdi. O hazırda cavabdehdən 18000 manat pulu tələb edir. Yevlax Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(039)-1137/2019 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia təmin olunmuş, Cavabdeh 18000 (on səkkiz min səkkiz yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(107)2402/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(039)-1137/2019 nömrəli qətnaməsi dəyişdirilmə dən sаxlаnılmış, Cavabdeh Zamanxan oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(107)2402/2019 nömrəli qətnaməsindən Cavabdeh Zamanxan oğlu kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Zamanxan oğlu və vəkili Bayramov Mahir Qədim oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(107)-2402/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının pul tələbi əsassızdır. Tələbin əsası kimi heç bir yazılı maddi sübut təqdim edilməmiş və şahid ifadələrinə əsaslanmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və Cavabdeh Zamanxan oğlu işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin etməyib, iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 aprel 2019cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,tərəflər arasında yaşayış evinin alqı-satqısı barədə şifahi razılıq olmuşdur. İddiaçı cavabdehə məxsus yaşayış evini almaq məqsədilə ona pul ödəmişdir. Tərəflər arasındakı razılaşma pozulduğundan iddiaçı cavabdehə ödədiyi 18000 manatı tələb edir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1092.1-ci maddəsinin tələblərinə görə v arlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmışəsasa söykənir. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən ödədiyi pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, hazırkı işdə Mülki Məcəllənin 1092.1-ci maddəsinin dispozitiv şə rtləri mövcuddur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlil ləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, işdə olan cavabdeh tərəfin birinci instansiya məhkəməsinə ünvanlanmış etiraf ərizəsindən görünür ki, cavabdeh iddiacıya 18.000 manat məbləğində borcunun olmasını qəbul etmişdir. Belə olduğu halda, iddiaçı bu halı sübut etməkdən azaddır. Belə ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respubl ikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Zamanxan oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(107)2402/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar