Məhkəmə qərarları › İş №2(102)-802/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-802/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-802/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2230/2021 nömrəli iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən e tdi: İşin halları 06.08.2018-ci il tarixli 331-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmişdir. 28.06.2019-cu il tarixli 269-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 14.03.2019-cu il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, inventarizasiya nəticəsində 6138,72 manat əskiklik aşkar olunmuşdur. İmtina aktından görünür ki, 14.03.2019-cu il tarixi inventarizasiya aktını cavabdeh imza etməkdən imtina etmişdir. 01.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 14.03.2019-cu il tarixdən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 5286 manat çatışmazlı q müəyyən edilsə də, 215 manat ona Cəmiyyət tərəfində güzəşt olunaraq, cəmi 5071 manat borcu qalmışdır. 31.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat "xxxx" MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 22.06.2018-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətli əmək müqaviləsi ilə sonuncu satıcı kassir vəzivəsinə işə qəbul olunmuşdur. 06.08.2018-ci il tarixli, 331-K saylı əmrlə cavabdeh administrator vəzifəsinə keçirilmişdir. 28.06.2019-cu il tari xdə öz ərizəsi əsasında 269-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 14.03.2019-cu il tarixdə OBAKUBİNKA mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 14.03.2019-cu il tarixli “İnventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 5286 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borc 5286 manat borcdan 215 manat Cəmiyyət tərəfindən güzəşt edilmiş, qalıq borc 5071 manat təşkil etmişdir. Qalıq borcun ödənilməsi cavabdehdən dəfələrlə tələb olunmasına baxmayaraq, heç bir ödəniş etməmişdir və nəticədə məhkəməyə iddia ərizəsi ilə müraciət edib, iddia qaldırmaq qərarına gəlmişlər. G östərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5071 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Səmədov, iş № 2(057)-332/2021) "xxxx" MMC-nin əmlakına (maddi qiymətlərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5071 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh istər satıcı və istərsə də administrator vəzifələrinə işə qəbul olunarkən ona mal-mater iallar rəsmi qaydada təhvil verilməmişdir. İş materialına əlavə edilmiş 14.03.2019-cu il tarixli Oba-Kubinka filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktından görünür ki, Cavabdeh həmin aktda imzası yoxdur. Sənədlərdən aydın olur ki, iddiaçı tərəf 14.03.2019-cu il tarixli inventarizasiyanın aparılmasında cavabdehin iştirakını təmin etməmiş, tərtib olunmuş imtina aktı invertarizasiya aktını imza edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə həmin aktın həqiqiliyini şübhə altına alır və aktın cavabdehin iştirakı olmadan tərtib olunduğu qənaətinə gəlir. Bundan başqa cavabdeh işdən çıxarkən onun hesabında çatışmamazlıq olmuş olsaydı, sonuncunun əmək haqqısından və ya son haqq-hesabdan tutulmalar olmalı və əmək müqaviləsinə xitam başqa əsasla verilməli idi. Həmçinin inventari zasiya 14.03.2019cu ildə aparılmış, cavabdeh isə işdən 28.06.2019-cu ildə azad edilmiş və hətta ona istifadə olunmamış 21,64 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. Cavabdehin borcu olmuş olsaydı, ondan həmin borca görə tutulma olmalı idi. İnventarizasiya 14.03.2019-cu ildə aparılmış, cavabdeh işdən 28.06.2019-cu ildə azad olunduğu halda onun iddiaçıya borcu olması barədə xəbərdarlıq bir ildən artıq müddət keçdikdən sonra, yəni 31.08.2020-ci ildə xəbərdarlıq məktubu ünvanlanmışdır. Göründüyü kimi iddiaçının təqdim etdiyi sübutlar ziddiyyətli olmaqla iddianın təmin olunması üçün kifayət etmir. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və mə ruzəçi), S.Mayılov və İ.Əsədov, iş № 2(106)-2230/2021) iddiaçı "xxxx" MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(057)-332/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Cavabdeh 5071 manat pul tələbini əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş 14.03.2019-cu il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktı isə Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı inventarizasiya aktında olan və çatışmayan maddi dəyərə malik əmlakın cavabdehə hansı sənəd əsasında təhvil verilməsi, habelə hesablamanın hansı üzləşdirmə sənədləri əsasında aparılması nə iş materiallarında olan 14.03.2019-cu il tarixli aktivlər ü zrə inventarizasiya nəticələrinə dair yekun aktı ilə müəyyən olunur, nə də iş materiallarına belə bir sənəd əlavə edilməmişdir. İddiaçı cavabdehlə nə əmək müqaviləsi bağlanan zaman və ya ondan sonra tam maddi məsuliyyət barədə müqavilə bağlamamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" MMC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 2230/2021 nömrəli iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, iddia tələbinin tam təmin edilməsi, Cavabdeh tərəfindən ödənilməmiş 5071 manatın, birinci instansiyada dövlət rüsumu kimi ödənilmiş 30 manatın, apellyasiya məhkəməsi üçün ödənilmiş 15 manatın və kassasiya şikayəti verilməsi üçün ödənilmiş 36 manatın cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. 44-cü maddəsinin əsasən əmək müqaviləsi yazılı formada bağlanır, iki nüsxədən az olmay araq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 70-ci maddəsinin ç bəndi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edlilməsi əsaslarından biri kimi müəyyən etmişdir. 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 199-cu maddəsinin 1-ci hissəsin a və ç bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin e tməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda, işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 2**-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına ça tmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 2**-cü maddəsinin 5-ci hissəsinə əsasən tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə e tdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iş tirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olm aqla apellyasiya məhkəməsi tərəfindən tam olaraq qiymətləndirilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçı qarşısından icra edilməli olan öhdəliyi mövcud deyildir. Bununla yanaşı tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmadığından iddiaçının cavabdehdən tələb hüququ yaranmamışdır. Bu baxımdan eyni məzmunlu dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2230/2021 nömrəli iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar