Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8029/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(103)-9550/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Nümayəndə2, iş № 2(007)-1257/2019) İddiaçı Cavabdeh MTK-ya qarşı əsas borca görə 1.100.000 ABŞ dollarının, əmtəələrin alıcıl ıq qabiliyyətinin yüz faiz yüksəlməsi nəticəsində inflyasiya dəyərinə görə 1.100.000 ABŞ dollarının, cəmi 2.200.000 ABŞ dolları və ya onun ekvivalenti olaraq 3.740.000 manatın MTK-dan alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 31 mart 2011-ci il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmış və həmin müqavilədə MTK-nın N-ci məhəllədə inşa ediləcək yaşayış binasının ümumi sahəsi 220 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı 1 pay kimi vermək barəd ə üzərinə öhdəlik götürməsini nəzərdə tutulmuşdur. İddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi rədd edilmişdir.İş üzrə 3-cü şəxs X2 iddiası isə təmin edilərək iş üzrə tərəflər arasında bağlanmış 31 mart 2011-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. 2019-cu ilin fevral ayında İddiaçı MTK-ya qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MTK-ya ödədiyi 1.100.000 ABŞ dollarının, inflyasiyaya görə əlavə olaraq 1.100.000 ABŞ dollarının, cəmi olaraq 2.200.000 ABŞ dollarının və ya onun ekvivalenti olaraq 3.740.000 manatın MTK-dan onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli qeyri-yaşayış sahəsinə görə MTK-ya 1.100.000 ABŞ dolları ödəməsinə, həmin müqavilənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız sayılmasına baxmayaraq ödədiyi pul məbləğinin ona qaytarılmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməs ini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçıdan əvvəl başqası ilə müqavilə bağlanmış və onun tərəfindən qeyri-yaşayış sahəsi dəyəri ödənilməklə MTK-dan alınmışdır. Lakin buna baxmayaraq iddiaçı başqa işdə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, həmin əmlak üzərində sahiblik və istifadə hüququnun t anınmasını tələb etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun iddiası rədd edilmiş, üçüncü şəxs X2 qarşılıqlı iddiası isə təmin edilərək iddiaçı ilə MTK arasında bağlanmış müqavilə etibarsız sayılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsini əsaslı sayarkən iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin MTK-ya ödənilməməsinin qanuni qüvvəyə minmiş başqa məhkəmə qətnaməsi ilə müəyyən olunmasını əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İstər həmin iş üzrə və istərsə də hazırkı iş üzrə verdiyi izahatlarında MTK-nın direktoru iddiaçı ilə bağlanmış müqavilənin real olmamaqla həmin dövrdə “xxxx” ASC-nin müdir müavini işləmiş iddiaçıdan götürdükləri kreditin təminatı kimi bağlanmasını, MTK-ya təminat vasitəsi olmadan kredit verildiyi üçün həmin müqavilənin formal olaraq bağlanmasını, əslində isə qeyri-yaşayış sahəsinə görə iddiaçının MTK-ya heç bir ödəniş etməməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. A pellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qeyri-yaşayış sahəsinə görə MTK-ya pul ödəməsi müəyyən olunmadığından Mülki Məcəllənin 337.5-ci maddəsinin qüvvəsinin tətbiqi üçün əsaslar olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8029/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8029/2019
18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver