Məhkəmə qərarları › İş №2(102)-803/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-803/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-803/2023 13.01.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə cavabdeh X1 5883,85 manat əsas borc, 255,95 manat faiz borcu, 991.88 manat cərimə, 902.00 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.20 14-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-35/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbinin qismən təmin olunması, cavabdeh X1 5883,85 (beş min səkkiz yüz səksən üç manat səksən beş qəpik) manat əsas borc, 255,95 (iki yüz əlli beş manat doxsan beş qəpik) manat faiz borcu, 10,00 (on) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun tutulub iddiaçı LPO İddiaçı ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(106)-1613/2022 saylı, 9 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi) X5 və X2) cavabdeh əhədov Rsulan Əsəd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 2(036)-35/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin cavabdeh X1 255.95 (iki yüz əlli beş manat doxsan beş qəpik) manat faiz borcu və 10,00 (on) manat cərimə borcunun tutulub iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X1 255,95 manat faiz borcu, 991,88 manat cərimə, 902,00 manatkredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcun ödəni lməsi barədə iddiasının təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi əlavə olunur. İş materiallarından görünür ki, kass asiya şikayəti Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış, lakin şikayətdə vəkil haqqında məlumatlar öz əksini tapmamaqla vəkilin orderi əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1613/2022 saylı, 9 avqust 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar