Məhkəmə qərarları › İş №2(102)-8037/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8037/2019

24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8037/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1, vəkili X1 oğlunun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-1394/2018, hakim G.A.Əsədova) İddiaçı- nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə 01 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə 27.669 ABŞ dolları əsas, 5.694 ABŞ dolları faiz, 6.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 39.364 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnəsi ilə tutulması, tutmanın Cavabdeh1 məxsus mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan realizə edilməsi, mənzilin satışından əldə edilmış vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 m art 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1658/2019, hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan faiz məbləğinin 1.266 ABŞ dolları məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, işin yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh1 arasında 01 fevral 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi əsasında sonuncuya bank tərəfindən 72 ay müddətinə, illik 18% olmaqla 28.180 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borclunun öhdəl iklərinin təminatı kimi borcluya məxsus Bakı şəhəri, Suraxanı rayonu, "Q" yaşayış sahəsində istifadədə olan 0,36 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada 5 otaqlı, 13 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş və İddiaçı ilə Cavabdeh2 oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. 10 aprel 2017-ci il tarixdə İddiaçı kredit müqavləsi üzrə borcun borcludan tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış kredit müq aviləsini müddəti 02 fevral 2022-ci ildə başa çatmasına baxmayaraq iddiaçı müqavilənin ləğvini tələb etmədən müqavilənin son tarixinədək ödənilməli olan əsas borc və ona hesablanmış faiz və dəbbə pulunu tələb etmişdir. Eyni zamanda iddiaçı tərəfindən sözügedən kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı ona hər hansı bildiriş və ya xəbərdarlıq göndəriilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbininəsasını kredit müqaviləsi üzrə borcun borcludan tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda ol an eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı borcluya ödəniş cədvəlində göstərilən müddətdə ödəniş edilmədi yinə, xəbərdarlıq edilməsinə baxmayaraq ödənişdən boyun qaçırdığına istinad edərək müqavilə şərtlərinə uyğun olaraq borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. İddiaçı bank cavabdehdən 01 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə 27.669 ABŞ dolları əsas, 5.694 ABŞ dolları faiz, 12.216 ABŞ dolları cərimə tutulmasını tələb etmişdir. Apellyasiya məhkəməsi tərəfindən alınmış 06 fevral 2019-cui il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 10 mart 2017-ci il tarixə banka 28.026 ABŞ dolları əsas, 1.266 ABŞ dolları faiz borcu müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilən 5694 ABŞ dolları faiz borcunu 1266 ABŞ dolları müəyyən etmişdir. İddiaçı əsas və faiz borcu ilə bərabər, 12.216 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasını da tələb etmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından həmin məbləğin tənasübsüz yüksək hesab edilərək birinci instansiya məhkəməsi tərəfindən ödənilməsi qət edilən 6.094 ABŞ dolları məbləğində cərimənin tutulması barədə gəlinən nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikasının Müki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təd qiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar