Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-804/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, tərcüməçi X6, iddiaçı X1, onun vəkili Nümayəndə, cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9085/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı X3 və cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiy a şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova, iş № 2(009)-653/2018) iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativindən dəymiş maddi ziyana görə 146.000 manat, 2016-cı ilin avqust ayından 2018-ci ilin may ayına qədər aylıq icarə haqqı 400 manat olmaqla cəmi 8.400 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat, ümumilikdə 155400 (bir yüz əlli beş min dörd yüz) manatın iddiaçı X1 xeyrinə tutulması, iddiaçı X2 2018-ci ilin may ayından hazırki qətnamə icra olunanadək aylıq 400 (dörd yüz) manat məbləğində icarə haqqı ödənilməsi öhdəliyinin cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, ekspertiza tədqiqatlarının dəyəri olan 364 (üç yüz altmış dörd) manat mə bləğində pulun cavabdeh “xxxx” MTK-dan tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim A.N.İmanov, hakimlər E.Q.Nəbiyev və R.Ə.Qurbanov, iş № 2(103)-9085/2018) iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-653/2018 saylı 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək X1 iddia tələbi qismən təmin edilərək ünvan 1 ünvanda yerləşən mənzilin sökülməsi müqabilində “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən X2 2016-cı ilin avqust ayından sökülmüş tikililərin y erində “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən yeni tikiləcək yaşayış binasında ona yeni mənzil təhvil verilənədək 300 manat məbləğində mənzil kirayəsinin ödənilməsi, ünvan 1 ünvanda yerləşən mənzilin sökülməsi müqabilində “xxxx” Mənzil-Tikinti Kooperativinin üzərinə yeni tikiləcək yaşayış binasında müvafiq qaydada idiaçının mülkiyyətində olmuş mənzilin ümumi sahəsindən 20 faiz artıq olmaqla yeni mənzil verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 364 (üç yüz altmış dörd) manat məbləğində pulun “xxxx” MTK-dan tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Göstərilən qətnamədən iddiaçı X3 və cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativi ayrıayrılıqda kassasiya şikayətləri ver mişlər. İşin halları: İddiaçı X3 cavabdehlər “xxxx” Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2nə və Cavabdeh3nə qarşı hüquq pozuntularının tanınması, dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 27 nömrəli ikimərtəbəli binanın ikinci mərtəbəsində 25 nömrəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18.06.2016-cı il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarış ilə təsdiq edilir. Mənzil 1995-ci ildə onun mərhum həyat yoldaşı tərəfindən alınıb, 21 sentyabr 1995-ci il tarixində mülkyyət hüququ əl də edibdir. O, həmin vaxtdan göstərilən mənzildə daimi qeydiyyatdadır. 2006-cı ildə isə mənzil mərhum həyat yoldaşı tərəfindən ona bağışlanmışdır. Cavabdeh2 Başçısının 42 saylı 28 mart 2016-cı il tarixli Sərəncamına istinadən cavabdeh “xxxx” MTK onun mənzili də daxil olmaqla yuxarıda adıçəkilən ikimərtəbəli yaşayış binasının söküntüsünü həyata keçirmişdir. Ona məlum olmuşdur ki, həmin sərəncam əsasında Cavabdeh2 ilə “xxxx” MTK arasında hətta 28.03.2016-cıil tarixli müqavilə bağlanılmış, həmin müqaviləyə görə cavabdeh “xxxx” MTK-ya iddiaçı və onun mənzili olan binanın yerləşdiyi torpaq sahəsində, yəni iddiaçı və digər mənzil mülkiyyətçilərinin qanuni istifadəsində olan torpaq sahəsində söküntü və tikinti işləri aparılması tapşırılmışdır. Cavabdehlər “xxxx” MTK-nın və Cavabdeh2 onlara aidiyy əti olmayan torpaqla bağlı belə əqdi əhəmiyyətsizdir. Cavabdehlər Bakı şəhərində dəfələrlə sınaqdan keçirilmiş “metoddan” istifadə etmiş, müxtəlif üsullarla köçürməyə nail olduqları sakinlərin mənzillərinə daxil olaraq, onları sökmüş, bu zaman qonşu mənzillərin divarlarını, damını, hətta yükdaşıyan divar və konstruksiyaları zədələyərək, elektrik enerjisi, qaz və su təchizatını pozaraq iddiaçı və başqalarının mənzillərində yaşayışı dözülməz səviyyəyə çatdırmışlar. İddiaçının qonşusunun mənzili dağıdılan zaman dam iddiaçının mənzili olan hissədə də zədələnmiş və yağıntılar zamanı mənzilini su basmışdır. Qonşunun mənzilinin sökülməsi nəticəsində iddiaçının mənzilini küçədən ayıran daş və kərpiç divar da qalmamışdır. Beləliklə, iddiaçının mənzili cavabdehlərin qanunsuz əməllərinin nəticəsi ola raq süni şəkildə qəza vəziyyətinə salınmışdır. Cavabdehlər Cavabdeh2 və Səbail Polis İdarəsinin dəstəyi ilə cavabdeh “xxxx” MTK iddiaçı və binanın digər mülkiyyətçi və sakinlərinə müxtəlif cür təzyiqlər göstərmiş, onları əlverişsiz şərtlərlə müqavilələr bağlamağa vadar etmişlər ki, həmin müqavilələrə əsasən iddiaçı və digər mənzil mülkiyyətçiləri öz daşınmaz əmlakından imtina etməli, sonra isə hər ay cavabdeh “xxxx” MTK-nın hər ay ödəməli olacağı son dərəcə aşağı kirayə haqqı məbləğləri ilə kifayətlənməli idilər. Bu zaman nəzərə alınmamışdır ki, 1) binanın sökülməsi üçün heç bir dövlət ehtiyacı mövcud olmamış və bu hərəkətlər aşkar qanunsuz olmuşlar; 2) əmlakından məhrum edilən mənzil mülkiyyətçiləri üçün heç bir seçim yeri qoyulmamış - onlara mənzillərin dəyərinə görə ödəniş təklif olunma mış, alternativsiz olaraq yalnız və yalnız gələcəkdə onların binasının yerində tikiləcək yeni binada uyğun sahəli mənzillər, yeni bina inşa ediləcəyi müddətdə isə cüzi kirayə haqqı təklif edilmişdir. Bir məsələ də xüsusi əhəmiyyət kəsb edir- mənzil mülkiyyətçilərinə təklif olunan müqavilədə yeni bina inşa etdirilməsi üçün öz vəsaiti olmayan cavabdeh “xxxx” MTK-nın öhdəliklərinin icrasının dövlət təminatları yoxdur, bu müqavilədə heç bir dövlət orqanı iştirak etmir. Bu, maliyyə mənbələri şəffaf olmayan cavabdeh “xxxx” MTK-nın bu sahədə problemləri yaranacağı halda ona gətirib çıxara bilər ki, o, mənzilini itirmiş mülkiyyətçilərin nə kirayə haqqını ödəyər, nə də ki, yeni binanı inşa edə bilər. Nəticədə isə mənzilsiz qalan mülkiyyətçilər qaldıqları mənzilin kirayə haqqını ödəmək imkanından be lə məhrum olar. Cavabdeh2 bu kimi hallarda mülkiyyətçilər qarşısında heç bir öhdəlik daşımayacaq. Bundan başqa, cavabdehlərin fəaliyyəti nəticəsində iddiaçının səhhətində problemlər yaranmış, ona mənəvi zərər vurulmuşdur. Həmçinin, iddia tələbinə görə "xxxx" MMC-nin ƏEM/İ 55-256/16 №-li 28 iyul 2016-cı il tarixli qiymətləndirmə rəyinə əsasən iddiaçının mənzilinin həmin vaxta bazar dəyəri 146000 manat olmuşdur. “xxxx” MMC-nin ƏEM/F 78-240 №-li 17 fevral 2017-ci il tarixli arayışına əsasən iddiaçının mənzilinin orta aylıq kirayəsinin bazar dəyəri 400 manat müəyyən edilmişdir. Cavabdeh2 səlahiyyətlərindən sui-istifadə edərək Konstitusiyanı və digər qanunları kobudcasına pozmuş və cavabdeh “xxxx” MTK-ya da belə pozuntuları davam etdirməyə rəvac vermişdir. Lakin cavabdehlər, hətta əmlakın dövlə t ehtiyacları üçün alındığı zaman mülkiyyətçiyə ödənilməli olan kompensasiya qaydaları ilə nəzərdə tutulan minimum tələblərə belə əməl etmək istəmir, nəticədə iddiaçı indiyə 1 il 4 aydır (16 ay) ki, evsizeşiksiz və pulsuz-parasız qalmışdır. İddiaçı hesab edir ki, hazırki iş çərçivəsində ona dəymiş maddi zərərə görə ödəniləcək məbləğ əmlakı dövlət ehtiyacları üçün alınacağı halda tətbiq edilən qaydalar ilə müəyyən edilən məbləğdən az ola bilməz. Cavabdehlərin iddiaçının evinin guya hələ 2016-cı ilin mart ayında qəza vəziyyətində olması barədə bildirdikləri tam uydurmadır, belə olmasa idi, onlar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idilər - onlar isə nə məhkəmənin evin qəza vəziyyətində olmasına dair qə rar əldə etmişlər, nə də ki, bu barədə ümumiyyətlə iddia vermişlər. 22 ildən çoxdur ki, iddiaçı ailəsi ilə həmin mənzildə yaşayır. İddiaçı hesab edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 66.4-cü maddəsində nəzərdə tutulmuş 10 % miqdarında kompensasiya ona verilməlidir. Bundan başqa, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli № 689 saylı Fərmanının 2.3-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 2 0 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər yəni birgə iddiaçılar istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. İddiaçı hüquqi baxımdan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ var. Mənzilin bazar qiymətinin (146000 manat) 20%-ni (29200) manat təşkil edir. Həmin mənzilin bazar qiymətinin 10%-ni 14600 manat təşkil edir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə iddiaçıyə (146000+29000+14600) 189600 manat maddi kompensasiya məbləği kimi ödən ilməlidir. Buraya iddiaçının payına düşən torpağın dəyərini və s. halları nəzərə alınsa, ona cəmi 250000 manat ödənilməlidir. Dövlət ehtiyacının olmadığı halda, iddiaçı öz əmlakına istədiyi qiyməti müəyyən edə bilər, çünki MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa, iddiaçı, digər yaşayış sahəsindən müvəqqəti istifadə edilməsi ilə bağlı ona məxsus mənzil dağıdıldıqdan sonra o hazırda kirayədə qalmaq məcburiyyətində olub. Hal-hazırda məlum olduğu kimi iddiaçının məhrum olduğu yaşayış sahəsinin şərtlərinə bərarbər olan kirayə mənzillər 400 manat civarındadır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə iddiaçının narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Baş vermiş özbaşınalıqlar və zorakılıq iddiaçının əsəb-sinir sistemimə ciddi mənfi təsir etmiş, o, mənəvi sarsıntı keçirmişdir. Öz hüquqlarını müdafiə etməkdə köməksiz olması, dövlət orqanlarının, məhkəmələrin buna biganə yanaşması, onda ölkə daxilində hüquqlarının real müdafiəsinə inamsızlıq hissi yaratmışdır. Bununla bağlı olaraq, o, mənəvi zərərə görə 50000 manat tələb edir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3, 6, 8, 13, 17, 18-ci maddələri və ona dair 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2-ci maddəsi ilə nəzərdə tutulan hüquqları da kobudcas ına pozulub. Buna görə də cavabdehlər tərəfindən iddiaçının mənzil yerləşən evin elektrik enerjisi, qaz, su və başqa təchizatının dayandırılması, mənzilinə zorla daxil olunması, əşyalarının daşınması və mənzilinin məhv edilməsi iddiaçının pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 250000 manat, mənəvi zərərə görə 50000 manat kompensasiyanın iddiaçının xeyrinə tutulması, 2016-cı ilin avqust ayından etibarən hazırki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarının tam icra edilməsi müddətinədək cavabdehlərdən müştərək qaydada hər aya görə 500 manat icarə haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmi şdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı X3 və onun vəkili Nümayəndə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9085/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara düzgün qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 203.5, 21, 1096.1, 1096.2, 1097.1, 1100, 1115, 152.1, 390-cı, Mənzil Məcəlləsinin 28-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 7.1, 54.1, 66.4-cü maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9085/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin iddia tələblərinin təmin edilən hissələrində ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsinə, ekspertiza tədqiqatı dəyərinin ödənilməsinin iddiaçıya aid edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam şəkildə aydınlaşdırılmamışdır. Kassasiya şikayətinə görə Səbail rayonu, Qurban Abbasov küçəsi 27 ünvanında yerləşən binanın sökülməsi qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir və bunun nəticəsində iddiaçıya heç bir zərər vurulmamışdır. Belə ki, “xxxx” MTK tərəfindən AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, N° 86 Qərarı və Səbail rayonu İcra Hakimiyyətinin 28 mart 2016-cı il tarixli 42 nömrəli Sərəncamı icra edilmişdir və binanın sökülməsi sözügedən normativ-hüquqi aktlar əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabin etinin Qərarından və Cavabdeh2 başçısının Sərəncamından görünür ki, “xxxx” MTK tərəfindən sakinlərə onların mənzillərinin ümumi sahəsindən əskik sahə verilməməsi nəzərdə tutulmuşdur, lakin onlar mənzil sahələrindən artıq və ya dəqiq faiz nisbəti ilə artıq sahəsi olan mənzil verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyi düzgün təhlil etmədən cavabdehin üzərinə mənzilin ümumi sahəsindən 20 faiz artıq olmaqla yeni mənzil verilməsi öhdəliyi qoyulması qərarına gəlmiş, cavabdehin hüquqlarını pozmuşdur. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya dəfələrlə müqavilə bağlamaq təklif olunsa da iddiaçı müqavilə bağlamamışdır. Belə olan halda, yəni tərəflər arasında hər hansı müqavilə olmadığı halda cavabdeh tərəfindən iddiaçıya kirayə haqqı ödənilməsi barədə gəli nmiş nəticə də əsassızdır. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı X3 və onun vəkili Nümayəndə iddiaçının kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9085/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin vəkili Vəkil cavabdehin kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)9085/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin iddia tələblərinin təmin edilən hissələrində ləğv edilməsini və iddia tələbinin tamami lə rədd edilməsinə, ekspertiza tədqiqatı dəyərinin ödənilməsinin iddiaçıya aid edilməsinə dair qərar qəbul edilməsini, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçını, onun vəkilini, cavabdehin vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə aşağıdakı əsaslara görə ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 27 saylı evin ümumi sahəsi 48,7 kv.m. olan 25 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. Mənzilin 28 iyul 2016-cı il tarixinə bazar dəyəri 146000 manat təşkil edir. Mənzilin yerləşdiyi binada və yaxın ətraf ərazidə yerləşən köhnə tikili binalarda üç otaqlı, yaşayış üçün tam şəraitli mənzillərin orta aylıq kirayə haqqı 400 manat təşkil edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli “ünvan 2 ünvanda yerləşən yaşayış binasında keçirilən vizual texniki baxışın nəticəsi haqqında” Rəydən görünür ki, sözügedən ünvanda yerləşən bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Binada təmir, bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq aşağıdakı tədbirlər yerinə yetirilməlidir: 1) Binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; 2) Sakinlərin təcili olaraq binadan çıxarılması; 3) Binadakı bütün kommunikasiya xəttlərinin kəsilməsi; 4) Binaya girişin qadağan edilməsi; 5) Binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması. Azərbaycan Respublikası Nazir lər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 85 №-li qərarına əsasən Bakı şəhəri Cavabdeh2nə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. İş materiallarında olan məhkəmə tərəfində n təyin olunmuş əmlakın qiymətləndirilməsi üzrə “xxxx” MMC-nin 16.03.2018-ci il tarixli, 135 saylı qiymətləndirmə rəyindən görünür ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 1 ünvanda yerləşən mənzilin 16.03.2018ci il tarixə bazar dəyəri 72.150 manat müəyyən edilmişdir. Eləcə də, qeyd olunan ünvan üzrə mənzillərin aylıq kirayə haqqı 300 manat müəyyən edilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda g östərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 88-ci, 217-ci və 218.3-cü maddələri). İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki işə apellyasiya qaydasında baxarkən iddia tələbindən kənara çıxmış, bununla da iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı iddia tələbində cavabdehlər tərəfindən iddiaçının mənzili yerləşən binanın elektrik enerjisi, qaz, su və başqa təchizatının dayandırılması, mənzilinə zorla daxil olunması, əşyalarının daşınması və mənzilinin məhv edilməsinin iddiaçının pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 250000 manat, mənəvi zərərə görə 50000 manat kompensasiyanın iddiaçının xeyrinə tut ulması, 2016-cı ilin avqust ayından etibarən hazırki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarının tam icra edilməsi müddətinədək cavabdehlərdən müştərək qaydada hər aya görə 500 manat icarə haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının tələbindən kənara çıxaraq belə qənaətə gəlmişdir ki, sözügedən mənzilin sökülməsi müqabilində “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya 2016-cı ilin avqust ayından sökülmüş tikililərin yerində “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən yeni tikiləcək yaşayış binasında ona yeni mənzil təhvil verilənədək 300 manat məbləğində mənzil kirayəsi ödənilməli, həmin mənzilin sökülməsi müqabilində “xxxx” Mənzil-Tikinti Kooperativinin üzərinə yeni tikiləcək yaşayış binasında müvafi q qaydada iddiaçının mülkiyyətində olmuş mənzilin ümumi sahəsindən 20 faiz artıq olmaqla yeni mənzil verilməsi öhdəliyi qoyulmalıdır. Halbuki, iddiaçı nə iddia tələbində, nə də apellyasiya şikayətində məhkəmədən belə bir xahiş etməmişdir. İş materiallarında cavabdehin də belə qarşılıqlı iddia tələbi yoxdur. Qeyd edilən bu hallar məhkəmə tərəfindən MPM-nin 218.3-cü maddəsinin tələblərinin pozulmasına, nəticədə işə qeyri-obyektiv baxılmasına dəlalət edir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır. Tərəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və eti razlarının əsaslandırılması üçün gətirdiyi dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. Sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərilir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir (MPM-nin 220.4-cü maddəsi). Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında verdiyi izaha əsasən, əgər məhkəmə sübutlara qiymət verərkən təqdim olunmuş hər hansı materialların, şahid ifadələrinin, digər faktiki halların tərəflərin özlərinin tələb və etirazlarının əsaslandırılması məqsədi ilə istinad etdikləri halları təsdiq etmədiyini müəyyən edərsə, qətnamənin əsaslandırıcı hiss əsində gəldiyi nəticəni qane edici şəkildə əsaslandırmalıdır. Hazırki iddia tələbinə baxılarkən qanunun qeyd olunmuş tələblərinə və Ali Məhkəmənin verdiyi izaha apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmamışdır. İddia tələbindən kənara çıxan apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaət üzrə hansı maddi hüquq normasını rəhbər tutduğunu göstərməmiş, yalnız bir sıra prosessual hüquq normalarına və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir neçə presedentlərinə istinad etməklə kifayətlənmişdir. Bu isə ona işarə edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə əsassızdır. Mübahisənin belə həlli zamanı maddi hüquq normasına istinad olunmaması kassasiya instansiyası məhkəməsinə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsas lılığını yoxlamağa imkan vermir. Bu isə, MPM-nin 418.4.7-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün şərtsiz əsasdır. Qeyd olunmuş halları müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, barəsində şikayət verilmiş qətnamə lazımi qaydada əsaslandırılmamış, mübahisə maddi hüquq normasına istinad olunmadan həll edilmiş, beləliklə iddiadan kənara çıxma halları baş vermişdir ki, bunların məcmusu qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmasına dəlalət edir. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün ə sasdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsas dır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iddia tələbindən kənara çıxaraq gəldiyi nəticəsini mübahisələndirmişdir ki, bu dəlillər əsasında hazırki halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilə bilməz. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və təqdim olunmuş sübutlara müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı X1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9085/2018 saylı 17 sentyabr 2018ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-804/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-804/2019
07.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver