Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-804/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil1 İbiş oğlunun, cavabdeh cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12916/2019 nömrəli qərardadından cavabdeh cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satış pulunun böl ünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, cavabdeh İddiaçı qarşı mənzilin açıq hərracdan satılması və satış pulunun bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-402/2019 saylı qətnamə ilə ilkin iddia ərizəsi təmin edilmiş, qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-402/2019 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehin nümayəndəsi qismində Vəkil2 apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12916/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-402/2019 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehin nümayəndəsi qismində Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12916/2019 nömrəli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12916/2019 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsas landırılmışdır ki, məhkəməyə qarşılıqlı iddia ilə müraciət edilərkən müvafiq vəkil orderinin və etibarnamənin əsilləri təqdim edilmişdir. Etibarnamənin əsli iş materiallarında olmasaydı birinci instansiya məhkəməsi şikayətin geri qyatarılması barədə qərardad qəbul edərdi. Bundan əlavə, nümayəndə-vəkil kimi Vəkil2 xidməti ünvanı vəkil orderində aydın şəkildə göstərilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 İbiş oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edəərk təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Cavabdeh3 MMC işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəd ə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-402/2019 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehin nümayəndəsi qismində Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən haqlı olmuş prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni v ə əsaslı qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, apellyasiya şikayətini ilkin iddia üzrə cavabdehin nümayəndəsi qismində Vəkil2 imzalamış, lakin ona bu səlahiyyətin verilməsini əks etdirən müvafiq etibarnamə iş materiallarına əlavə edilməmiş, iş materiallarında (iş v.168) Vəkil2 verildiyi nəzərdə tutulan etibarnamə isə kserosürət olmaqla, həqiqiliyi müəyyən edilmir və özlüyündə etibarsızdır. Bundan əlavə, apellyasiya şikayətində onu verən şəxsin ünvanı göstərilməmişdir. Prosessual hüquq normalar yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya kollegiyası düzgün nəticəyə gəlmişdir ki. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 89.3-cü maddəsinə əsasən Lazımi sübutların əsli və ya l azımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 73.2-ci maddəsinə əsasən Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. 361.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin so yadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti göstərilməlidir. Yuxarıda sadalanan prosessual hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, Vəkil2 vəkil kimi qanunla müəyyən edilmiş formada və qaydada etibarnamə təqdim olunmadan cavabdehin adından tərtib edilmiş apellyasiya şikayətini imzalaması qanunvericiliyin tələblərinə uyğun deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, prosessualhüquqnormalarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməs inin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iş materiallarına baxış keçirilən zaman cavabdeh tərəfin istinad etdiyi kimi etibarnamənin əsli aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12916/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-804/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-804/2020
10.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver