Məhkəmə qərarları › İş №2(102)-804/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-804/2023

23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-804/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Quluyev Vaqif İfrat oğluna qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma, qətnamə ilə gəlinən nəticələrin ziddiyyətli olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmi ş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli qərarı ilə Cavabdeh, X1, X5, X4 və X6 mülkiyyətində 2,29 ha torpaq sahəsi verilmişdir.

2. Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli 05 nömrəli iclas protokolu ilə Bərdə rayonu Qaraqoyunlu kəndi ərazisində yerləşən 423 nömrəli kontura düşmüş payçılardan X7, İddiaçı və Əmirov Məhəmməd Binnət oğluna verilmiş pay torpaqlarının həmin konturdan çıxarılaraq 414 konturdan verilməsi qərara alınmışdır. Həmin protokoldan çıxarış Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 may 2007-ci il tarixli qərarı ilə təsdiq edilmişdi r. 3. 10 iyun 2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Bərdə rayonu Qaraqoyunlu bələdiyyəsi tərəfindən bələdiyyə fondunda qalan 423-cü konturdan 4 ha və 414-cü konturdan 1 ha torpaq sahəsi ayrılıb əkin üçün İddiaçı 99 il müddətinə verilmişdir. 4.1. Bərdə Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək, İddiaçı Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarı ilə verilmiş Bərdə rayon Qaraqoyunlu kənd ərazisində yerləşən 2,29 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh İftar oğlunun və onun ailə üzvlərinin mülkiyyətində olan 2,29 ha torpaq sahəsinin Azərbaycan Respublikası DT və XK Bərdə rayon şöbəsinin əməkdaşları tərəfindən ölçülərək mülkiyyətçilərin istifadəsinə verilməsi qət edilmişdir. 4.2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2012-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh mülkiyyətində 2,29 hektar torpaq sahəsinin başqa konturda olan 0,76 hektar və 414-cü konturda X3 mülkiyyətində olan 0,58 hektar torpaq sahəsindən çıxarılma hissəsində və Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 2,29 hektar torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin əməkdaşları tərəfindən ölçülərək mülkiyyətçilərin istifadəsinə verilməsi hissəsində ləğv edilmiş, Cavabdeh mülkiyyətində başqa konturda olan 0,76 hektar və X3 mülkiyyətində olan 0,58 hektar torpaq sahəsindən İddiaçı çıxa rılma hissəsində iddia təmin edilməmiş, qətnamə İddiaçı Cavabdeh mülkiyyətində 414 nömrəli kontorda yerləşən 0,95 hektar torpaq sahəsindən çıxarılma hissəsində dəyişdirilmədən saxlanılmışdır. 4.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2012-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 4.4. Bərdə rayon İcra və Probasiya şöbəsinin 14 fevral 2013-cü il tarixli aktına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 25 may 2013-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı istifadə etdiyi tələbkar Cavabdeh mülkiyyətində olan 414 saylı konturda yerləşən 0,95 hektar torpaq sahəsindən çıxarılmış və həmin torpaq sahəsi C avabdeh təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Quluyev Vaqif İfrat oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7632 ədəd yonca kipinin və ya dəyəri 22896 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi, eləcə də, mülkiyyətində olan 1,59 hektar torpaq sahəsindən Quluyev Vaqif İfrat oğlunun qeyri-qanuni istifadəsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin 12 oktyabr 2012-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 1,59 hektar torpaq sahəsini cavabdeh zəbt edərək qanunsuz istifadə edir. Cavabdeh 8 ildir həmin ərazini əkib-becərir və ildə 4 dəfə məhsul (1 hektar torpaq sahəsindən 150 kip) ə ldə edir. Nəticədə cavabdeh ona ümumilikdə 7632 ədəd kip olmaqla 22896 manat ziyan vurmuşdur.

7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, X2 verdiyi 09 mart 2021-ci il tarixli ekspertiza rəyinə əsasən mübahisələndirilən ərazi mülki iş materiallarına əlavə edilmiş hüquq müəyyənedici sənədlərə əsasən JN-105 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilən, həmçinin Bərdə rayonu, Qaraqoyunlu kəndində yerləşən 414 saylı konturun bölgü xəritəsindən çıxarış sənədində əks olunan 1,529 hektar torpaq sahəsi ilə eynilik təşkil edir. JN-105 saylı Dövlət Aktının planında qeyd olunan 0,76 hektar torpaq sahəsi mübahisə predmeti deyildir.

8. Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) İddiaçı cavabdeh Quluyev Vaqif İfrat oğluna qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maddi ziyan” tələbinə dair iddiası təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qeyri-qanuni istifadəsi sübut olunmadığından iddia hər iki hissədə təmin oluna bilməz.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 nömrəli qətnaməsinin ləğv edilmə si və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizasının 29 iyul 2022-ci il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun rəyinə əsasən mübahisələndirilən 1,59 hektar torpaq sahəsinin İddiaçı məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət aktı, çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədləri elektron məlumat bazasında qeydiyyata alınmadığından cavabdehin sözügedən 1,59 hektar torpaq sahəsini zəbt e dərək istifadə etməsini təyin etmək mümkün olmamışdır. 1,59 hektar torpaq sahəsinə aid elektron məlumat bazasında onun mülkiyyətində olması barədə heç bir hüquqi sənəd qeydə alınmasa da, naturada göstərdiyi torpaq sahəsi cavabdeh Quluyev Vaqif İfrat oğlu tərəfindən istifadə edilir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 nömrəli qətnaməsi ilə (hakim R.B.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Məmmədovun və F.Ə.Mehtiyevin iştirakı ilə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(021)-873/2021 nömrəli qətnaməsi iddia tələbinin “torpaq sahəsindən cavabdehin qeyri-qanuni istifadə etməsinin qadağan edilməsinin təmin edilməməsi” hissəsində ləğ v edilmiş, həmin hissədə iddianın təmin edilərək, Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli 05 nömrəli qərarı ilə pay torpağı 423-cü konturdan çıxarılaraq 414-cü kontorda İddiaçı verilmiş torpaq sahəsinə Cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia tələbinin bir hissəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə iddiaçıya verilmiş 1,59 ha torpaq sahəsini cavabdeh əkib-becərməsi ilə ona 22896 manat zərər vurmuşdur. Lakin iddiaçının iddia etdiyi qərarla ona 1,59 ha torpaq verilməmişdir. Əksinə qərardan görünür ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh 414-cü kont urda olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,95 ha hissəsini zəbt etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2022-ci il tarixli ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun rəyinə əsasən mübahisələndirilən 1,59 ha torpaq sahəsi İddiaçı oğluna məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət aktı, çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədləri ilə elektron məlumat bazasında qeydiyyata alınmadığından cavabdehin sözügedən 1,59 ha torpaq sahəsini zəbt edərək istifadə etməsini təyi n etmək mümkün olmamışdır. 1,59 ha torpaq sahəsinə aid elektron məlumat bazasında onun mülkiyyətində olması barədə heç bir hüquqi sənəd qeydə alınmasa da, naturada göstərdiyi torpaq sahəsi hal-hazırda cavabdeh Quluyev Vaqif İfrat oğlu tərəfindən istifadə edilir. Göründüyü kimi, iddiaçı işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli qərarına əsaslansa da, həmin qərarda ona 1,59 ha torpaq sahəsinin verilməsi qərara alınmamışdır. Ona görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddianı bu hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 15. 1,59 ha torpaq sahəsindən cavabdehin qeyri-qanuni istifadə etməsinin qadağan edilməsi hissəsinə münasibətdə isə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu hissədə tələbin əsas ını Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli 05 nömrəli qərarı ilə pay torpağı 423-cü konturdan çıxarılaraq 414-cü konturda İddiaçı verilmiş həmin torpaqdan istifadəyə cavabdeh tərəfindən qanunsuz olaraq maneçilik törətməsi ilə bağlıdır. İşin qeyd olunan apellyasiya icraatı zamanı iddiaçının sədrlik edənin sualına cavabı ilə müəyyən olunmuşdur. Ona görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin bu hissəsinə 414-cü kontora dəyişdirilmiş torpaqdan istifadəyə maneənin aradan qaldırılması kimi hüquqi qiymət verilməlidir. 423-cü konturdan 414-cü kontura dəyişdirilmiş torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəd mövcud olmasa da, lakin bundan əvvəldə qeyd olunduğu kimi Bərdə rayonu M.Əsədov adı na Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçının pay torpağı 423-cü konturdan 414-cü kontura dəyişdirilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 157.8-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.1, 425.2-ci, Mülki Prosessual Məcəllənin 88, 106, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli qərarını nəzərə almamışdır. Həmçinin iş üzrə məhkəmə ekspertizası keçirilərkən iddiaçının iştirakı təmin edilməmişdir.

19. Həmçinin cavabdeh Quluyev Vaqif İfrat oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası mə hkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 60, 71, 127-ci, Mülki Məcəllənin 152.1, 178.1-ci, Torpaq Məcəlləsinin 49-cu, Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 88, 106.1, 220-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi cavabdehin mülkiyyətinə olan əmlaka dair hüquqlarını pozmuş, mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydi nəzərə almamış, iş üzrə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş və işin hallarını araşdırmamışdır.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələb inə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıq lı olaraq iddiaçı və cavabdeh tərəfindən iddianın təmin olunan və rədd olunan hissələrində mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquql arından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edil miş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar süb utlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildi r və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.4-cü maddəsinə əsasən qətnamənin əsasla ndırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

31. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı iki tələb irəli sürmüşdür: a) ziyanın ödənilməsi; b) 1,59 ha torpaq sahəsindən cavabdehin istifadəsinin qadağan edilməsi.

32. Hər iki tələb mübahisəli torpaq sahəsin in iddiaçıya məxsus olması ilə əsaslandırılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci (ziyan) tələbini rədd etmiş və mövqeyini bu hissədə onunla əsaslandırmışdır ki, iddiaçının 1,59 ha torpaq sahəsinə hüquqları müəyyən olunmamışdır (o cümlədən Ali Məhkəmənin Mülki kollegiyasının 12 oktyabr 2012-ci il tarixli qərarı ilə iddiaçıya 1,59 ha torpaq verilməmiş, əksinə onun hazırki iş üzrə cavabdehin torpaq sahəsinin zəbt etməsi müəyyən edilmişdir).

34. Bununla belə, apellyasiya məhkəməsi tələbin cavabdehin torpaq sahəsindən istifadəsinə qadağan edilməsi hissəsində əsaslı hesab etmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, həmin tələb Bərdə rayon M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı ilə iddiaçının pay torpağının 423-cü konturdan çı xarılaraq 414-cü konturda verilmiş torpaqla bağlıdır.

35. Göründüyü kimi, apellyasiya məhkəməsinin iki tələb üzrə gəldiyi nəticələr ziddiyyətli olmuşdur.

36. Belə ki, yuxarıda qeyd olunduğu kimi, hər iki tələb eyni torpaq sahəsi ilə bağlı verilmiş və hər iki tələbin əsasını cavabdehin torpaqdan istifadəsinin qanunsuzluğu olmuşdur. Tələblərdən birinə münasibətdə cavabdehin sahibliyinin qanunsuz olması, iddiaçının isə ona hüququnun olması müəyyən edildiyi halda, digər tələbin iddiaçının torpağa hüququnun olmaması əsası ilə rədd olunmasından ibarət apellyasiya məhkəməsinin mövqeyi anlaşılan deyil.

37. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi ikinci tələbdə göstərilən torpaq sahəsinin Bərdə rayon M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı ilə iddiaçının pay torpağının 423-cü konturdan çıxarılaraq 414-cü konturda verilmiş torpaqla bağlı olması kimi qiymətləndirərək, ona münasibətdə hüquqi dəyərləndirmə aparılması ilə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin imperativ tələbini pozmuşdur.

38. Belə ki, iddia ərizəsinin məzmunundan və nəticə hissəsindən görünür ki, iddiaçı cavabdehin 1,59 ha torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçı həmin torpaq sahəsinə sahibliyini Bərdə rayon M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı ilə deyil, Ali Məhkəmənin 12 oktyabr 2012-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

39. Göründüyü kimi, apellyasiya məhkəməsi iddia tələbi ilə əhatə olunmayan torpaq sahəsi üzrə qətnamə çıxarmışdır ki, bu verilmiş tələbdən kənara çıxma və MPM-in 218.3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir.

40. Bundan əlavə, nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya icraatı zamanı mübahisələndirilən torpaq sahəsinin Bərdə rayon M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyəti kimi 414-cü konturda göstərilən torpaq sahəsi olması ətrafında araşdırma aparılmamışdır.

41. Məhkəmə kollegiyası izah edir ki, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; c) cavabdehin sahibliyinin (istifadəsinin ) qanunsuz olması.

42. Hazırki iş üzrə cavabdehin mübahisəli torpaq sahəsi üzrə sahibliyi müəyyən olunsa da, birinci və üçüncü hallar araşdırılmamışdır.

43. Belə ki, iş üzrə alınmış ekspertiza rəy ilə mübahisələndirilən 1,59 hektar torpaq sahəsinin İddiaçı məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət aktı, çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədlərinin olmaması, lakin torpağın Quluyev Vaqif İfrat oğlunun istifadəsində olması göstərilmişdir.

44. Lakin, ekspert qarşısında mübahisəli torpaq sahəsinin Bərdə rayon M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyəti kimi 414-cü konturda verilən torpaq sahəsi ilə və ya Quluyev Vaqif İfrat oğlunun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə dü şməsinə dair müvafiq suallar qoyulmamışdır.

45. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 217.3, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

46. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhk əmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

48. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

50. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

51. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan mə sələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Quluyev Vaqif İfrat oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar