Məhkəmə qərarları › İş №2(102)-8046/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8046/2019

18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8046/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(107)2281/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Balakən rayon məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Q.Səlimov, iş № 2(019)-18/2019) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3na qarşı alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilərək mərhum Cavabdeh2 Abdulcəlil oğlu ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin, Seyidov Abducəlil Harun oğlunun adına verilmiş RX seriyalı ******* №-li, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* №-li və Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Balakən rayon məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi qism ən – mərhum Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin, Cavabdeh2 və Cavabdeh1 adlarına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların etibarsız hesab olunmasına dair hissədə ləğv edilərək həmin hissədə iddia rədd olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Balakən rayonunun Tülü kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha ölçüdə torpaq sahəsi 02 mart 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsi X3, həmin evin 1/3 hissəsi və həmin torpaq sahəsinin 4/12 hissəsi X1, həmin torpaq sahəsinin 3/12 hissəsi X5, həmin evin 1/3 hissəsi və həmin torpaq sahəsinin 1/12 hissəsi Cavabdeh2 məxsusdur. Balakən rayon İcra H akimiyyəti başçısının 28 aprel 2017-ci il tarixli sərəncamı ilə İddiaçı fəaliyyət qabiliyyəti olmayan X3 qəyyum təyin edilmişdir. Balakən rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 09 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ümumi paylı mülkiyyətdə olan Balakən rayonunun Tülü kəndində yerləşən 0,25 ha torpaq sahəsinin ona məxsus olan 1/12 hissəsini (0,0208 ha) Cavabdeh1 satmışdır. 30 mart 2017-ci il tarixdə Cavabdeh1 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ona məxsus torpaq sahəsini ümumi əmlakın paylı mülkiyyətçisi kimi Təyyub Seyidova təklif etmədən başqasına satmasını, Cavabdeh2 və başqalarının adlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasını əsas göstərməklə 09 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılana qədər İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək əlavə olaraq mərhum Seyidov Abducəlil Harun oğlunun, Cavabdeh2 və Cavabdeh1 Abducəlil oğlunun adlarına verilmiş dövlət reyestrindən çıxarışların və Cavabdeh2 adına fərdi yaşayış evinə dair verilmiş texniki pasportun etibarsız hesab edilməsini və s. xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək Cavabdeh2 ümumi əmlakdan payını satarkən həmin əmlakın alınmasını digər mülkiyyətçilərə təklif etməməklə onların hüquqlarını pozmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelly asiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından göründüyü kimi Balakən rayonunun Tülü kəndində yerləşən 0,25 ha ölçüdə torpaq sahəsi ümumi paylı mülkiyyətdə olmaqla onun 1/12 hissəsi mərhum Cavabdeh2 məxsus olmuş və sonuncu mülkiyyətində olan hissəni 09 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. İddiaçı iddia tələbində həmin alqı-satqı müqaviləsinin və Dövlət Reyestrindən Çıxarışların etibarsız hesab edilməsini tələb edərkən həmin torpaq sahəsinin paylı mülkiyyətin digər iştirakçısı hazırda qəyyumu olduğu X3 təklif olunmamasını, Cavab deh2 və başqalarının adlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Balakən rayon məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsini əsas göstərmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianı həmin hissədə rədd edərkən mübahisəli torpaq sahəsinin mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olmasını, onun əmlakı üzərində istədiyi kimi sərəncam vermək hüququna malik olmasını və alıcı Cavabdeh1 vicdanlı alıcı olmasını əsas göstərmişdir. Məhkəmə kollegiyası həmin nəticəyə iddia tələbində irəli sürülmüş bütün əsasları yoxlamadan, onlara müvafiq hüquqi qiymət vermədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 218-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. (218.1.) Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiy yətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. (218.2.) Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. (218.3.) Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir. (218.4.) İddia tələbinin başlıca dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsi paylı mülkiyyətin digər iştirakçısı olan Təyyub Seyidova təklif olunmamış və onun satın almaqda üstünlük hüququ pozulmuşdur. Lak in işə baxan apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən tələbin həmin dəlillərini ümumiyyətlə yoxlamamış və onlara qanunun tələbinə uyğun hüquqi qiymət verməmişdir. İşin 1-ci cildinin 29-cu səhifəsində olan X2 adından yazılmış ərizədə mübahisəli torpaq sahəsini almaq istəməməsi və onun Cavabdeh1 satılmasına etiraz etməməsi barədə göstərilənlərin qanuniliyinə də məhkəmə kollegiyası tərəfindən qiymət verilməmişdir. İşdən görünür ki, Təyyub Seyidov fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan Balakən rayon İcra Hakimiyyəti başçısının 06 aprel 2016-cı il tarixli sərəncamı ilə onun üzərində qəyyum təyin olunmuş və həmin ərizə Təyyub Seyidovun qəyyumu kimi Cavabdeh2 tərəfindən imzalanmışdır. Lakin sonradan Cavabdeh2 özünün narkoloji dispanserdə qeydiyyatda olması müəyyən olunduğund an Balakən rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2017-ci il tarixli sərəncamı ilə Cavabdeh2 qəyyum vəzifəsindən azad edilmiş, hazırkı iş üzrə İddiaçı qəyyum təyin edilmişdir. Göstərilən vəziyyətdə satın almaqda üstünlük hüququndan Təyyub Seyidovun adından verilmiş imtinanın qanuniliyi yoxlanılmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həmin halı da araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı old uğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə madd i və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 07 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar