Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8049/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)1249/2019 nömrəli iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Mingəçevir şəhər məhkəməsinin (hаkim Məhburə Kərimova) 23 noyabr 2018-ci il tаrixli qiyabi qətnаməsi ilə, iddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiаsı təmin edilərək cavabdehdən 5364 manat alınıb iddiaçıya verilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən, İnşallah Quliyev - məruzəçi, Mahir Əsədli) 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2018-ci il tаrixli qiyabi qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən ona münаsibətdə dəyişdirilmədən saxlanılmış, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qonşusuna gəlin gələndən tanımışdır. Rəfiqə bir neçə dəfə ondan pul almışdır. 2015-ci ilin dekabr ayında cavadehə 2000 manat borc pul vermişdir. Bundan sonra da cavabdeh ondan borc pul almışdır. Beləliklə, 2016cı ilin avqust ayına kimi cavabdeh ondan cəmi 5600 manat borc pul almışdır. Bu barədə cavabdeh iltizam yazaraq ona təqdim etmişdir. Cavabdeh bacısı Vüsalənin sosial ödəniş kartını ona verərək borcun əvəzi kimi 22 ay müddətinə hər ay kartdan 236 manat pul çıxartmasını bildirmişdir. 2016-cı ilin oktyabr ayında kartdan 236 manat pul çıxartmışdır. Lakin cavabdeh növbəti aydan kartın qarşısını bağlatdırmışdır. Cavabdeh ona 2-ci kart da vermişdir. Ancaq həmin kartda da pul olmamışdır. Dəfələrlə cavabdehdən ona olan borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamış və cavabdeh ona olan borcunu ödəməmişdir. Buna görə də Cavabdeh borclu olduğu 5364 (beş min üç yüz altmış dörd) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə birtərəfli və səthi yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış, tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, nəticədə qeyri-qanuni və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə görə iddiaçının sübut kimi təqdim etdiyi qəbz qarışıq, dolaşıq ya zılmış bir qəbzdir və cavabdehin həmin qəbzlə bağlı birbaşa cavabdehliyi yoxdur. Tərəflərin izahatları: İddiaçı vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1249/2019 nöm rəli iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Cavabdeh tərəfindən yаzılmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5600 manat pul borcu vardır. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 09 iyul 2019-cu il tarixli 15529 nömrəli ekspertizanın rəyindən görünür ki, “Mingəçevir şləhər yaşayıcısı İddiaçı” sözlər ilə başlayan və “X4 02.09.2016 il” sözləri ilə qurtaran qəbzdə (i.v.2) olan “5600” rəqəmlərdə hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bir inci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.1-ci mаddəsində göstərilir ki, öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli, xidmətlər göstərməli və i. а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdır. Həmin Məcəllənin 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc al an) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan qəbzi iddi açı və cavabdeh tərəfindən tərtib edilmiş yazılı borc müqaviləsi kimi qəbul edərək həmin müqaviləni tərəflərin arasında hüquq və vəzifələrin yaranması üçün əsas hesab etmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsində iştirak etsə də bu qəbzin onun tərəfindən tərtib edilmədiyini, yaxud da qəbzin sübut kimi qəbul edilməli olmamasını sübuta yetirməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1249/2019 nömrəli iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1249/2019 nömrəli iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-8049/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8049/2019
30.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver