Məhkəmə qərarları › İş №2(102)-805/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-805/2019

15.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-805/2019 15.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 15 fevral 2019-cu il İş № 2(102)-805/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8893/2017 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamalrayon məhkəməsinin 2(004)-3985/2017 saylı iş üzrə 12 may 2017ci il tar ixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək ABŞ dolları və iddia ərizəsinin verilməsi ilə əlaqədar çəkilmiş məhkəmə xərcinə görə 30 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri YasamalRayon Məhkəməsinə müraciət edərək, cavabdehdən “Toyota Corolla” markalı **-RZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili almaq üçü n ödədiyi 6500 ABŞ dolları, həmçinin “xxxx” ASC-yə kredit üçün ödədiyi 650 ABŞ dolları olmaqla, cəmi 7150 ABŞ dolları və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,o, 2015-ci il 10 noyabr tarixində Turbo.az internet saytından tapdığı “Toyota Corolla” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 6500 ABŞ dollarına Cavabdeh almışdır. Avtomobili cavabdehdən alanda o, həmin avtomobilin ona məxsus olduğunu bildirmişdir. Avtomobili aldıqdan sonra növbəti ay üçün 08.12.2015-ci ildə 650 ABŞ dollarını “Texnika Bank”a kredit ödəmişdir. 2015-ci il 21 dekabr tarixdə manatın təkrar devalvasiyası nəticəsində ABŞ dolları məzənnəsinin qalxması nəticəsində 2016-cı ilin yanv arından avtomobilin kreditini ödəməmişdir. Krediti ödəyə bilimədiyi üçün kredit müqaviləsinin müddətinin uzadılmasını bankdan xahiş etmişdir. Lakin bankdan ona müsbət cavab verməmişlər. Həmin ilin fevralında “Texnika Bank”ın Babək prospektində yerləşən ofisinə gedərək kredit müqaviləsinin uzadılması və aylıq ödənişin 700 manat məbləğində müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. 30.08.2016-cı ildə Texnika Bankın Problemli Kredit Şöbəsinin rəisi kimi özünü təqdim edən Cəlal Muradov adlı bir şəxs iddiaçıya zəng edərək bildirmişdir ki, avtomobilin mülkiyyətçisi olan X3 etibarnaməni 2016-cı ilin mart ayında ləğv edib və avtomobilin üzərinə həbs qoyulacaq, ona görə avtomobili banka təhvil versin. Bundan sonra, iddiaçıya məlum olmuşdur ki, həmin avtomobil X1 mülkiyyətindədir və həmi n avtomobil mülkiyyət hüququ ilə cavabdehə məxsus deyil. Zəngdən sonra avtomobili aparıb həmin X1a təhvil vermişdir. Bundan sonra Cavabdeh avtomobil üçün ödədiyi 6500 ABŞ dollarını və 08.12. 2015-ci ildə banka kredit kimi ödədiyi 650 ABŞ dollarını tələb etsə də, cavabdeh pulunu qaytarmaqdan imtina edib. Cavabdehə avtomobil üçün ödədiyi pulun qaytarılması üçün Suraxanı rayon Pİ-nin 30-cu PB-nə müraciət etmişdir. Polis Bölməsində araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, 2015-ci ildə X2 “Toyota Corolla” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili mülki etibarnamə əsasında almışdır. Həmin ilin noyabr ayında avtomobili İddiaçı 6800 manata satmışdır. Cavabdeh izahatında avtomobili iddiaçıya satdığını etiraf etsə də, həmin avtomobili ABŞ dolları ilə deyil, manatla satdı ğını bildirmişdir. Lakin, iddiaçı göstərilən avtomoli cavabdehdən manatla deyil, ABŞ dolları ilə almışdır. 30-cu PB-nin 04 dekabr tarixli qərarının təsviri hissəsində göstərilir ki, İddiaçı ərizəsi əsasında toplanmış materialdan görünür ki, kreditlə aldığı “Toyota Corolla” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin kreditini ödəyə bilmədiyindən, avtomobilin mülkiyyətçisi olan X3 ona vermiş olduğu mülki etibarnaməni ləğv etmiş və avtomobilə axtarış verdikdən sonra cərimə meydançasından əldə etmişdir. Bunula da müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış şifahi əqd pozulmuş və mülki mübahisəyə səbəb olmuşdur. Bu səbəbdən də, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmi şdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi qətnamədə satılan avtomobilin müqabilində cavabdeh tərəfindən iddiaçıdan 6500 ABŞ dolları məbləğində pul alındığını qeyd etsə də, bu hal iş materialları ilə sübuta yetirilmir. Belə ki, cavabdeh iddiaçıdan 6500 ABŞ dolları məbləğində deyil, 6800 manat məbləğində pul almışdır. Avtomobilin alınması ilə əlaqədar olaraq tərəflər arasında xarici valyutada hər hansı sövdələşmə və ya faktiki alqı-satqı olmamışdır.İş materiallarında olan Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı, polis kapitanı Fərid İbrahimovun “cinayət işinin başlanıİmasının rədd edilməsi” barədə 04.12.2016-cı il tarixli qərarından göründüyü kimi Cavabdeh polis bölməsində izahat verərkən də, İddiaçı avtomobilin müqabilində 6800 manat pul aldığını etiraf etmiş, iddiaçıdan ABŞ dolları ilə pul götürdüyünü inkar etmişdir. Hətta iddiaçı öz iddia ərizəsində və məhkəmələrdə verdiyi izahatlarında da pulun 6500 ABŞ dolları şəklində deyil, 6800 manat məbləğində qəbul edilməsi faktının Əhməd tərəfindən mübahisələndirdiyini göstərmişdir. Lakin işə b axan məhkəmələrin heç biri iddiaçı tərəfindən cavabdehə 6500 ABŞ dolları yoxsa 6800 manat məbləğində pulun verilməsi xüsusatının dəqiqləşdirilməsi üçün Suraxanı RPİ-nin 30-cu Polis Bölməsindən İddiaçı şikayəti əsasında toplanmış materialları, əldə edərək iş materialları ilə birlikdə tədqiq etməmişdir. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına bax mayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, “Toyota Corolla” minik markalı ** RZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil etibarlı alqı-satqı müqaviləsi əsasında deyil, etibarnamələr əsasında əvvəlcə mü lkiyyətçi X3 tərəfindən “Vüsal” adlı şəxsə, həmin şəxs tərəfindən Cavabdeh, cavabdeh tərəfindən isə İddiaçı verilmiş və bunun müqabilində cavabdeh iddiaçıdan 6500 ABŞ dolları məbləğində pul almışdır. İddiaçı avtomobilə görə banka kredit ödənişlərini həyata keçirə bilmədiyindən, mülkiyyətçi onun adından cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnaməni ləğv etdirmişdir. Hal-hazırda avtomobil mülkiyyətçinin sahibliyindədir. Tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmadığından, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəyə əsassız varlanma haqqında normalarə tədbiq etmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı 6500 ABŞ dolları müqabilində avtomobili iddiaçının sahibliyinə və istifadəsinə verməli idi. Hal-hazırda avtomobil onun mülkiyyətçisi tərəfindən geri alındığın dan, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya maşını 6500 ABŞ dollarına deyil, 6800 manat satmışdır. Məhkəmə kollegiyası cavabdehin bu dəli ni əsaslı hesab etmir. Belə ki, tərəflər arasında maşının satılması ilə bağlı razılaşma 2015-ci ilin noyabr ayında, yəni ölkədə birinci devalvasiya olandan sonra baş tutmuşdur. Həmin zaman manatın ABŞ dollarına nisbəttə məzənnəsi 1.05 manat olmuşdur. Ölkədə maşın alqı-satqısı edilərkən əksər hallarda tərəflər arasında avtomobil qiymətlərinin ABŞ dolları ilə müəyyən edilməsi və qeyd edilən tarixdə ölkədə devalvasiyanın olması hamıya bəlli olan hallar olduğundan Mülki Prosessual Məcəllənin 82-ci maddəsinə görə sübuta ehtiyacı yoxdur. İddiaçı maşını 6500 ABŞ dollarına aldığını, cavabdeh isə 6800 manata satdığını bildirir. Həmin dövr üçün 6500 ABŞ dolları, 6800 manata bərabər idi. (6500 x 1.05 = 6825). Beləliklə müəyyən edilir ki, tərəflər avtomobilin 6500 ABŞ dollarına satılması barədə razılı ğa gəlmiş, iddiaçı isə həmin dövrün məzənnəsinə uyğun olaraq razılaşdırılmış məbləğin manata konvertasiya olunmuş məbləğini, yəni 6800 manatı cavabdehə ödəmişdir. Bu hal həmçinin mübahisəli avtomobilin ödənişlərinin banka ABŞ dolları ilə etməsi ilə də müəyyən edilir. Çünki iddiaçı baş vermiş ikinci devalvasiyadan sonra ödəniş edə bilmədiyini bildirmişdir. Həmçinin işə əlavə edilmiş Novruz Vəliyevin adına olan, iddiaçı tərəfindən ödəniş edilməklə təqdim edilmiş hesabdan çıxarışdan da kreditin valyutasının USD olması müəyyən edilir. Cavabdeh tərəfdə bu halı mübahisləndirməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi X4 birinci instansiya məhkəməsinin 20.04.2017-ci il tarixli iclasında sədrlik edənin verdiyi suala cavab olaraq cavabdehin ioddiaçıdan 6500 ABŞ dolları məbləğində pul aldığını, etibarnamə ilə maşını olna verdiyini bildirmişdir. (iş v 29 məhkəmə iclas protokolu). Göründüyü kimi, həmin faktı cavabdehin nümayəndəsi də etiraf etmişdir. Mülki Prosessial Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Tərəflər avtomiblin 6500 ABŞ dollarına satılması barədə razılığa gəldiklərindən iddiaçı da həmin məbləğdə pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Çünki avtomibilin qanuni olmayan alqı-satqısı nəticəsində iddiaçı avtomobil əldə etmək, həmin dövrdə, həmin məbləğə uyğun başqa avtomobil almaq imkanından məhrum olmuşdur. Ona görə də, ədalətlilik baxımından da iddiaçı məhrum olduğu pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdu r. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «De Cubber Belçikaya qarşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tə ləblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8893/2017 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar