Məhkəmə qərarları › İş №2(102)-805/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-805/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-805/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – kassasiya şikayətinin vəkil tərəfindən elektron imza ilə imzalanmaması, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə Tovuz R ayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18200 manat pulun və 145 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Tovuz Rayon Məhkəməsinin (hakim X1) 2022-ci il 17 may tarixli, 2(062)1022/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Ədil Məmmədov) 2023-cü il 6 iyun tarixli, 2(104)-491/2023 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi

5. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

6. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

7. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddia nın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

8. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

9. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

10. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olun mamışsa; Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunur ki, Cavabdeh verdiyi iş materiallarına əlavə olunmuş kassasiya şikayəti poçtla göndərilmiş kassasiya şikayətidir, elektron məhkəmə informasiya sistemində kassasiya şikayətinin “pdf” formatlı surətindən görünür ki, kassator və vəkil tərəfindən əl ilə imzalanmasına baxmayaraq, ümumiyyətlə hər iki şəxs tərəfindən də elektron imza ilə imzalanmamış, həmçinin kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə veril miş və müddətin bərpası ilə əlaqədar vəsatət verilməmişdir.

12. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə (i.v.157) əsasən cavabdeh apellyasiya məhkəməsinin qətnaməsininin surətini 24 iyun 2023-cü il tarixdə almışdır. Verilmiş kassasiya şikayətin də qətnamənin 23 iyun 2023-cü il tarixində alındığı qeyd edilmişdir. Lakin kassasiya şikayəti 30 sentyabr 2023-cü il tarixdə poçt müəssisəsinə verilmiş, elektron məhkəmə informasiya sisteminə isə 05 oktyabr 2023cü il tarixdə apelyasiya instansiyası məhkəməsi tərəfindən yerləşdirilmişdir.Bununla da, Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüşdür.

13. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və işlə birlikdə müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

15. Şərh olunanlara əsasən və MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 6 iyun tarixli, 2(104)-xxx/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar