Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8050/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli 2(107)357/2019 saylı qətnaməsindən İddiaçı BOKT QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zaqatala rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, iş № 2(033)-618/2018) İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsas kredit, faiz b orcu və cəriməyə görə 2175,61 ABŞ dollarının, əldən çıxmış faydaya görə 125,39 ABŞ dollarının, dövlət rüsumuna görə 10 manatın müştərək qaydada tutularaq QSC-yə ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov, E.Ş.Hüseynov və V.İ.Məlikov) QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən iddia ərizəsinə Cavabdeh1 ilə bağlanmış 21 aprel 2009-cu il tarixli kredit müqaviləsini və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış 21 aprel 2009-cu il tarixli zaminlik müqavilələrini əlavə etmişdir. Həmin müqavilələrdən görünü r ki, iddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmiş, digər cavabdehlər isə borclu tərəfindən kreditin təminatı kimi iddiaçı ilə zaminlik müqavilələri bağlamışlar. 2009-cu ilin sentyabr ayında İddiaçı Qeyri Bank Kredit Təşkilatı borclu və zaminlərin 2175,61 ABŞ dolları məbləğində kredit borcunun (əsas kredit borcu, faiz borcu və cərimə), 125,39 ABŞ dolları məbləğində əldən çıxmış faydanın müştərək qaydada tutulması üçün məhkəməyə müraciət etmiş, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən kassasiya şikayəti verərək kreditin verilməsinə dair kassa məxaric orderinin surətinin “xxxx” ASC-nin ləğvedicisində olmasını, həmin sənədin tələb edilməsi üçün onlar tərəfindən məhkəməyə vəsatətlə müraciət olunmasına baxmayaraq vəsatətin təmin olunmamasını, əslində isə kreditin borcluya verilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin ol unmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələdinin rədd olunmasını qanuni sayıb birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən Bankın ləğvedicisinin 21 aprel 2009-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 1500 ABŞ dolları məbləğində kreditin verilməsini iddia etsə də məhkəməyə bunu təsdiq edən kassa məxaric orderinin əslini təqdim etməməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi səthi yoxl anılmış və qiymətləndirilmiş sübutlara əsaslandığından qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, Bankın ləğvedicisi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən tələbini təsdiq edən sübut kimi 21 aprel 2009-cu il tarixli kredit müqaviləsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh3lə bağlanmış həmin tarixli zaminlik müqavilələrini təqdim etmişdir. Kredit müqaviləsi, müəyyən olunduğu kimi, Cavabdeh1 tərəfindən imzalanmaqla onun həqiqiliyi etiraf olunmuş və müqavilədə onun şəxsiyyətini təsdiq edən bütün məlumatlar qeyd olunmuşdur. Həmin müqaviləni imzalayarkən cavabdeh kreditin müqavilədə müəyyən olunmuş müddətdə və qaydada ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Zaminlik müqavilələri isə, onların məzmunundan göründüyü kimi zaminlər tərəfindən imzalanmaqla, onlar borclu tərəfindən bankdan götürülmüş 1500 ABŞ dollarının təminatı kimi bağlanmış və həmin müqavilələrdə də zaminlərin şəxsiyyəti ilə bağlı bütün məlumatlar göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı əsassız sayarkən işin həmin hallarını nəzərə almamış, onlara qiymət verməmiş, kreditin verilmədiyi vəziyyətdə cavabdehlərin kredit və zaminlik müqavilələrini imzalamalarının və bu məqsədlə Banka gedib şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrinin, eləcə də, kreditin verilmədiyi halda (əgər belədirsə) həmin müqavilələrin ləğvi və yaxud pulun verilməsi barədə Banka müraciət etməmələrinin səbəblərini araşdırmamışdır. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinə görə həm kredit müqaviləsi, həm məxaric orderi, həm də zaminlik müqavilələrindəki imzalar bo rclu və zaminlər tərəfindən icra olunmuşdur. İddianın rədd edilməsi üçün yeganə sübut kimi kassa məxaric orderinin əslinin məhkəməyə təqdim olunmamasını əsas göstərərkən məhkəmə kollegiyası nəzərə almamışdır ki, işin 144-cü səhifəsində olan kassa məxaric orderi sənədin surəti olsa da, Bank tərəfindən həmin sənəddə “əsli ilə düzdür” sözləri yazılmaqla müvafiq qaydada təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 iyul 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8050/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8050/2019
25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver