Məhkəmə qərarları › İş №2(102)-806/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-806/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-806/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh4 İddia tələbi: “kredit müqaviləsi üzrə 7452 (yeddi min dörd yüz əlli iki) ABŞ dolları 06 (altı) sent məbləğində əsas borc, 5613 (beş min altı yüz on üç) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində faiz borcu və 510,12 (beş yüz on) ABŞ dolları 12 (on iki) sent məbləğində cərimə olmaqla - cəmi 13075 (on üç min yetmiş beş) dollar 99 (doxsan doqquz) sent məbləğində pul vəsaitinin ödənilməsi” Açar sözlər: pulun tutuması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, h akimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1103/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 23-M-1-0-913-14 №-li kredit müqaviləsindən görünür ki, İddiaçı İKB ASC-ti “Bank”, Cavabdeh1 “Borcalan” olmaqla bağlanmış həmin müqaviləyə əsasən “borcalan” Cavabdeh1 24 ay müddətinə illik 28 % faiz dərəcəsi ilə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.14-cü bəndinə görə gecikdirilmiş borc yaranan halda - hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180%-i həcmində dəbbə pulu hesablanır. Həmin Müqavilənin 9-cu bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarda Banka dəbbə pulu ödəməlidir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələri ilə müəyyən olunur ki, zaminlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 borcalan Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 23-M-1-0-913-14 №-li Kredit müqavilə si üzrə borcverən İddiaçı İKB ASC-dən kredit götürməsinə zamin qismində öhdəlik götürmüşlər. İşdən görünür ki, İddiaçı İKB ASC borcalan Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 və D.V.Əhmədova “Zamin”lər olmaqla bağlanmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən həmin zaminlər xx xxxxxx 2014-cü il tarixli 23-M-1-0-913-14 №-li kredit müqaviləsinə əsasən kredit alınması ilə əlaqədar borcalan Cavabdeh1 zamin olmuşlar. İş materiallarında görünür ki, İddiaçı İKB ASC-i Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 “Zamin”lər olmaqla imzalanmış xx xxxxxx 2015-ci il tarixli Əlavə Sazişlərlə xx xxxxxx 2014-cü il tarixli 23-M-1-0-913-14 №-li kredit müqaviləsinə dəyişikliklər edilmiş və həmin dəyişikliklə kreditin müddəti xx xxxxxx 2020-cı il tarixinədək uzadılmışdır. İşdə olan xx xxxx 2 019-cu il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə borcverən İddiaçı İKB ASC-yə 7.452,06 ABŞ dolları məbləğində əsas borc, 5.613,93 ABŞ dolları məbləğində faiz borcu və 510,12 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13.576,11 ABŞ dolları məbləğində borcu vardır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7.452,06 ABŞ dolları əsas borc, 5.613,93 ABŞ dolları faiz borcu və 510,12 ABŞ dolları cərimə olmaqla, cəmi 13.576,11 ABŞ dolla rı məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə İddiaçı X1 ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4007/2019 saylı qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 7.452 (yeddi min dörd yüz əlli iki) ABŞ dolları 06 (altı) sent məbləğində əsas borc, 5613 (beş min altı yüz on üç) dollar 93 (doxsan üç) sent məbləğində faiz borcu və 10 (on) ABŞ dolları məbləğində cərimə olmaqla - ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 13.075 (on üç min yetmiş beş) dollar 99 (doxsan doqquz) sent məbləğ ində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1103/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və Z.İ.Məmmədov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(012)-4007/2019 saylı qətnaməsi Cavabdeh1 münasibəstdə dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətin in dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası zaminliyə xitam verilməsi əsasları olduğu halda, zaminə qarşı irəli sürülmüş iddia tələbinin təmin olunması məsələsinə düzgün münasibət bildirməmiş, səhv hesablanmış faiz borcunun düzgün müəyyən etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə ola n maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq A zərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra et mədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidi r, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edil mədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərdən müştərək qaydada 7.452,06 ABŞ dolları məbləğində əsas borcun və 5.613,93 ABŞ dolları məbləğində faiz borcunun tutulması və tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbi əsaslı olduğundan və həmin hissədə iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kreditin əsas məbləğinə hesablanmış faizlərin şişirdilməsi ilə bağlı cavabdehin kasasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borc məbləği həmin müqaviləyə əlavə kimi təsbit edilmiş tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən edilmişdir. Bundan əlavə nə birinci, nə də apelyasiya instansiyası məhkəməsində borc məbləğinin düzgün müəyyən edilməməsinə görə vəsatət verilməmiş, cavabdeh isə devalivasiya ilə əlaqədar borcun ödənilməsində maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası zaminlərə münasibətdə apelyasiya instansiyası məhkəməsinin düzgün hüquqi nəticəyə gəlməməsinə dair kasasiya şikayətinin dəlilini də əsassız hesab edir. Belə ki, kredit müqaviləsinə edilmiş dəyişikliklər xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə edilmiş əlavələrə əsasən zaminlərlə razılaşdırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1103/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar