Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8079/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh cavabdehnın vəkili X4 iştirakı ilə, Cavabdeh cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8317/2019 nömrəli iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Anar Qasımov) 26 fevral 2019-cu il tarixli, 2( 010)-931/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh cavabdehna qarşı maneələrin aradan qaldırılması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(010)-931/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı tələbi təmin edilmişdir. Qətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, i, ev 4, mənzil 5-in önündəki həyətyanı torpaq sahəsində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 01 mart 1999-cu il tarixli 447 No-li Sərəncamı əsasında İddiaçı tərəfindən inşa olunmuş tikilinin küçəyə ba xan divarında qapının açılması ilə bağlı hər hansı maneənin törədilməsi cavabdehna qadağan olunması qət edilmişdir. İşin halları İddiaçı cavabdeh cavabdehna qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, i, ev 4, mənzil 5-in önündəki həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən inşa olunmuş tikilidən küçəyə baxan hissəyə qapının açılması ilə bağlı hər hansı maneənin törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiy a Məhkəməsi mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Birinci instansiya məıhkəməsinin gəldiyi nəticə doğru olmuşdur. İstinad edilən Suraxanı rayon İcra hakimiyyəti Başçısının 01 mart 1999-cu il tarixli Sərəncamının məzmunundan görünür ki, Sərəncamın verilməsində əsas istinad nöqtəsi cavabdehnın mülkiyyətində olan mənzildir. Başqa sözlə sərəncamda cavabdehnın mülkiyyətində olan i ev 4 ünvanında yerləşən 5 saylı mənzi l İddiaçı yaşayış yeri kimi göstərilmiş və həyətyanı torpaq sahəsinin bir çox illər ərzində istifadədə olduğu da nəzərə alınmaqla həmin sahədə 4x4,5 kvadrat metr ölçüdə yaşaşış otağının tikilməsinə icazə verilmişdir. Eyni zamanda, sərəncamın 2-ci bənmdində evin texniki pasportunda dəyişiklik aparılmasına da icazə verilmişdir. Beləliklə, müəyyən edilir ki, aparılmasına icazə verilən tikinti işləri ilə bağlı sərəncam İddiaçı münasibətdə verilmiş olsa da, hüquqlar Həsənova Stirayyəyə aid olmuşdur. Tərəflərin izahatları: Cavabdeh cavabdehnın vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri, ində yerləşən 4 saylı evin 5 saylı mənzili 22 iyun 1993-cü ildə cavabdehnın adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 01 mart 1999-cu il tarixli 447 №-li Sərəncamı ilə həmin mənzilin həyətyanı torpaq sahəsi cavabdehnın istifadəsində saxlanılmaqla, İddiaçı Haqverdi qızına yaşadığı mənzilin həyətində 4x4,5 m ölçüdə yaşayş otağının tikintisinə icazə verilmişdir. Hər iki tərəfin sahibliyində olan yaşayış sahəsinin həyətyanı torpaq sahəsi hasara alınmış və qapı qoyulmuşdur. İddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ona istifadə hüququ ilə məxsus olmayan torpaq sahəsində əlavə qapı açılmasının tələb edilməsinə dair iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Belə ki, Bakı şəhəri, ində yerləşən 4 saylı evin 5 saylı mənzilinin həyətyanı torpaq sahəsi cavabdeh cavabdehnın istifadəsində olan torpaq sahəsidir, iddiaçı isə yalnız Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 01 mart 1999-cu il tarixli 447 No-li Sərəncamı əsasında tikintisinə ica zə verilmiş sahəsi 26 kvadrat metr olan 2 yaşayış otaqlardan, sahəsi 15,6 kvadrat metr olan köməkçi otaqlardan ibarət olan və həmin torpaq sahəsində inşa edilmiş evin (tikilinin) istifadəçisidir. Məhkəmə hesab etmişdir ki, həyətyanı torpaq sahəsinin hasara alınması və həyətyanı sahəyə hər iki tərəf üçün daxil olmasına xidmət edən qapının mövcüd olması ona dəlalət edir ki, iddiaçı ona istifadə hüququ ilə məxsus olmayan torpaq sahəsində əlavə qapınını açılmasına yönəlmiş hərəkətləri hüquqdan sui-istifadə etmə kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi irəli sürülmüş iddia tələbi üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və onun qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, yuxa rıda qeyd olunduğu kimi, İddiaçı iddia tələbi onun tərəfindən inşa olunmuş tikilidən küçəyə baxan hissəyə qapının açılmasından ibarət olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəflərin yaşayış sahələrinin yerləşdiyi həyətyanı torpaq sahəsinin hasarından iddiaçı tərəfindən əlavə qapının açılması məsələsinə hüquqi qiymət vermiş və hesab etmişdir ki, onun belə tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, ində yerləşən 4 saylı evin 5 saylı mənzilinin həyətyanı torpaq sahəsində 1 otağın tikitinisinə icazə məhz İddiaçı verildiyindən, onun həmin tikilidən ayrıca qapının açılması tələbini irəli sürməyə hüququ olmuşdur. Eyni səbəbə görə də, məhkəmə irəli sürülmüş iddianı əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məc əlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiy a instansiyası sadalanan normalara istinad edərək belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, ində yerləşən 4 saylı evin 5 saylı mənzilinin həyətyanı torpaq sahəsində yerləşən tikili Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 01 mart 1999-cu il tarixli Sərəncamına əsasən İddiaçı Haqverdi qızının qanuni istifadəsində olduğundan, cavabdeh cavabdeh isə yalnız yuxarıda qeyd olunan mənzilin mülkiyyətçisi olmaqla, İddiaçı istifadəsində olan sahəyə hər hansı hüquqları olmadığından, sonuncu həmin tikilidən ayrıca qapının açılmasına iddiaçıya maneə yaratması qanunsuzdur. Məhkəmə bu nəticəyə gələrkən həmçinin mübahisələndirilən qətnamə qəbul edildikdən sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Yolçiyev tərəfindən imzalanmış 02 may 2019-cu il tarixli məktubunu nəzərə almışdı r. Belə ki, İddiaçı ünvanlanmış həmin məktubda sözügedən ünvanda yerləşən sahəsi 18,0 kvadrat metr olan yaşayış otağının çölə baxan divarında qapı oyuğunun açılmasına etiraz edilməməsi göstərilmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh cavabdehnın kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8317/2019 nömrəli iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-8079/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8079/2019
30.12.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver